imamzaman.az
No Result
Bütün nəticələri göstər
  • Əhli-beyt
    • Əhli-beyt məhfumu
    • Əhli-beyti tanımaq
    • Əhli-beytin elmi
    • Əhli-beytin məktəbi
    • Əhli-beytin haqları
    • Əhli-beyt əxlaqı
    • Əhli-beyti sevmək
    • Əhli-beytlə düşmənçilik
    • Əhlibeytə zülm etmək
    • Əhli-beytin tövsiyələri
  • İmam Məhdi haqqında
    • Həyatı
    • Səfirləri
    • Məktubları
    • Görüşləri
    • Kitablar
    • Alimlərin nəzərində
  • Qurani kərimdə
    • Əhli-sünnə təfsirlərində
    • Əhli-şiə təfsirlərində
  • Məhdəviyyət
    • Qeyb
    • Zühur
    • Axirzaman
    • Digər
  • Dualar
    • Dualar
    • Ziyarətnamələr
  • İmamət
  • İradlara cavab
  • Multimedia
    • Videolar
    • Fotolar
    • Səslər
  • Sual – Cavab
  • Sual göndər
    • Whatsapa göndər
    • Telegrama göndər
  • Əhli-beyt
    • Əhli-beyt məhfumu
    • Əhli-beyti tanımaq
    • Əhli-beytin elmi
    • Əhli-beytin məktəbi
    • Əhli-beytin haqları
    • Əhli-beyt əxlaqı
    • Əhli-beyti sevmək
    • Əhli-beytlə düşmənçilik
    • Əhlibeytə zülm etmək
    • Əhli-beytin tövsiyələri
  • İmam Məhdi haqqında
    • Həyatı
    • Səfirləri
    • Məktubları
    • Görüşləri
    • Kitablar
    • Alimlərin nəzərində
  • Qurani kərimdə
    • Əhli-sünnə təfsirlərində
    • Əhli-şiə təfsirlərində
  • Məhdəviyyət
    • Qeyb
    • Zühur
    • Axirzaman
    • Digər
  • Dualar
    • Dualar
    • Ziyarətnamələr
  • İmamət
  • İradlara cavab
  • Multimedia
    • Videolar
    • Fotolar
    • Səslər
  • Sual – Cavab
  • Sual göndər
    • Whatsapa göndər
    • Telegrama göndər
No Result
Bütün nəticələri göstər
imamzaman.az

Fərəc duası oxuyarkən hansı məqamlara diqqət etməliyik?

Sentyabr 23, 2026
Oxuma vaxtı: 5 dəqiqəyə oxunur
A A
Fərəc duası oxuyarkən hansı məqamlara diqqət etməliyik?

Fərəc duası oxuyarkən hansı məqamlara diqqət etməliyik?

Ayətullah Behcət ağa İmam Zaman (ə.f) haqqında buyururdu:

“Həzrət Qaim (ə.f) ən üstün elmə malikdir və Əzəmətli İsimdən ən çox xəbərdar olan şəxsdir. Buna baxmayaraq, yuxuda və ya oyaq vaxtı onun hüzuruna çatanlara buyurub: «Mənim üçün dua edin». Bəs biz bu barədə düşünməməliyikmi? Müsəlmanların fərəci və həqiqi islahatçının — Həzrət Höccətin (ə.f) zühuru üçün yalvarış və təvəssüllə dua etməməliyikmi?”

Fərəc duası sadəcə dil ilə təkrarlanan bir zikr deyil. Ayətullah Behcətin nəzərində, həqiqi fərəc duası insanın daxilinə və əməllərinə təsir etməli, onu İmam Zaman (ə.f) ilə daha möhkəm rabitəyə və zühura hazırlığa aparmalıdır. O, fərəc duasının təsirli olması üçün xüsusilə aşağıdakı məqamlara diqqət çəkirdi.

1. Günahlardan tövbə

Ayətullah Behcət buyururdu ki, axir zamanda həlak olmaqdan qorunmaq üçün ən mühüm əməllərdən biri İmam Zamanın (ə.f) fərəci üçün dua etməkdir; lakin bu dua insanın bütün əməllərinə təsir etməlidir. Duanın şərtlərindən biri tövbədir. İnsan fərəc istəyirsə, eyni zamanda fərəci gecikdirən günahlardan uzaqlaşmağa çalışmalıdır. 

Çünki, İmamla (ə.f) rabitənin möhkəmliyi nəfsin islahından keçir. İnsan hər gecə özünü hesaba çəkməli və soruşmalıdır:

“Bu gün etdiyim hansı əməl İmamımı (ə.f) razı saldı, hansı əməl isə onun qarşısında məni xəcalətli qoydu?”

2. Duanı ixlas və səmimi niyyətlə oxumaq

Ayətullah Behcətin ifadəsi ilə, çətinliklərdən qurtuluş üçün xəlvətdə İmam Zamanın (ə.f) fərəci üçün dua etmək lazımdır; sadəcə dilin vərdiş etdiyi, qəlbin iştirak etmədiyi bir dua deyil.

Fərəc duası dilin təkrarı yox, qəlbin yalvarışı olmalıdır. İnsan dua edərkən həqiqətən zühuru istəməli, İmamının (ə.f) qürbətini öz qəlbində hiss etməli və bu arzunun öz həyatında da dəyişiklik yaratmasına imkan verməlidir. 

3. İmama (ə.f) təvəssül

Yalvarış və ticarə ilə deyil, həqiqi iztirabla üz tutmaqla təvəsül etməkiyik. Ayətullah Behcət şiələrin üzləşdiyi sıxıntılar qarşısında dua və təvəssülü xüsusi vurğulayırdı. Onun tövsiyəsi yalnız fərəc diləmək deyil, fərəci qəlbdən istəmək, yalvarmaq və başqalarını da bu duaya çağırmaq idi.

Çünki fərəc duası yalnız gələcəkdə baş verəcək böyük bir hadisə üçün edilən dua deyil; insanın öz daxilində də bir fərəc yarada bilər. Ümidini itirmiş qəlbə ümid, İmamından uzaq düşmüş ruha isə rabitə qazandıra bilər. Ağa Behcət bu duanı “ümidvarlıq” və “İmamla mənəvi rabitə” kimi də ifadə edirdi. 

4. İmamın (ə.f) zühurunu şəxsi hacətlərdən üstün tutmaq

Ən təsirli məqamlardan biri budur: insan müqəddəs məkana getdikdə yalnız öz xəstəliyini, ruzisini, ailəsini, işini və şəxsi problemlərini düşünməməlidir.

Ağa Behcət deyirdi ki, insanlar Cəmkəran məscidinə çox vaxt öz hacətlərini istəmək üçün gedirlər, halbuki İmam Zamanın (ə.f) özünün bizdən istədiyi ən böyük dua — onun fərəci üçün dua etməkdir. 

Deməli, müntəzirin duasında belə bir mərtəbə olmalıdır: “İlahi, mənim hacətlərimdən əvvəl İmamımın (ə.f) fərəcini mənə nəsib et.”

Çünki, onun zühuru yalnız bir insanın deyil, bütün məzlumların, bütün haqq axtaranların və bütün bəşəriyyətin fərəcidir.

Bir incə məqam da var…

İmam Zamanı (ə.f) görmək arzusu ilə yaşayan bir şəxs Ayətullah Behcətdən bunun üçün dua etməsini istəyir. O isə çoxlu salavat göndərməyi, salavatı İmamın (ə.f) müqəddəs varlığına hədiyyə etməyi, bunu fərəcin təcili üçün dua ilə birləşdirməyi və Cəmkəran məscidinə gedib namazlarını yerinə yetirməyi tövsiyə edir. 

Bütün bunların mərkəzində isə bir həqiqət dayanır:

Fərəc duası İmam Zamanı (ə.f) dəyişdirmək üçün deyil, bizi dəyişdirmək üçün oxunmalıdır.

Çünki, insanın dili “Allahummə əccil lə vəliyyikəl-fərəc” deyib, əməlləri zühuru uzaqlaşdıran istiqamətdədirsə, onun duası hələ qəlbin dərinliyinə enməyib.

Fərəci istəyirsənsə, özünü fərəcə hazırla.

İmamını gözləyirsənsə, İmamının razı qalacağı insan ol. Zühuru arzulayırsansa, əvvəlcə öz daxilində zühura yer hazırla.

Həqiqi intizar budur: dil fərəci istəsin, qəlb İmamına bağlansın, nəfs islah olunsun və həyat zühura hazırlığa çevrilsin. 

www.imamzaman.az

Post Views: 247
ShareTweetSendShare
  • Əhli-beyt
  • İmam Məhdi haqqında
  • Qurani kərimdə
  • Məhdəviyyət
  • Dualar
  • İmamət
  • İradlara cavab
  • Multimedia
  • Sual – Cavab
  • Sual göndər
No Result
Bütün nəticələri göstər
  • Əhli-beyt
    • Əhli-beyt məhfumu
    • Əhli-beyti tanımaq
    • Əhli-beytin elmi
    • Əhli-beytin məktəbi
    • Əhli-beytin haqları
    • Əhli-beyt əxlaqı
    • Əhli-beyti sevmək
    • Əhli-beytlə düşmənçilik
    • Əhlibeytə zülm etmək
    • Əhli-beytin tövsiyələri
  • İmam Məhdi haqqında
    • Həyatı
    • Səfirləri
    • Məktubları
    • Görüşləri
    • Kitablar
    • Alimlərin nəzərində
  • Qurani kərimdə
    • Əhli-sünnə təfsirlərində
    • Əhli-şiə təfsirlərində
  • Məhdəviyyət
    • Qeyb
    • Zühur
    • Axirzaman
    • Digər
  • Dualar
    • Dualar
    • Ziyarətnamələr
  • İmamət
  • İradlara cavab
  • Multimedia
    • Videolar
    • Fotolar
    • Səslər
  • Sual – Cavab
  • Sual göndər
    • Whatsapa göndər
    • Telegrama göndər

© 2023 İmam Zaman portalı