Əhli-beyt əleyhimussəlam ilahi elmin xəzinədarlarıdır.
1. Peyğəmbər (s): Allah-təala Əhli-beytin (ə) vəsfində buyurur: “Onlar səndən (Muhəmməddən) sonra mənim elmimin xəzinədarlarıdır.”
Kafi, c.1, səh.193, h.4 və səh.29, h.4;
Bəsairüd-dərəcat, səh.105, h.12
2. İmam Baqir (ə): And olsun Allaha, biz Allahın göy və yerdəki xəzinədarlarıyıq, amma qızıl və gümüşün deyil, elminin xəzinədarlarıyıq.
Kafi, c.1, səh.192, h.2
3. İmam Baqir(ə): Biz Allahın elm xəzinədarları, vəhy tərcümanlarıyıq.
Kafi, c.1, səh.192, h.3 və c.1, səh.269, h.6;
Əlamul-vəra, səh. 277
4.İmam Baqir (ə): “Allahın iki növ özünə məxsus olan və bir də ümumi olan elmi vardır. Özünə məxsus olan elmi həmin elmdir ki, özünə yaxın olan mələklərinə və peyğəmbərlərə belə onu öyrətməyib. Amma ümumi olan elmi yaxın mələklərinə və peyğəmbərlərə öyrətdiyi elmdir. Bizə də bu elm Allahın Rəsulundan (s) keçib.”
Tövhid, səh.138, h.14;
Bəsairud-dərəcat, səh.111, h.12
5. İmam Sadiq (ə): “Biz peyğəmbərlərdən irs aparırıq. Musanın(ə) əsası da bizdədir. Biz Allahın yer üzündəki xəzinədarlarıyıq, amma qızıl -gümüş xəzinədərları yox.”
Furatul-kuti təfsiri, səh.107, h.101
6. İmam Sadiq (ə): “Biz elm ağacı, Peyğəmbərin (s) Əhli-beytiyik (ə). Məhz bizim evə Cəbrayıl (ə) enmiş, yalnız biz Allahın elminin xəzinədarları, onun vəhyinin mədənləriyik. Hər kəs bizə tabe olarsa, nicat tapar, bizdən ayrı düşərsə, həlak olacaq və Allaha da məhz belə yaraşır.”
Şeyx Səduq, Əmali, səh.252, h.15,
Bəşarətul-Mustəfa, səh.54;
Rovzətul-vaizin, səh.299;
Bəsairud-dərəcat, səh.103, 19-cu fəsil
www.imamzaman.az
¡ Sayta dair materiallar istifadə edildikdə istinad zəruridir.
