Bu mübarək və bərəkətli ayda Quran çox oxunur, razü-niyaz səsləri çoxları, dualar çoxalır… Bu ayın duasında olan ləzzət və fəzilət heç bir ayın duasında yoxdur. Heç bir ay üçün Ramazan ayı qədər dua etməyə tövsiyə olunmamışdır.
Bu ayda oruc tutan mömin təkcə özü üçün çalışmamalı, öz fikrində olmamalıdır, bəlkə bütün müsəlmanların, yaşadığı cəmiyyətində də islahı üçün çalışmalı və ən azından dua etməlidir.
Bu ayın ən gözəl duası İmam Zamanın (ə.f) zühuru üçün edilən dualardır. Buna görə də ən çox dua O Həzrətin zühuru və fərəci üçün edilməlidir.
Ramazan ayının dualarında İmam Zaman (ə.f) üçün xüsusi yer ayrılmışdır. Bu müqəddəs ayın duaları içərisində İmam Mehdi (ə.f) barədə dualar qeyd olunub və dualarda İmamın (ə.f) adı xüsusi vurğulanır. Bu dualarda gözə dəyən mühüm bir nöqtə var ki, o da bəşəriyyətin islahı, sağlam cəmiyyət və ədalətli bir dövlətinin qurulmasıdır. Bu səbəbdən zühurun gerçəkləşməyi şərtdir. Və bu rəhmət folu ayda bu fürsətdən istifadə etməki və əlimizdən gəldiyincə çox dua etməliyik. Bütün duaların son qayəsi budur: «اللَّهُمَّ عَجِّلْ لِوَلِيِّكَ الْفَرَج» – Əllahummə əccil livəliyyikəl-fərəc. – Ey Allahım! Sənin yer üzərindəki vəlin olan İmam Mehdinin (ə.f) fərəcin (gəlişin) tezləşdir!
Ramazan ayında xüsusi tövsiyə olunmuş gündəlik namazlarda və digər vaxtlarda oxunmasına tövsiyyə olunan İmam Zamanla (ə.f) bağlı olan dualardan ikisini sizinlə paylaşırıq.
“ƏLLAHUMMƏ ƏDXİL…” duası
اَللّـهُمَّ اَدْخِلْ عَلى اَهْلِ الْقُبُورِ السُّرُورَ اَللّـهُمَّ اَغْنِ كُلَّ فَقير اَللّـهُمَّ اَشْبِعْ كُلَّ جائِع اَللّـهُمَّ اكْسُ كُلَّ عُرْيان اَللّـهُمَّ اقْضِ دَيْنَ كُلِّ مَدين اَللّـهُمَّ فَرِّجْ عَنْ كُلِّ مَكْرُوب اَللّـهُمَّ رُدَّ كُلَّ غَريب اَللّـهُمَّ فُكَّ كُلَّ اَسير اَللّـهُمَّ اَصْلِحْ كُلَّ فاسِد مِنْ اُمُورِ الْمُسْلِمينَ اَللّـهُمَّ اشْفِ كُلَّ مَريض اللّهُمَّ سُدَّ فَقْرَنا بِغِناكَ اَللّـهُمَّ غَيِّر سُوءَ حالِنا بِحُسْنِ حالِكَ اَللّـهُمَّ اقْضِ عَنَّا الدَّيْنَ وَاَغْنِنا مِنَ الْفَقْرِ اِنَّكَ عَلى كُلِّ شَيء قَديرٌ
DUANIN oxunuşu
Əllahummə, ədxil əla əhlil-quburis-surur. Əllahummə, əğni kullə fəqir. Əllahummə, əşbi` kullə cai`. Əllahumməksu kullə uryan. Əllahumməqzi dəynə kulli mədin. Əllahummə, fərric ən kulli məkrub. Əllahummə, ruddə kullə ğərib. Əllahummə, fukkə kullə əsir. Əllahummə, əslih kullə fasidin min umuril-muslimin. Əllahumməşfi killə məriz. Əllahummə, suddə fəqrəna biğinak. Əllahummə, ğəyyir suə halina bihusni halik. Əllahumməqzi ənnəd-dəyn və əğnina minəl-fəqr. İnnəkə əla kulli şəy`in qədir.”
DUANIN tərcüməsi
İlahi, qəbiristan əhlinə şadlıq bəxş et! İlahi, bütün yoxsulları ehtiyacsız et! İlahi, bütün acları doyuzdur! İlahi, libası olmayan bütün çılpaqları geyindir! İlahi, bütün borcluların borclarını ödə! İlahi, bütün çətinlikdə yaşayanları qəm-qüssədən xilas et! İlahi, bütün qəribləri (öz vətənlərinə) qaytar! İlahi, bütün əsirləri əsirlikdən qurtar! İlahi, müsəlmanların işlərindən bütün fəsadı qaldır! İlahi, bütün xəstələrə şəfa ver! İlahi, Öz sərvətinlə bizim yoxsulluğumuzu aradan qaldır! İlahi, Öz gözəl halında bizim uğursuzluğumuzu dəyişdir! İlahi, bizim borclarımızı ödə və bizə yoxsulluqdan nicat ver! Həqiqətən, Sən hər şeyə qadirsən!
“YA ƏLİYYU YA ƏZİM” duası
يَا عَلِيُّ يَا عَظيمُ، يَا غَفُورُ يَا رَحيمُ، انْتَ الرَّبُّ الْعَظيمُ الَّذي لَيْسَ كَمِثْلِهِ شَيْءٌ وَهُوَ السَّميعُ الْبَصيرُ، وَهذَا شَهْرٌ عَظَّمْتَهُ وَكَرَّمْتَهُ، وَشَرَّفْتَهُ وَفَضَّلْتَهُ عَلَى الشُّهُورِ، وَهُوَ الشَّهْرُ الَّذي فَرَضْتَ صِيَامَهُ عَلَيَّ، وَهُوَ شَهْرُ رَمَضَانَ، الَّذي اَنْزَلْتَ فيهِ الْقُرْآنَ، هُدَىً لِلنَّاسِ وَبَيِّـنَاتٍ مِنَ الْهُدى وَالْفُرْقَانِ، وَجَعَلْتَ فيهِ لَيْلَةَ الْقَدْرِ، وَجَعَلْتَهَا خَيْراً مِنْ اَلْفِ شَهْرٍ، فَيَا ذَا الْمَنِّ وَلاَ يُمَنُّ عَلَيْكَ، مُنَّ عَلَيَّ بِفَكَاكِ رَقَبَتي مِنَ النَّارِ فيمَنْ تَمُنُّ عَلَيْهِ، وَاَدْخِلْنِي الْجَنَّةَ بِرَحْمَتِكَ يَا اَرْحَمَ الرَّاحِمينَ.
DUANIN oxunuşu:
– Ya Əliyyu, ya Azim, ya Ğafuru, ya Rahim
Əntər-rəbbul-azim
Əlləzi, leysə kəmislihi şəy
Və huvəs-səmiul-bəsir
Və haza şəhrun, əzzəmtəhu və kərrəmtəhu və şərrəftəhu və fəzzəltəhu ələş-şuhur
Və huvə şəhrul-ləzi fərəztə siyaməhu əleyh və huvə şəhru Ramadan
Əlləzi ənzəltə, fihil Qur’an, hudən lin-nasi və bəyyinatin minəl huda və furqan
Və cəəltə fihi leylətəl qədr və cəəltəhə xəyrən min əlfi şəhr
Fə ya zəl-mənni və la yumənnu əleyk
Munnə əleyyə bi fəkaki raqəbəti minənnar, fi mən təmunnu ələyk
Və ədxilnil cənnəh, bi Rəhmətikə ya Ərhəmər-Rahimin
DUANIN tərcüməsi:
“Ey Uca, ey Əzəmətli, Ey Bağışlayan, ey Mərhəmətli
Sən misli olmayan, eşidən və görən əzəmətli Rəbbsən.
Və bu, həmin aydır ki, onu digər aylardan əzəmətli, kəramətli, şərafətli və fəzilətli etdin.
Və bu, həmin aydır ki, onda oruc tutmağı mənə vacib etdin. Bu, Ramazan ayıdır.
O ay ki, haqqı nahaqqdan ayıran və hidayət üçün aydın dəlil olan Quranı onda nazil etdin.
Min aydan daha xeyirli etdiyin Qədr gecəsini də bu ayda qərar verdin.
Ey minnət sahibi,sənə minnət qoyulmaz!
Mənə minnət göstərilən bəndələrinin dəstəsində minnət qoymaqla əzabdan azad etməklə minnət qoy.
Məni cənnətə daxil et, ey rəhm edənlərin ən rəhmlisi!
Belə isə, ey o kəs ki, minnət qoyur, lakin ona minnət qoyulmaz! Cəhənnəm atəşindən azad edib cənnətə daxil etməklə mənə minnət qoy! ”
www.imamzaman.az
¡ Sayta dair materiallar istifadə edildikdə istinad zəruridir!
