İmam Cəfəri Sadiq (ə) Rəcəb ayında oxunan duanın başlanğıcında belə buyurur: “Allaha belə dua edin; Ey hər yaxşılıqda ona ümid bağladığım!” Və duanın ortasında isə bu şəkildə dua edilməsini buyurur: “Mənə bütün dünya xeyrini və bütün axirət xeyirini ver!”
Bu dua Rəcəb ayının ibadət və təmizlənmə üçüm bir hazırlıq mövsümü olduğunu ifadə edir. Allahın qonaqpərvərliyi olan Ramazan ayı üçün “xeyir” kəlməsi bu duada niyə bu qədər vurğulanmışdır və görəsən bu “xeyir” nə mənaya gəlir?
Bu duanın içindəki “xeyir” kəlməsində məqsəd Həzrəti Məhdidir (Allah zühurunu təcil etsin) və Allahın bu xeyiri bizə bəxş etməsi həm dünya, həm də axirət xeyiridir. Bu gerçəyi izah edərkən görün Xudavəndi Kərim bu xüsusda bizə nə buyurur.
“Əgər möminsinizsə, bilin ki, Allahın sona saxladığı sizin üçün daha xeyirlidir.” Hud surəsi 86
Bu ayə ilə bağlı İmam Baqir əleyhissəlam belə buyurur: “Həzrəti Məhdi (ə.c) zühur etdiyində Kəbə evinə söykənəcək və belə deyəcək: Mən Allahın sona saxladığıyam!”
Hər bir müsəlman Həzrəti Məhdini (əc) salamladığında belə deyəcək:”السلام علیک یا بقیةالله في ارضه. Salam olsun sənə, ey Allahın sona saxladığı!” Biharul-ənvar c.52, s.248
Gördüyünüz kimi bəhsi keçən ayə və hədisdə ən gözəl “xeyir”də məqsəd Allahın sona saxladığı Həzrəti Məhdidir (Allah zühurunu təcil etsin)
Ramazan ayı Allaha yaxınlaşma ayıdır. Biharul-ənvar c.97, s.65
Gedişata diqqət edin əziz möminlər. Rəcəb duasının ortasında Allahdan “xeyir” istərik. Şaban ayının ortasından isə (nimeyi şaban) Allahdan özəl xeyir istərkən, Ramazan ayının ən xeyirli gecəsi Qədr gecəsidir. Xeyir istənildiksə ən xeyirli gecə Qədr gecəsi qəsd edilər. Hansı ki, o gecənin sahibi məhz İmam Zamandır (ə.c). Nurus-səqəleyn c.2, s.5
Allah bir çox ayəsində insanları axirətə dəvət edər. Hansı ki, axirət “xeyir” olaraq tanıtdılar. Əla surəsi 17-də “Və axirət daha xeyirli və əbədidir” deyə buyurular. Cənnətin təzahürü olan İmam Zamanın (ə.c) zühuru, “xeyir” kəlməsinin bu dualar içindəki ifadə etdiyi məhz o şeydir.
İmam Zamanın (ə.c) zühuruyla dünya və axirət xeyri paylanacaq. Gerçək qurtuluş gerçəkləşəcək. Bunun üçün də İmam Zamanın zühuru insanlığın qurtuluşu olacaqdır.
Zühur üçün dua edin, bu sizin qurtuluşunuzdur.
Kəmalud-din c.2, bab.45, h.4, s. 237
Əziz möminlər, Ramazan ayı xeyirlərin paylandığı, rəhmət qapılarının taybatay açıq olduğu bir aydır. Bütün gücümüzü səfərbər etməli, İmamın zühuru üçün çalışmalıyıq. İmam Zamanın axtarışında olmalı, dualarımızı və zühur üçün lazımi əməllərimizi artırmalıyıq. Bu gecə qədr gecəsidir və bu əməl üçün ən gözəl və ən xeyirli vaxtdır. Mömin olmaq tək namaz qılmaq və oruc tutmaqla kifayətlənmir. Əsl mömin zəmanəsinin İmamı üçün çalışandır. Hansı ki, bizim vacib olan oruc və namaz kimi əməllərimizin qəbulunda meyar məhz İmam Zamandır. Bizim öncəliyimiz İmamızın fərəci çalışmaqdır. İstər duayla olsun, istər sədəqə ilə, istər təbliğat edib İmamı tanıtdırmaqla. Bu möhtərəm ayda hər kəs əlindən gələnin daha artığını etməlidir. Bunun bir neçə cümlə ilə əzəmətini göstərən bir işarə verək. Məsələn, bu ayda bir ayə oxumaq digər aylarda bir quranı oxumağa bərabərdir deyir Mütəal Allah. Elə isə, daha çox Quran oxuyaq və savabını zühurun tezləşməyi qəsdiylə İmam Zamana ağaya hədiyyə edək. Bunun kimi salavat, fərəc duası və digər zikrləri də numünə gətirmək olar.
vəlhəmdulilləh.
www.imamzaman.az
¡ Sayta dair materiallar istifadə edildikdə istinad zəruridir.
