Müfəzzəl İmam Sadiqin (əleyhissəlam) belə buyurduğunu nəql etmişdir:
كأني أنظر إلى القائم على منبر الكوفة وحوله أصحابه ثلاث مائة وثلاثة عشر رجلا عدة أهل بدر، وهم أصحاب الألوية وهم حكام الله في أرضه على خلقه، حتى يستخرج من قبائه كتابا مختوما بخاتم من ذهب عهد معهود من رسول الله صلى الله عليه وآله فيجفلون عنه إجفال الغنم، فلا يبقى منهم إلا الوزير وأحد عشر نقيبا كما بقوا مع موسى بن عمران عليه السلام.
فيجولون في الأرض فلا يجدون عنه مذهبا، فيرجعون إليه والله إني لأعرف الكلام الذي يقوله لهم فيكفرون به.
“Sanki Qaimi (Allah zühurunu təcil etsin) görürəm ki, Kufə minbərindədir. Bədr (döyüşünün) əhlinin sayı qədər olan üç yüz on üç əshabı da onun ətrafındadır. Onlar bayraq əshabıdır (bayraqdardırlar) və onlar yer üzərində Allah-taalanın məxluqatı üzərindəki hakimləridir. Nəhayət, o, (ə) qəbasından qızıl möhürlü bir namə çıxaracaqdır ki, Allah Rəsulu (sallallahu əleyhi və alihi və səlləm) tərəfindən (ona ünvanlanan) bir əhddir (göstərişdir). (Bu əhdi onlara oxuyan kimi) dilsiz qoyunun hürkməsitək ondan diksinib qaçarlar. Onlardan təkcə vəzir və musa ibn İmranla (ə) birlikdə qalanlar kimi on bir nəqibdən başqa heç kim qalmaz. Onlar yer üzündə gəzişərlər, ancaq ondan başqa bir məzhəb (gedilən yolu) tapa bilməzlər və ona tərəf qayıdarlar. Allaha and olsun, mən onlara deyilən və nəticədə ona kafir olacaqları KƏLAMI bilirəm».
Şeyx Saduq (r.ə). «Kəmalud-Din» c.2 s.610, h.25
Bu KƏLAM nədir?
Müfəzzəl ibn Ömər nəql edir ki, İmam Sadiq (əleyhissalam) uzun bir hədisdə İmam Məhdinin (ə.f) Mədinəyə Allah Rəsulunun (s) qəbrinin yanına gəlib, Əbu Bəkr ilə Ömərin qəbrinin kənarında dayanacağından bəhs edərək buyurdu:
……(عندما يريد أن يهدم جدار القبر نفسه ، بأمر الله ، تملأ الفراغ كله رياح قوية وبرق ورعد مخيف. ويستمر الأمر لدرجة أن الناس يقولون: هذه الحوادث بسبب عدم احترام شيخين ، ثم قال الإمام الصادق: في هذا الوقت سوف يتفرق أصحاب المهدي (ع) حتى يترك وحده ، في هذه اللحظة يحمل الإمام المهدي (ع) معولاً في يده ويحفر قبريهما. ثم عاد بعض أصحابه وراحوا يساعدون المهدي (ع) في تدمير قبري هذين الشيخين).
ويقول (المهدي) للنقباء: ابحثوا عنهما وانبشوهما. فيبحثون بأيديهم حتى يصلون إليهما. فيخرجان غضين طريين كصورتهما فيكشف عنهما أكفانهما ويأمر برفعهما على دوحة يابسة نخرة فيصلبهما عليها، فتحيى الشجرة وتورق ويطول فرعها فيقول المرتابون من أهل ولايتهما: هذا والله الشرف حقا، ولقد فزنا بمحبتهما وولايتهما، ويخبر من أخفى نفسه ممن في نفسه مقياس حبة من محبتهما وولايتهما، فيحضرونهما ويرونهما ويفتنون بهما وينادي منادي المهدي عليه السلام: كل من أحب صاحبي رسول الله صلى الله عليه وآله وضجيعيه، فلينفرد جانبا، فتتجزء الخلق جزئين أحدهما موال والآخر متبرئ منهما. فيعرض المهدي عليه السلام على أوليائهما البراءة منهما فيقولون: يا مهدي آل رسول الله صلى الله عليه وآله نحن لم نتبرأ منهما، ولسنا نعلم أن لهما عند الله وعندك هذه المنزلة، وهذا الذي بدالنا من فضلهما، أنتبرأ الساعة منهما وقد رأينا منهما ما رأينا في هذا الوقت؟ من نضارتهما وغضاضتهما، وحياة الشجرة بهما؟ بل والله نتبرأ منك وممن آمن بك ومن لا يؤمن بهما، ومن صلبهما، وأخرجهما، وفعل بهما ما فعل فيأمر المهدي عليه ريحا سوداء فتهب عليهم فتجعلهم كأعجاز نخل خاوية. ثم يأمر بانزالهما فينزلا إليه فيحييهما باذن الله تعالى ويأمر الخلائق بالاجتماع
«…… (Daha sonra (Məhdi (ə)) qəbrin yan divarını dağıdar. Elə ki, qəbrin öz divarını uçurtmaq istədi, Allahın göstərişilə güclü külək əsib dəhşətli ildırımlar çaxar və bu hadisə o vaxta qədər davam edər ki, camaat belə deyər: «Bu hadisələr iki şeyxə olan hörmətsizliyə görədir. İmam Sadiq (ə) sözünə davam etdi: «Bu vaxt İMAM MEHDİNİN (ə) ƏSHABI ONUN ƏTRAFINDAN DAĞILIŞARLAR, TA Kİ İMAM MEHDİ (ə) TƏNHA QALAR. Bunu görən İmam Mehdinin (ə) MƏXSUSİ KÖMƏKÇİLƏRİNDƏN BİR DƏSTƏSİ GERİ QAYIDARLAR VƏ İMAMA o ikisinin QƏBRİNİ AÇMAĞA KÖMƏKLİK EDƏRLƏR). Mehdi (ə) gələcək, iki qəbrin üzərindən divarı açacaq və (yanında olan) NƏQİBLƏRƏ deyəcək: “ONLARIN İKİSİNİ QƏBİRLƏRİNDƏN (ÇÖLƏ) ÇIXARIN”. Onlar əlləri ilə qəbrləri açıb onların bədəninə çatacaqlar. Onların hər ikisini qəbrlərindən çıxaracaqlar. Onlar dünyadakı formalarında olacaqlar. Onların kəfənlərini açacaq.
Sonra onların qurumuş bir ağaca bağlanmasını əmr edəcək. Onları həmin ağaca bağlayacaqlar. Ağac canlanacaq, yarpaqlayacaq və budaqları ucalacaq. Onların tərfdarlarından olan şübhə əhli deyəcək: “Allaha and olsun ki, bu, böyük və uca şərəfdir. Biz onların hər ikisini sevməklə nicata çatacağıq. Onların məhəbbətindən bir buğda dənəsi qədər gizlədən isə ziyana uğrayacaq”. Onların ikisinin yanına gələcəklər, onları görəcəklər və onlara məftun olacaqlar. Mehdinin (ə) carçısı belə car çəkəcək: “Kim Allah rəsulunun (s) yanında dəfn olunmuş bu iki səhabəsini sevirsə, kənara çəkilsin”. İnsanlar iki dəstəyə bölünəcəklər: onları sevənlər və onlardan imtina edənlər. MEHDİ (Ə) ONLARA HƏMİN İKİ NƏFƏRDƏN İMTİNA ETMƏLƏRİNİ SÖYLƏYƏCƏK. Onlar deyəcəklər: “Ey Ali-Muhəmmədin Mehdisi, biz onlardan imtina etməyəcəyik. Biz onların Allah və sənin yanında bu məqamlarının olduğunu bilmirdik. Onların bizə aşkar olan bu fəzilətlərindən sonra onlardan imtina edək? Biz elə indi onların təravətini, şuxluğunu, onlara görə bu ağacın canlanmasını gördük. Allaha and olsun ki, onların qəbrini açdığın və onları ağaca bağladığın üçün səndən imtina edəcəyik”. Mehdi (ə) qara küləyə əmr edəcək. Onların üzərinə qara külək əsəcək və onları kökündən qopmuş xurma ağacları kimi edəcək. Sonra onların hər ikisinin yanına gətirilməsini əmr edəcək. Onları dirildəcək. İnsanların cəm olmasını əmr edəcək. Daha sonra insanlara onların hər yerdə və evdə törətdikləri əməllərini söyləyəcək».
Əllamə Məclisi (r.ə) «Biharul – Ənvar» c.53, s.13
Bu hədisə bənzər başqa bir hədisin təfərrüatı isə bu şəkildədir:
Fuzeyl bin Şazan İshaq ibn Əmmardan, o da İmam Əba Əbdullah Sadiqdən (əleyhissalam) nəql edir ki, O (əleyhissalam) buyurmuşdur:
«إذا قدم القائم عليه السلام وثب أن يكسر الحائط الذي على القبر، فيبعث الله ريحا شديدة وصواعق ورعودا حتى يقول الناس: إنما ذا لذا! فيتفرق أصحابه عنه حتى لا يبقى معه أحد! فيأخذ المعول بيده، فيكون أوّل من يضرب بالمعول ثم يرجع أصحابه إذا رأوه يضرب المعول بيده، فيكون ذلك اليوم فضل بعضهم على بعض بقدر سبقهم إليه، فيهدمون الحائط ثم يخرجهما غضّيْن رطبيْن فيلعنهما ويتبرّأ منهما ويصلبهما ثم ينزلهما ويحرقهما ثم يذريهما في الريح».
«Qaim (ə.f) qiyam etdiyində (Mədinədə Allah Rəsulunun (əleyhissalam) yanında dəfn edilən o ikinəfərin olduqları) qəbrin üzərindəki divarı dağıdar. Bu zaman Allah güclü külək, şimşək və göy gurultusu göndərər, belə ki insanlar (şübhə içində): «(Bütün) bu (olanlar) buna görədir!» – demiş olsunlar. Beləliklə, (müqərrəb əshab və Vəzirindən qeyri) yanında heç kim qalmayana qədər (qalan bütün) əshabı Ondan ayrılarlar. Belə ki, o, çülüngü əlinə alar və çülünglə (divara) ilk vuran O olar. Daha sonra (Ondan ayrılan) əshabı Onun əli ilə çülüng vurduğunu gördüklərində, (yenidən Ona) geri dönərlər və həmən gün onlardan bəziləri digərlərindən öncəkinə nisbətdə (yəqin və iman cəhətindən) daha üstün olacaqlar. Beləcə onlar divarı uçurarlar. Və daha sonra O onları (yəni Əbu Bəkr (l.ə) və Öməri (l.ə)) yanlarında iki təzə budaqla (qəbirdən) çıxarar, onları lənətləyər, çarmıxa çəkər, sonra da onları (çarmıxdan) aşağı endirərək yandırar və (küllərini) küləyə səpələyər».
Əllamə Məclisi (r.ə) «Biharul – Ənvar» c.52, s.386, h.201
Başqa bir hədisdə İmam Cəfər əleyhissəlam belə buyurur:
Hənnan ibn Sədirdən belə rəvayət edilir:
«İmam Əbu Cə’fərdən (ə) o iki nəfər haqqında soruşdum».
İmam (ə) belə buyurdu:
يا أبا الفضل ما تسألني عنهما فوالله ما مات منا ميت قط إلا ساخطا عليهما وما منا اليوم إلا ساخطا عليهما يوصي بذلك الكبير منا الصغير، إنهما ظلمانا حقنا ومنعانا فيئنا وكانا أول من ركب أعناقنا وبثقا علينا بثقا في الاسلام لا يسكر أبدا حتى يقوم قائمنا أو يتكلم متكلمنا.
ثم قال: أما والله لو قد قام قائمنا وتكلم متكلمنا لأبدى من أمورهما ما كان يكتم ولكتم من أمورهما ما كان يظهر والله ما أسست من بلية ولا قضية تجري علينا أهل البيت إلا هما أسسا أولها فعليهما لعنة الله والملائكة والناس أجمعين
«Ey Əbülfəzl! O ikisi haqqında soruşmaq istədiyin şey nədir? Allaha and olsun ki Bizden ölən hərkəs o iki nəfərə qəzəb edərək öldü və bugün Bizdən həyatda olan hərkəs də o iki nəfərə qəzəb etməkdədir. Bizim böyüklərimiz bunu kiçiklərimizə vəsiyyət olaraq ötürdülər. Çünki, o iki nəfər haqqlarımızı qəsb etməklə bizə zülm etdilər və bizi (haqqlarımızdan) məhrum etdilər. Qaimimiz (ə) qiyam edənə və danışanımız danışacağı günə qədər ilk olaraq bizim boynumuza minib bizə qalib gələn və İslamda əleyhimizə qalxışan kəslər o iki nəfər oldular».
Sonra İmam (ə) sözlərinə davam edərək belə buyurdu:
«Allaha and olsun ki, Qaimimiz qiyam edəcəyi və danışanımız danışacağı zaman onların (divar olaraq üzərlərinə hörüb) gizlətdikləri (bütün) pis əməllərini (əleyhlərinə qaldıracağı həqiqətin çülüngü ilə dağıdaraq) açığa çaxaracaqdır, (din adına) açığa çıxardıqları bid’ət, (insanları azdırdıqları) yalan ve SAXTA MƏSƏLƏLƏRİNİN qarşısını alacaqdır. Allaha and olsun ki biz Əhli – Beytin başına gələn hər bəla və hadisənin təməlini ilk olaraq təsis eden kimsələr o iki nəfərdir. Allahın, mələklərin və insanların hamısının lə’nəti o iki nəfərin üzərinə olsun!».
Şeyx Kuleyni (r.ə).«Əl Kafi» c.8, s.133, h.340 / Nəşriyyat: «Mənşurətül – Fəcr» çap: Beyrut – Livan
www.imamzaman.az
¡ Sayta dair materiallar istifadə edildikdə istinad zəruridir!
