1. İmam Əli (əleyhissəlam) buyurmuşdur: “And olsun Əlinin canı əlində olan (Allaha), Muhamməd (səlləllahu əleyhi və alihi və səlləm) ilə birlikdə ölüləri üçün qanbahası ödənilməyən, yaraları müalicə edilməyən və ölüləri tabuta qoyulmayan Bədr səhabələri qiyam edənə qədər mənim haqqımın alınması, yaxud bizə qarşı, haqsızlığın aradan qaldırılması uğrunda kim qiyam edərsə, gec-tez bəla onu əldən salacaq (məğlubiyyətlə üzləşəcək)”.
Şərhi-Nəcül-bəlağə, c.6, səh.382
2. İmam Muhəmməd Baqir (əleyhissəlam) buyurmuşdur: “Qaimin qiyamından əvvəl biz Əhli-beytdən kim qiyam edərsə, yuvasından uçub bir dəlikdə gizlənən, sonra da uşaqların oyuncağına çevrilən quşcuğaza bənzəyər”.
Biharul-ənvar, c.52, səh.139, hədis 48
3. Nomaninin “əl-Ğeybət” kitabında Əbu Carud İmam Muhəmməd Baqirin (əleyhissəlam) belə buyurduğunu nəql etmişdir: “Peyğəmbərlə (səlləllahu əleyhi və alihi və səlləm) birlikdə ölüləri dəfn edilməyən, yerə yıxılanları yerdən qaldırılmayan və müalicə edilməyən Bədr səhabələri qiyam edənə qədər haqsızlığın aradan qaldırılması və ya dinə yardım uğrunda kim qiyam edərsə, gec-tez ölüm onu əldən salacaq (məğlubiyyətlə üzləşəcək)”. Əbu Carud soruşur ki, onlar kimlərdir? Həzrət cavab verir ki, onlar mələklərdir”.
Nomani, əl-Ğeybət, səh.195, hədis 2
4. İmam Sadiq (əleyhissəlam) buyurmuşdur: “Qaimin qiyamından əvvəl haqsızlığı aradan qaldırıb haqqı dəstəkləməkdən ötrü biz Əhli-beytdən kim qiyam etmiş və edəcəksə, çətinliklər onu əldən salmış və salacaq. Onun qiyamı bizim və şiələrimizin ziyanına işləyəcək”.
Əs-Səhifətüs-Səccadiyyə, səh.11
5. İmam Sadiq (əleyhissəlam) buyurmuşdur: “Muhəmmədin (səlləllahu əleyhi və alihi və səlləm) nəslindən olan bir nəfər əlini qılınca atıb qiyam edənə qədər mən və şiələrim (tərəfdarlarım) xeyir və əmniyyət üzərindəyik. Necə də istərdim ki, Muhəmməd (səlləllahu əleyhi və alihi və səlləm) nəslindən kimsə qiyam etsin, ailəsinin xərcini mən ödəyim”.
Müstətrəfatüs-sərair, səh.48, hədis 4
7. “Əlamul-vəra” kitabında Hüseyn ibn Xalid İmam Rzanın (əleyhissəlam) belə buyurduğunu nəql etmişdir: “Allah yanında hörmətli olanınız Allahdan ən çox qorxanınız və təqiyyəyə daha çox riayət edəninizdir”. Sual edildi ki, bəs nə vaxta qədər, Peyğəmbər balası? Həzrət buyurdu: “Qaimin qiyam edəcəyi vaxta qədər. Deməli, Qaimin qiyamına qədər təqiyyədən əl çəkən şəxs bizdən deyil”.
İlamul-rəva, c.2, səh.241
www.imamzaman.az
¡ Sayta dair materiallar istifadə edildikdə istinad zəruridir.
