İmam Zamanla (ə.f) Həzrəti Əli (ə) arasında olan bənzərlik.
İmam Əlinin (ə) elmi, şücaəti, zahidliyi İmam Məhdidə (ə.f) cəm olub.
“Həmmad ibn Osman deyir İmam Sadiqin (ə) yanında idim. Bir nəfər kişi ona dedi: Allah Səni (işlərini) islah etsin. Buyurdun ki, Əli ibni Əbu Talib (ə) sərt köynək geyinərdi. Qiyməti də 4 dirhəm və ya buna yaxın idi. Sənin əynində isə təzə paltar görürük.
İmam (ə) buyurdu: Həqiqətən Əli ibni Əbu Talib (ə) bu paltarı elə bir zamanda geyinirdi ki, onu (o zamanda) inkar edən yox idi. Əgər belə bir paltar geyinsəydi şöhrət tapardı. Libasların ən xeyirlisi hər zamanın əhlinin geyindiyi libasdır. Biz Əhli beytin Qaimi (ə.f) qiyam etikdə Əlinin (ə) libasını geyinəcək və onun getdiyi yolla gedəcək.”
Usuli Kafí, 1-ci cild, səh 114, h 4.
İmam Zamanla (ə.f) Həzrəti Həsən (ə) arasında olan bənzərlik.
İmam Həsən (ə) səxavəti və kərimliyə daha çox tanınırdı. İmam Məhdi də (ə.f) bu sifəti ilə seçilir.
İmam Baqir (ə) buyurur:
(İmam Məhdi (ə.f)) İnsanlara ildə iki dəfə (nemət) əta edəcək. Və ayda iki dəfə onlara ruzi verəcək. (Nemətləri) İnsanlar arasında bərabər şəkildə böləcək, hətta zəkata ehtiyaclı görməyəcəksən. Zəkat sahibləri zəkatlarını onun (ə.f) ehtiyaclı şiələrinə gətirəcəklər. Onlar (şiələr) qəbul etməyəcəklər. (Zəkat sahibləri) onların (şiələrin) evinin ətrafında israrla dövr edəcəklər. Onlar (şiələr) çıxacaq və deyəcəklər: Bizim sizin dirhəmlərə ehtiyacımız yoxdu…
Sonra hədisin davamında buyurur: Dünya əhlinin bütün yer altı və yer üstü malı (sərvəti) onun (ə.f) yanında cəm olacaq. Sonra insanlara deyiləcək: Gəlin o şeyə tərəf ki, ona görə qohumluq əlaqəsini kəsdiz, onun üstündə haram (edilmiş) qanlar tökdüz və ona görə haramlara batdınız. Elə bir əta (ehsan) edəcək ki ondan (ə.f) əvvəl heç kəs bu cür əta etməmişdir.
Biharul ənvar, 52 – ci cild, səh 390, h 212.
İmam Zamanla (ə.f) Həzrəti Huseyn (ə) arasında olan bənzərlik.
“İmam Hüseyn (ə) Kərbəlaya tərəf getməmişdən qabaq Kəbə evində müsəlmanlardan kömək istədi.
İmam Məhdi (ə.f) də zühur etdikdə Kəbə evində kömək istəyəcək.”
– İmam Baqirdən (ə) nəql olununan səhih hədisdə buyurub:
“O gün (zühur etdiyi gün) Qaim (ə.f) kürəyini Beytul-Hərəmə (Kəbəyə) söykəyəcək və nida edəcək:
Ey insanlar! Biz Allaha (dininə) kömək etmək istəyirik. İnsanlardan kim bizim (çağırışımıza) cavab verər? Biz sizin peyğəmbəriniz Muhəmmədin (Allahın salamı olsun ona və ailəsinə) Əhli-beytiyik. Və biz Allah və Muhəmmədə (Allahın salamı olsun ona və ailəsinə) daha yaxınıq.”
Şeyx Nomani (r.ə) – “Əl-Ğeybə” səh 281
İmam Zamanla (ə.f) İmam Əli ibn Hüseyn əs-Səccad (ə) arasında olan bənzərlik.
İmam Səccad (ə) ibadəti və zöhdü ilə tanınırdı.
İmam Məhdidə (ə.f) babası Səccaddan (ə) gözəl örnəklər vardır.
İmam Museyi Kazım (ə) imam Məhdinin (ə.f) çox ibadət etməyini bu cür vəsf edir:
”Atam fəda olsun gecəni səhərə qədər ulduzların müşayiətində ruku və səcdədə keçirən kəsə.”
Biharul ənvar, 86-cı cild, səh 80, h 8.
İmam Zamanla (ə.f) İmam Muhəmməd ibn Əli əl-Baqir (ə) arasında olan bənzərlik.
İmam Baqir (ə), Allah Rəsuluna (s) daha çox bənzərliyi ilə seçilirdi. Hətta Peyğəmbərin (s) səhabəsi Cabir ibn Abdullah Ənsari onu gördükdə belə demişdir: “And olsun Kəbənin Rəbbinə, bunun əxlaqı Peyğəmbərin (s) əxlaqıdır.
İmam Məhdi (ə.f) də əxlaqı və yaranışı baxımından peyğəmbərə (s) daha çox bənzərliyi ilə seçilir.
İmam Həsən Əskəri (ə) buyurub: “Həmd olsun O Allaha ki, məndən sonrakı xəlifəmi görməmiş, məni dünyadan aparmayacaq. O (ə.f) yaradılış və xasiyyət baxımından insanlar içərisində Rəsulullaha (s) ən çox oxşayan şəxsdir.”
İsbatul-hudat, 5-ci cild, səh.97-98, h.186.
İmam Zamanla (ə.f) İmam Cəfər ibn Muhəmməd əs-Sadiq (ə) arasında olan bənzərlik.
İmam Sadiq (ə) özündən əvvəlki imamlara nisbətdə bəşəriyyət üçün çoxlu elmləri aşkar etdi. İstər islama aid olan elmlər olsun istərsə də dünyəvi elmlər.
İmam Məhdi (ə.f) də zühur etdikdə bütün elmləri bəşəriyyətə aşkar edəcək.
Kumeyl ibn Ziyad əmirul mumininin Əlidən (ə) nəql edir:
– Ey Kumeyl! Bütün elmləri açan mənəm və bütün şeyləri ( elmləri) sona çatdıran isə Qaimdir (ə.f).
Darus-səlam, 2-ci cild, səh 27
İmam Sadiq (ə) buyurub: “Elm 27 hərfdən ibarətdir. Rəsul olan peyğəmbərlərin (ə) gətirdikləri isə 2 hərfdir. İnsanlar bu günə kimi 2 hərfdən çoxunu bilmirlər. İmam Məhdi (ə) qiyam etdiyi zaman qalan 25 hərfi də aşkar edəcək. Onu insanlar arasında yayacaq və 2 hərfi həmin hərflərə əlavə edəcək. Bununla da 27 hərf tamamlanmış olacaq.”
Əllamə Məclisi (r.ə); Biharul-Ənvar; cild 52; səh.336; hədis 73
İmam Zamanla (ə.f) İmam Musa ibn Cəfər əl-Kazim (ə) arasında olan bənzərlik.
İmam Museyi Kazım (ə) öz zamanında, atalarının zamanında olduğundan daha çox qorxu və təqiyyə ilə imtahan olundu.Vİmam Məhdi də (ə.f) öz zamanında qorxu və təqiyyə ilə imtahan olunur.
Zurarə, İmam Sadiqdən (ə) nəql edir ki, imamdan eşitdim:
Qaim (ə.f) qiyam etməmişdən öncə onun qeybi olacaq.
Dedim : Nə üçün ?
İmam (ə) dedi : O (ə.f) qorxur.
Sonra imam (ə) əli ilə qarnına işarə etdi – yəni öldürülməkdən qorxur.
Qeyd: Allahın höccətləri öz canlarına yetişəcək xətərdən qorxmurlar, əksinə qorxuları İlahi vəzifənin yarımçıq qalmasına görədir.
Usuli Kafí, 1-ci cild , səh 338 , h 9.
İmam Zamanla (ə.f) İmam Əli ibn Musa ər-Rza (ə) arasında olan bənzərlik.
İmam Rzanın (ə) zamanında təqiyyə qismən də olsa aradan qalxmışdı.
İmam Məhdi də (ə.f) zühur etdikdə Allah qorxunu əmin – amanlıqla əvəz edəcək və təqiyyə aradan qalxacaq.
İmam Sadiq (ə) bu ayənin təfsirində buyurmuşdur:
«Allah sizdən iman gətirib yaxşı işlər görən kəslərə vəd etmişdir ki, onları mütləq özlərindən qabaq olmuşları canişin etdiyi kimi yer üzündə (Öz) canişin(i) və hakim edəcək, onlar üçün bəyəndiyi dini (İslam dinini) mütləq, onlar üçün bərqərar edərək möhkəmləndirəcək və onların halını şübhəsiz, qorxu və vahimədən sonra əmin-amanlıq və xatircəmliklə əvəz edəcəkdir. Belə ki, yalnız Mənə ibadət etsinlər və heç nəyi Mənə şərik qoşmasınlar.. » [Nur 55]
(Bu ayə) İmam Məhdi (ə.f) və onun səhabələri haqqında nazil olmuşdur.
Burhan təfsiri, 4-cü cild, səh 89, h 4.
İmam Zamanla (ə.f) İmam Muhəmməd ibn Əli əl-Təqi (ə) arasında olan bənzərlik.
İmam Muhəmməd Təqi (ə) erkən yaşlarında, 8 yaşı olduğu zaman, imamət məqamına yetişdi. İmam Məhdi də (ə.f) erkən yaşında imamət məqamına yetişdi.
– İmam Həsən əl-Əskərinin (ə) şəhadətindən sonra, hicri tarixlə 260-cı ildə Rəbiul-əvvəl ayının 9-da imamət məqamına yetişdi.
Əhli sünnə alimlərindən İbn Həcər əl-Heysəmi əş-Şafei, İmam Həsən Əskərinin (ə) tərcüməyi halında qeyd edir:
– (İmam Həsən əl-Əskəri) özündən sonra Əbul Qasim Muhəmməd əl-Höccət adlı oğlundan başqa bir övlad tərk etməmişdir. Atasının vəfatı zamanı onun (İmam Məhdinin) 5 yaşı var idi. Lakin Allah ona bu yaşda hikmət əta etmişdi.
Savariqul-muhriqə, səh 208.
İmam Zamanla (ə.f) İmam Əli ibn Muhəmməd əl – Nəqi (ə) və Həsən ibn Əli əl-Əskəri arasında olan bənzərlik.
Tarixdə qeyd olunur ki, İmam Əli ən-Nəqi (ə) və Həsən Əskəri (ə) çox heybətli idilər. Bu səbəbdən hətta düşmənləri belə onlardan qorxur və onlara hörmətlə yanaşırdılar.
İmam Məhdi (ə.f) də zühur etdikdə, Allah ona qorxu və heybət ilə kömək edəcək və öz düşmənləri üzərində qalib edəcək.
İmam Baqir (ə) buyurur: “Bizdən olan Qaim (ə.f) qorxu ilə kömək olunub və qələbə ilə gücləndirilib.”
Şeyx Təbərsi, Ə’lamul-vəra, səh 433.
¡ Sayta dair materiallar istifadə edildikdə istinad zəruridir!
