imamzaman.az
No Result
Bütün nəticələri göstər
  • Əhli-beyt
    • Əhli-beyt məhfumu
    • Əhli-beyti tanımaq
    • Əhli-beytin elmi
    • Əhli-beytin məktəbi
    • Əhli-beytin haqları
    • Əhli-beyt əxlaqı
    • Əhli-beyti sevmək
    • Əhli-beytlə düşmənçilik
    • Əhlibeytə zülm etmək
    • Əhli-beytin tövsiyələri
  • İmam Məhdi haqqında
    • Həyatı
    • Səfirləri
    • Məktubları
    • Görüşləri
    • Kitablar
    • Alimlərin nəzərində
  • Qurani kərimdə
    • Əhli-sünnə təfsirlərində
    • Əhli-şiə təfsirlərində
  • Məhdəviyyət
    • Qeyb
    • Zühur
    • Axirzaman
    • Digər
  • Dualar
    • Dualar
    • Ziyarətnamələr
  • İmamət
  • İradlara cavab
  • Multimedia
    • Videolar
    • Fotolar
    • Səslər
  • Sual – Cavab
  • Sual göndər
    • Whatsapa göndər
    • Telegrama göndər
  • Əhli-beyt
    • Əhli-beyt məhfumu
    • Əhli-beyti tanımaq
    • Əhli-beytin elmi
    • Əhli-beytin məktəbi
    • Əhli-beytin haqları
    • Əhli-beyt əxlaqı
    • Əhli-beyti sevmək
    • Əhli-beytlə düşmənçilik
    • Əhlibeytə zülm etmək
    • Əhli-beytin tövsiyələri
  • İmam Məhdi haqqında
    • Həyatı
    • Səfirləri
    • Məktubları
    • Görüşləri
    • Kitablar
    • Alimlərin nəzərində
  • Qurani kərimdə
    • Əhli-sünnə təfsirlərində
    • Əhli-şiə təfsirlərində
  • Məhdəviyyət
    • Qeyb
    • Zühur
    • Axirzaman
    • Digər
  • Dualar
    • Dualar
    • Ziyarətnamələr
  • İmamət
  • İradlara cavab
  • Multimedia
    • Videolar
    • Fotolar
    • Səslər
  • Sual – Cavab
  • Sual göndər
    • Whatsapa göndər
    • Telegrama göndər
No Result
Bütün nəticələri göstər
imamzaman.az

Həzrəti Məhdinin (ə.c) ailəsi və övladları

Dekabr 29, 2023
Oxuma vaxtı: 9 dəqiqəyə oxunur
A A
Həzrəti Məhdinin (ə.c) ailəsi və övladları

Məhdəviyyət mövzusu ilə bağlı olan məsələlərdən biri də İmamın (ə) ailə və övlad sahibi olmasıdır. Görəsən İmam (ə) ailə qurub və övladları varmı?!

Bu barədə 3 qism fikir var;

Birincisi, sübut və dəlillərə isnad edərək İmamın (ə) ailə qurmasını qəbul edənlərin baxışı (baxmayaraq ki, bunun necə baş verməsi barədə məlumat yoxdur)

İkincisi, bunu qəbul edənlərin dəlillərini tənqid edən misal və bəzi faktlara əsasən, o Həzrətin (ə) ailə qurmadığını iddia edənlərin baxışı.

Üçüncü qrup isə bu barədə sükut etməyə üstünlük verir və bunu qəbul və ya inkar edənlərin gətirdikləri dəlillərin bu barədə fikir irəli sürmək üçün kifayət etmədiyini bildirir.

İndi isə bu 3 qrup dəlil və iddialarına nəzər salaq:

1. İMAM MEHDİNİN (Ə) AİLƏ QURMASINI QƏBUL EDƏNLƏRİN BAXIŞI:

Bir qrup şiə alimi, o cümlədən Əllamə Məclisi, Muhəmməd Sadiq Sədr, Şeyx Əli Əkbər, Muhəddis Nuri aşkar və dolayı olan dəlillərə isnad edərək İmamın (ə) ailə qurduğunu qəbul etmişdilər. Hərçənd ki, bunun necə baş verməsi barədə aralarında fikir ayrılığı olub. Lakin ümumiyyətlə bu məsələyə toxunmayıblar.

Muhəmməd Sadiq Sədrin bu barədə yazdıqları:

Ənbaridən qeyd olunan hədisdə İmam Mehdinin (ə) Aralıq dənizinin naməlum adalarında yaşaması və övladlarının olması məsələnin ardınca İmamın (ə) övladlarının adları sadalanır:

1. Tahir ibn Sahibul-Əmr (“Zahirə” adlı adaların birində vali)

2. Qasim ibn Sahibul-Əmr (Raiqə adasının valisi)

3. İbrahim ibn Sahibul-Əmr (Safiyə şəhərinin hakimi)

4. Əbdürrəhman ibn Sahibul-Əmr (Təlum şəhərinin hakimi)

5. Haşim ibn Sahibul-Əmr (Ənatis şəhərinin hakimi)

Sadaladığımız isimlərin hamısı atası İmam Mehdi (ə) nəzarəti altında rəhbərlik vəzifələrinin icra edirlər. Baxmayaraq ki, hədisdə onların öz ataları ilə görüşüb-görüşmədikləri barədə qeyd edilməyib.

Nəcmus-Saqib, 200, 222

Mazandaraninin qeyd etdiyi bu hədislə oxşar məzmuna malik hədisin hicri 7-ci əsrə aid edilir. Hədisdə Aralıq dənizində adaların olması və onların ən böyüyü Xəzra adasında İmamın (ə) adı Muhəmməd ləqəbi Şəmsəddin olan naibinin hökmranlıq etməsi bildirilir. Qeyd olunun şəxs İmamın (ə) beşinci nəslindən olan övladıdır. Lakin bu şəxsin əvvəlki hədisdə qeyd olunan övladlardan biri olması dəqiq məlum deyil.

Əslində bir əsr ərzində 5 nəslin meydana gəlməsi ehtimalı çox zəifdir. Faktın düzgünlüyünü bir halda fərz edə bilər ki, o Həzrətin (ə) çoxlu sayda həyat yoldaşı olmuş ya da övladlarının nəsil artımı sürətlə davam etmişdir. Hədisin zahiri məzmunundan belə görünür ki, adı çəkilən şəxs hakimiyyət başında olduğu vaxt İmamın (ə) övladları və birinci nəsil nəvələrindən kimsə həyatda olmamışdır. Əks təqdirdə beşinci nəslindən olan bir şəxs rəhbər olmazdı. Xüsusilə onu qeyd etməliyik ki, hədisin məzmunundan ata-babaların daha layiqli insanlar olduğu anlaşılır, çünki nəsil şəcərəsi yuxarıya doğru getdikdə İmamla (ə) görüşmək və ya ən azı səsini duyma ehtimalı daha çox olur. Təbii ki əlaqəsi İmama (ə) daha yaxın olan insanların dərəcə və məqamı da yüksək olur.

Ümumilikdə bu iddianı qəbul edənlərin gətirdikləri sübut və dəlillər aşağıdakılardan ibarətdir:

A) izdivac — islam dinin təkid edilmiş sünnəsi

İzdivac islam dinində təkid olunan məsələlərdən biridir. Peyğəmbər (s) və din böyüklərinin bu işə xüsusi şəkildə təkid etməsini nəzərə alaraq belə bir qənaətə gəlirik ki, islamın ayin və sünnələri qorumaq missiyası daşıyan İmam (ə) mütləq ki bu sünnəyə əməl etmişdir. Hədis kitablarında ailə qurmağa təşviq edən habelə bunu tərk etməyin məzəmməti haqqında olan hədislər o qədər çoxdur ki, İmamın (ə) bu sünnəni tərk etdiyini iddia etmək olmaz.

B) Hədis kitablarında nəql olunan dua və ziyarətnamələr bir başa və dolayısı ilə o Həzrətin (ə) həyatı yoldaşının və uşaqlarının olmasına dəlalət edir. Bunlardan bəzilərini siz əzizlər üçün təqdim edirik:

1. İmam Əli (ə) İmam Məhdi (ə) barədə buyurur:

“O əhli əyalını Nuhun (ə) iqamətgahı və müqəddəs torpaq olan “Rəhb”ə məskunlaşdıracaq. Muhəmməd xanədanından heç kim pak olmayan torpaqlarda yaşamaz və öldürülməz, çünki, onlar həqiqətən pak vəsilərdir”. 

Təfsiri-Əyyaşi, c.1, s.66, hədis 116

 

2. İmam Sadiq (ə) Səhlə məscidi haqqında belə buyurur:

“O öz ailəsilə Səhlə məscidində məskunlaşacaq. Ora bizim sahibimizin mənzilidir”.

əl-İrşad, c.2, s.380;

Şeyx Tusi, əl-Ğeybə, s.471, hədis 488

 

3. Şəyx Səduq bu hədisi Muhəmməd ibn Əli ibn Müfəzzəl ibn Təmmamdan, o, Əhməd ibn Muhəmməd ibn Əmmardan, o, öz atasından, o, Həmdan Qəlanusidən, o, Muhəmməd ibn Cümhurdan, o, Mərazum ibn Abdullahdan, o Əbu Bəsrdən, o da İmam Sadiqdən (ə) belə nəql edir:

“Ey Əbu Muhəmməd! Sanki Qaimin öz əhli əyalı ilə Səhlə məscidinə gəlişini görürəm”.

Qisasul-Ənbiya, s.80, hədis 63;

Biharul-Ənvar, c.52, s.317, hədis 13

 

4. Seyyid ibn Tavus “Cəmalul-usbu” kitabında İmam Rzadan (ə) bir dua nəql etmişdir ki,

orada İmam Mehdinin (ə) övladlarına və ailəsinə salam və salavat göndərilir. “İlahi ona və atalarına salam göndər. Ona, ailəsinə, övladlarına, ümmətinə və ardıcıllarına, elə bir şey əta et ki, onun vasitəsi ilə gözləri aydın və könülləri şad olsun”.

Biharul-Ənvar, c.52, s.22

 

5. İmam Mehdiyə (e) məxsus bir cümə ziyarətnaməsində belə deyilir:

“Əhdinə sadiq qalanlara və övladlarından olan İmamlara Salam olsun”.

Biharul-Ənvar, c.102, s.228

 

6. O Həzrətin (ə) müqəddəs sərdabla vidalaşdığı zaman etdiyi duada deyilir:

“lahi, əmr sahibinə, əhdinə sadiq qalanlara və övladlarından rəhbərlərə salam göndər”.

Misbahus-Zair, c.1, s.237;

Biharul-Ənvar, c.3, s.114

 

C) “Xəzra adası” dastanı

Hicri qəməri tarixi ilə 699-cu il Şaban ayında Kərbalada Şəmsəddin Nəcih Hilli və Cəlaləddin Abdullah ibn Həram Hillidən eşitdim. Bu dastanı Əli ibn Fazil Mazandaranindən Samirra şəhərində eşitdik. Dastanda deyilir ki, Xəzra adası İmam Mehdinin (ə) övladlarının məskənlərindən biridir.

Muhəddis Nurinin Cənnətul-Məva kitabında Kəmaləddin Ənbaridən nəql etdiyi rəvayətdə deyilir ki, İmam Mehdinin (ə) övladlarından Qasim və İbrahimin hökmranlıq etdiyi adaları görüb.

Biharul-Ənvar, c.52, s.164; c.53, s.219

 

Ç) “Əbu Saleh” künyəsi

İmam Mehdinin (ə) künyələrindən biri Əbu Salehdir. Buda onu göstərir ki, o Həzrətin (ə) övladladı var və bu künyə onun adından götürülüb. Mən la yəhzəruhul fəqih kitabında İmam Sadiqdən nəql olunur: “Yolu azdığın zaman “Ey Əbu Saleh” deyə çağır, ya da belə söylə: “Ey Əbu Saleh yolu bizə göstərin”. Əllamə Məclisi İmam Zamanla (ə) görüşənlər barədə nəql edərkən atasından o da 40 dəfə Həcc ziyarətinə piyada getmiş “Əmir İshaq Əstərabadi” adlı bir şəxsdən belə bir hadisə nəql edir:

Həmin səfərlərin birində, karvandan ayrı düşərək, yolunu azır və çaşqın halda susuz qalır. Sonra “Ey Əbu Saleh, ey Əbu Saleh mənə yol göstər!” — deyə çağırmaya başlayır. Qəfildən uzaqdan bir atlını görür. O gəlib yol göstərir və onu karvana çatdırır. O deyir ki, bu hadisədən sonra anladım ki, o şəxs İmam Mehdi (ə) imiş.

Mən la yəhzəruhul-fəqih, c.2, s .298, hədis 2506 

 

2. İMAM MEHDİNİN (Ə) AİLƏ QURMASINI QƏBUL ETMƏYƏNLƏRİN BAXIŞI

İmam Mehdinin (ə) ailə qurmasını və övlad sahibi olmasını qəbul etməyənlər bir sıra dəlil və sübutlara istinad etmişdirlər ki, onlardan bəziləri bunlardır:

A) imamın (ə) ailə və övlad sahibi olması onun qeybə çəkilməsinin ən önəmli şərtlərindən olan gizlilik və İmamın (ə) tanınmaması prinsipi ilə uyğun gəlmir. Çünki ailə quran kəs ən az həyat yoldaşı tərəfindən tanınır və buda gizliliyə uyğun gəlmir. Digər tərəfdən, o Həzrətin (ə) tam və kamil şəkildə qeybə çəkilməsini bəyan edən hədislərimiz mövcuddur. Onlardan ikisini sizin üçün qeyd edirik:

1. Bu işin sahibin təvəllüdü insanlardan gizli olacaq. Ona görə ki, qiyam edənə qədər heç kəsin beyəti onun üzərində olmasın.

İmam Mehdi ensiklopediyası, c.3, hədis 522 

 

2. Qaim zühur etməzdən əvvəl qeybə çəkiləcək, çünki həyatı üçün təhlükə var.

Kəmalud-Din, s.481, hədis 10 

 

B) İmam Mehdinin (ə) nümayəndələri yetmiş il boyunca bircə dəfə də olsun İmamın (ə) ailə qurması, həyat yoldaşına və övladlarına işarə etməyiblər. Əgər elə bir iş baş versəydi, buna işarə etməli idilər.

 

C) Bir sıra hədislər aşkar şəkildə İmamın (ə) övladlarının olmamasına dəlalət edir. Onlardan bəziləri bunlardır:

1. Məsudi belə nəql edir: “Əli ibn Həmzə, İbn Sirac və Əbu Səid Məkari İmam Rzanın (ə) yanına daxil olurlar. Aralarında belə bir danışıq olur. Əli ibn Həmzə İmama (ə) sual verir: “Eşitmişik ki, heç bir İmam öz övladını görmədən dünyadan köçməz”.

İmam (ə) buyurdu: ” Qaimdən (ə) başqasını rəvayət edirsiz?”

Əli ibn Həmzə dedi: “Xeyr”.

İmam (ə) buyurur: ” Bəli, rəvayət etmisiniz, amma bilmirsiniz niyə. Mənasını bilmirsiniz. Tezliklə mənim övladımı görəcəksiniz (yəni 12-ci imam elə olmadığını biləcəksiniz)”.

İsbatul-vəsiyyət, s.221

 

2. Muhəmməd ibn Abdullah ibn Cəfər HÜmeyri nəql edir: “Əli ibn Həmzə İmam Rzanın (ə) yanına daxil olur və sual verir: 

-Siz imamsınız?

-Bəli.

-Babanız Cəfərdən (ə) eşitmişəm ki, övladı olmayan imam yoxdur. 

– Unutmusan və ya özünü unutqanlığa vurmusan? Cəfər (ə) elə deməyib. Əslində, o deyən bu cürdür ki, Hüseyn ibn Əlinin (ə) qəbrdən çıxdıqdan sonra (rəcətdən sonra) namaz qılacağı İmamdan (ə) başqa bir İmam övladı var.

– Düz deyirsiniz, sizə fəda olum, belə demişdi“.

Şeyx Tusi, əl-Ğeybə, s.134-135

 

3. Şübhə ilə yanaşan və ya sükut edənlərin baxışı

Bəzi alimlərimiz bu düşüncədədir ki, İmam (ə) ailə qurması və bu kimi məqamlar Məhdəviyyət mövzusunda elə də əhəmiyyət kəsb etməyən məsələlərdir. Yəni bu məsələnin dəqiq bilinməməsi digər məsələlər üçün mane yaratmaz. Həm də bu kimi mövzular oradan sağlam şəkildə çıxılacağına ümid olmayan təhlükəli yerdir. Bu üzdən ən yaxşı yolun bu barədə sükut etmək olduğunu düşünmüşlər.

Bu məsələ barədə hər 3 fikirdə olanların əsaslandıqları nöqtələri siz əzizlərin nəzərinə çatdırdıq. Bu barədə yəqin əldə etməyin mümkün olmadığını bir şəraitdə məsələ barədə daha dəqiq məlumat almaq üçün daha artıq dərin araşdırmaq və mümkün qədər ehtiyat etmək ən yaxşısıdır.

 

¡Sayta dair materiallar istifadə edildikdə istinad zəruridir!

Post Views: 561
ShareTweetSendShare
  • Əhli-beyt
  • İmam Məhdi haqqında
  • Qurani kərimdə
  • Məhdəviyyət
  • Dualar
  • İmamət
  • İradlara cavab
  • Multimedia
  • Sual – Cavab
  • Sual göndər
No Result
Bütün nəticələri göstər
  • Əhli-beyt
    • Əhli-beyt məhfumu
    • Əhli-beyti tanımaq
    • Əhli-beytin elmi
    • Əhli-beytin məktəbi
    • Əhli-beytin haqları
    • Əhli-beyt əxlaqı
    • Əhli-beyti sevmək
    • Əhli-beytlə düşmənçilik
    • Əhlibeytə zülm etmək
    • Əhli-beytin tövsiyələri
  • İmam Məhdi haqqında
    • Həyatı
    • Səfirləri
    • Məktubları
    • Görüşləri
    • Kitablar
    • Alimlərin nəzərində
  • Qurani kərimdə
    • Əhli-sünnə təfsirlərində
    • Əhli-şiə təfsirlərində
  • Məhdəviyyət
    • Qeyb
    • Zühur
    • Axirzaman
    • Digər
  • Dualar
    • Dualar
    • Ziyarətnamələr
  • İmamət
  • İradlara cavab
  • Multimedia
    • Videolar
    • Fotolar
    • Səslər
  • Sual – Cavab
  • Sual göndər
    • Whatsapa göndər
    • Telegrama göndər

© 2023 İmam Zaman portalı