Bu dua İmam Zamanın (ə.f) bizlər üçün tərbiyəvi bir yol göstəricisidir.
Burada insanın yalnız ibadəti deyil, niyyəti, baxışı, dili, qəlbi və cəmiyyətdəki mövqeyi də islah olunur.
Bu dua bizə öyrədir ki, itaət təkcə əməl deyil, günahdan uzaq qalmaq üçün ilahi tofiqə möhtac olmaqdır.
Niyyətin doğruluğu və haramı dərk etmək mərifəti olmadan heç bir əməl kamala çatmır.
Hidayət və istiqamət istəyi insanın ömür boyu haqq yoldan azmamasını diləməsidir.
Bu duada dil, göz, qulaq və əl kimi üzvlərin tərbiyəsi xüsusi vurğulanır ki, bu da əməli təqvanın əsasını təşkil edir.
Bu, İmamın (ə.f) bizdən təkcə ibadət edən deyil, məsuliyyətli və saleh bir ümmət görmək istədiyini göstərir.
Belə bir dua oxuyan insan, əslində, öz həyatını Allahın razılığına uyğun yenidən qurmağa söz verir.
اللّٰهُمَّ ارْزُقْنَا تَوْفِيقَ الطَّاعَةِ، وَبُعْدَ الْمَعْصِيَةِ
İlahi, bizə itaət tofiqatını (müvəffəqiyyətini) və günahdan uzaqlığı nəsib et.
وَصِدْقَ النِّيَّةِ، وَعِرْفَانَ الْحُرْمَةِ
Niyyətimizin doğruluğunu və haramı dərk etmə mərifətini bəxş et.
وَأَكْرِمْنَا بِالْهُدَى وَالِاسْتِقَامَةِ
Bizə hidayət və istiqamət neməti ilə izzət ver.
وَسَدِّدْ أَلْسِنَتَنَا بِالصَّوَابِ وَالْحِكْمَةِ
Dillərimizi doğruluq və hikmətlə istiqamətləndir.
وَامْلَأْ قُلُوبَنَا بِالْعِلْمِ وَالْمَعْرِفَةِ
Qəlblərimizi elm və mərifətlə doldur.
وَطَهِّرْ بُطُونَنَا مِنَ الْحَرَامِ وَالشُّبْهَةِ
Qarnımızı haram və şübhəli şeylərdən pak et.
وَاكْفُفْ أَيْدِيَنَا عَنِ الظُّلْمِ وَالسَّرِقَةِ
Əllərimizi zülm və oğurluqdan çəkindir.
وَاغْضُضْ أَبْصَارَنَا عَنِ الْفُجُورِ وَالْخِيَانَةِ
Baxışlarımızı pozğunluq və xəyanətdən qoru.
وَاسْدُدْ أَسْمَاعَنَا عَنِ اللَّغْوِ وَالْغِيبَةِ
Qulaqlarımızı boş söz və qeybətdən bağla.
وَتَفَضَّلْ عَلَىٰ عُلَمَائِنَا بِالزُّهْدِ وَالنَّصِيحَةِ
Alimlərimizə zöhd (dünya vurğunluğundan uzaqlıq) və səmimi nəsihət bəxş et.
وَعَلَى الْمُتَعَلِّمِينَ بِالْجُهْدِ وَالرَّغْبَةِ
Öyrənənlərə səy və rəğbət ver.
وَعَلَى الْمُسْتَمِعِينَ بِالِاتِّبَاعِ وَالْمَوْعِظَةِ
Dinləyənlərə itaət və ibrətgötürmə nəsib et.
وَعَلَىٰ مَرْضَى الْمُسْلِمِينَ بِالشِّفَاءِ وَالرَّاحَةِ
Müsəlman xəstələrə şəfa və rahatlıq ver.
وَعَلَىٰ مَوْتَاهُمْ بِالرَّأْفَةِ وَالرَّحْمَةِ
Dünyasını dəyişənlərinə şəfqət və rəhmət bəxş et.
وَعَلَىٰ مَشَايِخِنَا بِالْوَقَارِ وَالسَّكِينَةِ
Böyüklərimizə vüqar və aramlıq ver.
وَعَلَى الشَّبَابِ بِالْإِنَابَةِ وَالتَّوْبَةِ
Gənclərə inabə (Allaha dönüş) və tövbə bəxş et.
وَعَلَى النِّسَاءِ بِالْحَيَاءِ وَالْعِفَّةِ
Qadınlara həya və iffət nəsib et.
وَعَلَى الْأَغْنِيَاءِ بِالتَّوَاضُعِ وَالسَّعَةِ
İmkanlılara təvazökarlıq və səxavət ver.
وَعَلَى الْفُقَرَاءِ بِالصَّبْرِ وَالْقَنَاعَةِ
Kasıblara səbir və qənaət bəxş et.
وَعَلَى الْغُزَاةِ بِالنَّصْرِ وَالْغَلَبَةِ
Qazilərə qələbə və zəfər nəsib et.
وَعَلَى الْأُسَرَاءِ بِالْخَلَاصِ وَالرَّاحَةِ
Əsirlərə azadlıq və rahatlıq bəxş et.
وَعَلَى الْأُمَرَاءِ بِالْعَدْلِ وَالشَّفَقَةِ
İdarə edənlərə ədalət və şəfqət,
وَعَلَى الرَّعِيَّةِ بِالْإِنْصَافِ وَحُسْنِ السِّيرَةِ
Rəiyyətə insaf və gözəl rəftar bəxş et.
وَبَارِكْ لِلْحُجَّاجِ وَالزُّوَّارِ فِي الزَّادِ وَالنَّفَقَةِ
Hacıların və ziyarət edənlərin azuqəsinə və dolanışığına bərəkət ver.
وَاقْضِ مَا أَوْجَبْتَ عَلَيْهِمْ مِنَ الْحَجِّ وَالْعُمْرَةِ
Onlara vacib etdiyin Həcc və Ümrəni yerinə yetirməyi nəsib et.
بِفَضْلِكَ وَرَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ
Fəzlin və rəhmətinlə, ey Rəhim edənlərin ən Rəhimli olanı.
www.imamzaman.az
