İmam Sadiqdən (ə) belə nəql olunur:
ﺣَﺪَّﺛَﻨَﺎ ﺃَﺣْﻤَﺪُ ﺑْﻦُ ﻣُﺤَﻤَّﺪِ ﺑْﻦِ ﺳَﻌِﯿﺪٍ ﺍﺑْﻦُ ﻋُﻘْﺪَﺓَ ﺍﻟْﮑُﻮﻓِﯽُّ ﻗَﺎﻝَ ﺣَﺪَّﺛَﻨَﺎ ﺃَﺣْﻤَﺪُ ﺑْﻦُ ﯾُﻮﺳُﻒَ ﺑْﻦِ ﯾَﻌْﻘُﻮﺏَ ﺍﻟْﺠُﻌْﻔِﯽُّ ﺃَﺑُﻮ ﺍﻟْﺤَﺴَﻦِ ﻗَﺎﻝَ ﺣَﺪَّﺛَﻨَﺎ ﺇِﺳْﻤَﺎﻋِﯿﻞُ ﺑْﻦُ ﻣِﻬْﺮَﺍﻥَ ﻗَﺎﻝَ ﺣَﺪَّﺛَﻨَﺎ ﺍﻟْﺤَﺴَﻦُ ﺑْﻦُ ﻋَﻠِﯽِّ ﺑْﻦِ ﺃَﺑِﯽ ﺣَﻤْﺰَﺓَ ﻋَﻦْ ﺃَﺑِﯿﻪِ ﻭَ ﻭُﻫَﯿْﺐِ ﺑْﻦِ ﺣَﻔْﺺٍ ﻋَﻦْ ﺃَﺑِﯽ ﺑَﺼِﯿﺮٍ ﻋَﻦْ ﺃَﺑِﯽ ﻋَﺒْﺪِ ﺍﻟﻠَّﻪِ ﻉ ﻗَﺎﻝَ ﺇِﻧَّﻪُ ﻗَﺎﻝَ ﻟِﯽ ﺃَﺑِﯽ (ﻉ ) ﻟَﺎ ﺑُﺪَّ ﻟِﻨَﺎﺭٍ ﻣِﻦْ ﺁﺫَﺭْﺑِﯿﺠَﺎﻥَ ﻟَﺎ ﯾَﻘُﻮﻡُ ﻟَﻬَﺎ ﺷَﯽْﺀٌ ﻭَ ﺇِﺫَﺍ ﮐَﺎﻥَ ﺫَﻟِﮏَ ﻓَﮑُﻮﻧُﻮﺍ ﺃَﺣْﻠَﺎﺱَ ﺑُﯿُﻮﺗِﮑُﻢْ ﻭَ ﺃَﻟْﺒِﺪُﻭﺍ ﻣَﺎ ﺃَﻟْﺒَﺪْﻧَﺎ ﻓَﺈِﺫَﺍ ﺗَﺤَﺮَّﮎَ ﻣُﺘَﺤَﺮِّﮐُﻨَﺎ ﻓَﺎﺳْﻌَﻮْﺍ ﺇِﻟَﯿْﻪِ ﻭَ ﻟَﻮْ ﺣَﺒْﻮﺍً ﻭَ ﺍﻟﻠَّﻪِ ﻟَﮑَﺄَﻧِّﯽ ﺃَﻧْﻈُﺮُ ﺇِﻟَﯿْﻪِ ﺑَﯿْﻦَ ﺍﻟﺮُّﮐْﻦِ ﻭَ ﺍﻟْﻤَﻘَﺎﻡِ ﯾُﺒَﺎﯾِﻊُ ﺍﻟﻨَّﺎﺱَ ﻋَﻠَﻰ ﮐِﺘَﺎﺏٍ ﺟَﺪِﯾﺪٍ ﻋَﻠَﻰ ﺍﻟْﻌَﺮَﺏِ ﺷَﺪِﯾﺪٌ ﻭَ ﻗَﺎﻝَ ﻭَﯾْﻞٌ ﻟِﻄُﻐَﺎﺓِ ﺍﻟْﻌَﺮَﺏِ ﻣِﻦْ ﺷَﺮٍّ ﻗَﺪِ ﺍﻗْﺘَﺮَﺏَ
“Azərbaycandan bir atəşin alovlanacağı qaçılmazdır ki, heç bir şey onun qarşısında müqavimət göstərə bilməyəcəkdir. Bu baş verən zaman evlərinizdə əyləşin. Nə qədər ki, biz evlərimizdə əyləşmişik siz də əyləşin (yəni aramlığınızı qoruyun, nə buna qarşı olduğunuzu, nə də müvafiq olduğunuzu bildirməyin). Bizim tərəfimizdən olan biri hərəkətə və fəaliyyətinə başladıqda (yəni Qaimimiz zühur etdikdə) əgər (qarın üzərində sürünərək) iməkləyərək də olasa belə (mümkün olan hər bir vastə ilə) ona sarı tələsin. Allaha and olsun ki, sanki onun ərəblərə çətinlik gətirəcək yeni kitab ilə “Rükn” və “Məqam” arasında camaatla beyət etdiyini görürəm. Yaxınlaşmaqda olan şərdən vay ərəb zülmkararının halına.”
İbn Əbu Zeynəb Məhəmməd ibn İbrahim
Nümani. Əl-Ğeybə.səh.194.
İmam Mehdinin (əf) 313 nəfər səhabəsi arasında həm Cənubi, həm də Şimali Azərbaycandan onlarla şəxsin olacağı şübhəsizdir. Cənubi Azərbaycana aid olan Xunəc şəhərindən 2, Ərdəbildən 1, Marağadan 1 (digər rəvayətə görə 3) Səlmasdan 1, Xoy şəhərindən 1, Təbriz yaxınlığındakı Cabrəvan məntəqəsindən 3 nəfər, əhalisinin böyük hissəsini azərbaycanlılar təşkil edən Həmədandan 2, Qəzvindən 8 nəfər İmamın qoşununda yer tutacaq.
Cabir ibn Abdullahın İmam Əlidən (ə) rəvayət etdiyi hədisdə də Azərbaycandan 3 nəfərin çıxacağı bildirilir. O zamanlar Azərbaycan ərazisi şimallı-cənublu vahid anlamda qəbul edildiyi üçün bu üç nəfərin Şimali yoxsa Cənubi Azərbaycana mənsubluğunu qəti şəkildə söyləyə bilmərik. İmam Muhəmməd Baqir (ə) də Həzrət Mehdinin (ə) qiyamında azərbaycanlıların xüsusi rolunu vurğulayaraq buyurmuşdu: “Azərbaycandan elə bir alov qalxacaq ki, onun qarşısında heç nə davam gətirə bilməyəcək”
Kamil Süleyman. Yovmul-xilas: səh.239
İmam Baqir (ə) axirəz-zamanda Həzrət Mehdinin (ə) zühuru üçün hazırlıq rolunu oynayacaq qiyamın Azərbaycanda başlayacağını bildirir və bu zaman bir qədər gözləməyi, Mehdinin (ə) zühur əlamətləri sübuta yetdikdən sonra mübarizəyə qoşulmağı tövsiyə edirdi. Qeyd edək ki, bəzi hədislərdə İmamın səhabələrinin hər birinin ayrı-ayrılıqda adı çəkilir və vətəni xatırlanır. İmam Mehdinin (ə) silahdaşları sırasında Babül–əbvab Dərbəndə və Tiflisə mənsub şəxslərin də adına rast gəlirik. Rəvayətlərdə Ərməniyyə vilayətindən bir və ya iki nəfərin İmama qoşulacağı xəbər verilir.
Seyyid ibn Tavusun “Əl-Məlahim vəl-fitən” kitabında (səh. 294) Əsbəğ ibn Nübatənin İmam Əli ibn Əbu Talibdən (ə) rəvayət etdiyi hədisdə İmam Mehdinin (ə) silahdaşlarından birinin də Şirvandan olacağı göstərilir.
Həmçinin, bəzi mənbələr 313 nəfərdən birinin Bərdədən çıxacağına işarə edir. Qədim Azərbaycan şəhəri Bərdə (ərəb mənbələrində Bərzəə adlanır) Arran vilayətinin paytaxtı idi və bəzən bütün Arran (Şimali Azərbaycan) torpaqlarını Bərdə adlandırırdılar. İbn Cərir Təbərinin (onu məşhur tarix və təfsir müəllifi Təbəri ilə qarışdırmayın; bu, daha sonralar yaşamış alimdir) “Dəlailül-imamə” kitabında İmam Mehdinin (ə) səhabələrindən birinin də Muğan bölgəsinə aid olacağı yazılıb (səh.557).
Həm Şimali, həm də Cənubi Azərbaycanda Muğan məntəqəsi olduğu üçün burada da hansının qəsd edildiyi tam aydın deyil.
“Türklər üçün iki qiyam baş verəcəkdir ki, onlardan birində Azərbaycan viran olacaqdır. Digər qiyam da Cəzirədən (Suriyadan) başlanacaqdır (Fərat şəttinə daxil olacaqlar). Bu hadisə hiclədə olan gəlinləri vəhşətə salacaqdır. Məhz bu zaman Allah Təala müsəlmanlara kömək edəcək, Allahın böyük qurbanlığı da onların arasında vücuda gələcəkdir”.
Əl-Məlahimu vəl-Fitən. səh.32
Bir sıra kitab və hədis qaynaqları vardır ki, “əl-Məlahim vəl-Fitən” adı ilə yazılıb. Bu kitabların əsas mövzusu axir-zaman hadisələri, İmam Mehdinin (ə.f) zühuru və Qiyamət öncəsi hadisələrdir. Bunu da deyim ki, bu məsələ şiələr arasında daha çox “əl-Məlahim” və əhl-sünnə arasında “əl-Fitən” adı ilə məşhurdur.
Seyyid Tavus (vf. 664 hq) 7-ci əsrin şiə alimlərindəndir ki, əhl-sünnə “əl-Fitən” kitablarından istifadə edərək “ət-Təşrif bil-Minən” kitabını yazmışdır ki, bu kitab da “əl-məlahim vəl-fitən” adı ilə məşhur olmuşdur. Əllamə Məclisinin də hədis qaynaqlarından biri olmuş bu kitabda axir-zaman hadisələri və İmam Mehdinin (ə.f) zühuru ilə bağlı 450 civarında hədis toplanmışdır. Bu 450 hədisin təkcə 170 hədisi İmam Zamanın (ə.f) adı, əlamətləri, zühur əlamətləri, hökuməti və köməkçiləri haqqında danışır…
Bu kitabda axir-zamanda savaş üçün ayağa qalxacaq tayfalardan danışır ki, bunlardan birinin adı “Bənu Qəntura”dır. Onlar Dəclə və Fərat çayını keçəcəklər… Bəsrə əhli onlarla savaşacaq… Onların gözləri qurbağa gözünə oxşayacaq… Onlar Türk tayfalarıdır. Üzləri enli, gözləri kiçikdir… İslam ümmətini Cəzirətul-Ərəbə qədər qovarlar. Heyvanlarını məscidlərin sütunlarına bağlayarlar… Rum İraq və Şama gələn ruzinin yolunu kəsər…
Məkhul deyir Allahın Rəsulundan (s) eşitdim ki, buyurdu: Türk tayfası iki dəfə savaş edəcəklər. Birinci dəfə Azərbaycanı viran edəcəklər, ikinci dəfə isə çox sürətlə Fərat xəttinə daxil olacaqlar…
www.imamzaman.az
