Həmd və səna aləmlərin rəbbi olan Allaha məxsusdur. Allahın bəndələri içərisində seçdiyi sonuncu Peyğəmbər Muhəmmədə (s) və onun pak Əhli-beytinə salam olsun.
“Ey ev əhli! Allah sizdən çirkinliyi yox etmək və sizi pak etmək istər!”
Əhzab surəsi 33 (Təthir ayəsi)
Bu ayə Həzrəti Peyğəmbərin (s) bərəkətli ömrünün son çağlarında, o həzrət öz xanımı Ümmü Sələmənin evində ikən nazil olmuşdur. Elə bu məqaləmiz də məhz bu hadisədən həmən sonra baş verən hadisə ilə bağlıdır. Hansı ki, bu hadisədə Peyğəmbər (ə) Əhli-beytinin (ə) kimlərdən ibarət olduğu agah olur. Bu hədis ümumilikdə demək olar eyni mətnlə müxtəlif yollarla, mütəvatir (çox) sayda gəlmişdir. Bu məqalədə Peyğəmbərin yoldaşları Ümmül Sələmə və Aişədən nəql olunmuş hədisləri həm əhli-sünnə, həm əhli-şiə mənbələri dərc edirik Allahın izni ilə.
- Ümmi-Sələmə dən nəql olunanlar.
1. ƏTA İBN YASƏR Ümmi Sələmədən nəql edir: “Siz ey (Peyğəmbərin) ailə üzvləri! Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz, pak etmək istər!” Ayəsi mənim evimdə nazil oldu. Bu zaman Peyğəmbər (s) Əlini, Fatiməni, Həsəni və Hüseyni yanına çağıraraq dedi: “Bunlar mənim ailə üzvlərimdir.”
Əl-müstədrək ələs-Səhiheyn, c. 3, s.158, h.4705;
Sünənul- kubra, c.2, s.214, h.2861
2. ƏTA İBN YASƏR Ümmi Sələmədən nəql edir: “Siz ey (Peyğəmbərin) ailə üzvləri! Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz, pak etmək istər!” Ayəsi mənim evimdə nazil oldu. Bu zaman Peyğəmbər (s) Əlini, Fatiməni, Həsəni və Hüseyni (Allah onların hamısından razı olsun!) çağırdı və dedi: “İlahi! Bunlar mənim ailə üzvlərimdir!”
Əl-müstədrək ələs-Səhiheyn, c.2, s.451, h.3558
3. ƏBU SƏİD XİDRİ Ümmi Sələmədən nəql edir: “Siz ey (Peyğəmbərin) ailə üzvləri.Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz, pak etmək istər! ayəsi mənim evimdə nazil oldu. Mən soruşdum: “Ey Allahın Rəsulu (s)! Mən sənin ailə üzvün deyiləmmi?”
Peyğəmbər (s) buyurdu:
-Sən xeyirli bir qadın, Allah Rəsulunun həyat yoldaşısan.
Ümmü Sələmə deyir: “Əhli-beyt Peyğəmbər-əkrəm (s), Əli(ə), Fatimə(s.ə), Həsən(ə), Hüseyn (ə)-dir.”
Dəməşqin tarixi, İmam Həsənin (ə) həyatı, s.70, 127;
Dəməşqin tarixi, İmam Hüseynin (ə) həyatı, s.73, h.106;
Bağdadın tarixi, c.9, s.126;
Möcəmul-kəbir, c.3, s.52
4. ƏBU SƏİD XİDRİ Ümmi Sələmədən nəql edir: “Siz ey (Peyğəmbərin) ailə üzvləri. Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz, pak etmək istər!” – ayəsi nazil olandan sonra Peyğəmbər (s) Əlini, Fatiməni, Həsəni və Hüseyni yanına çağıraraq onları əbasının altına alaraq dedi: “Allahım! Mənim ailə üzvlərim bunlardır. İlahi, çirkinliyi onlardan uzaq və onları tərtəmiz et!”
Mən soruşdum: Mən də onlardan deyiləmmi?
Peyğəmbər (s) cavab verdi: “Sən xeyirli bir qadınsan, aqibətin də xeyrədir.”
Təbəri təfsiri, c.12, 22/7
5. ƏBU SƏİD XİDRİ Ümmi Sələmədən nəql edir: “Bu ayə “Siz ey (Peyğəmbərin(s)) ailə üzvləri! Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz, pak etmək istər!” ayəsi onun (Ümmi Sələmənin) evində nazil olmuşdur. Ümmi Sələmə deyir: “Mən qapının ağzında əyləşmişdim. Soruşdum: – Ey Allahın Rəsulu (s), mən sənin ailə üzvün deyiləmmi?”
Həzrət (s) cavab verdi: “Sənin aqibətin xeyrədir. Sən Peyğəmbərin (s) həyat yoldaşisan!”
Ümmi Sələmə deyir: “Bu, Peyğəmbərin (s), Əlinin, Fatimənin, Həsənin ve Hüseynin evdə olduqları zaman baş verdi.”
Təbəri təfsiri, c. 12, 22/7
6. ƏBU HÜZEYFƏ Ümmi Sələmədən nəql edir:
– Fatimə (s.ə) Peyğəmbərin (s) yanına gəldi. Onun əlində içində quymaq olan bir qazan vardı və onu tabağın üstünə qoyub gətirmişdi. O, qazanı Peyğəmbərin (s) qarşısına qoydu.
Peyğəmbər(s) soruşdu: “Əmoğlun Əli (ə) və iki oğlun haradadır?”
Fatimə (s.ə) dedi: “Evdədirlər.”
Peyğəmbər (s) dedi: “Onları çağır!”
Fatimə (s.ə) Əlinin (ə) yanına gəlib dedi:
-Peyğəmbər (s) səni və iki oğlunu öz yanına çağırır.
Peyğəmbər (s) onları görüb əlini uzadaraq yatağının üstündəki əbanı götürdü. Həzrət (s) əbanı açaraq onları otuzdurdu.
Daha sonra sol əli ilə əbanın dörd tərəfini tutaraq onların başına çəkdi, sağ əlini də Allahın dərgahına qaldıraraq dedi: “Bunlar mənim ailə üzvlərimdir. Onlardan çirkinliyi uzaq et və onları tamamilə pakizə et !”
Təbəri təfsiri, c. 12, 22/7
7. ŞƏHR İBN HƏVŞƏB Ümmi Sələmədən nəql edir: “Peyğəmbər (s) bir əbanı Əlinin, Həsənin, Hüseynin və Fatimənin üstünə çəkdi və dedi: “Allahım! Bunlar mənim ailə üzvlərim və yaxınlarımdır. İlahi! Bütün növ çirkinlikləri onlardan uzaqlaşdır və onları tam paklaşdır!”
Mən soruşdum: – Mən də onlardanammı?
Allahın Rəsulu (s) buyurdu: – Sən xeyrə tərəfsən.”
Əhməd ibn Hənbəl, Müsnəd, c.10, s.197, h.26659;
Tirmizi, Sünən, c.5, s.699, h.6985;
Əbu Yəla, Müsnəd, c.6, s.290, h.6985;
Dəməşqin tarixi, İmam Hüseynin (ə) həyatı, s.62, h.88,
Dəməşqin tarixi, İmam Həsən (ə) həyatı , c.65, s.118
8. ŞƏHR İBN HƏVŞƏB Ümmi Sələmədən nəql edir: “Peyğəmbər (s) Fatiməyə dedi: – Həyat yoldaşını və oğlanlarını mənim yanıma çağır!
Fatimə onları çağırdı. Peyğəmbər (s) özünün fədək əbasını onların üzərinə çəkdi, sonra əlini onların üzərinə qoyub dedi: “Ey mənim Allahım! Bunlar Məhəmmədin ailə üzvləridir. Öz rəhmət və bərəkətlərini Məhəmmədə və onun ailə üzvlərinə şamil et. Həqiqətən, Sən tərifə layiq və böyüksən!”
Mən əbanı qırağa çəkdim ki, onlarla birlikdə həmin əbanın altına girim, amma Allahın Rəsulu (s) onu mənim əlimdən çəkib dedi: – Sən xeyirli qadınsan!”
Əhməd ibn Hənbəl, Müsnəd, c.10, s.228, h.26808;
Möcəmul -kəbir, c.3, s.53, h.2663 və c.23, s.336, h.779;
Dəməşqin tarixi, İmam Hüseynin (ə) həyatı, s.64, h.93;
Əbu Yəla, Müsnəd, c.6, s.248, h.6876
9. Ümmi Sələmənin qulamı olan ABDULLAH İBN MÜĞEYRƏ Ümmi Sələmədən nəql edir: “Siz ey (Peyğəmbərin (s)) ailə üzvləri! Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz, pak etmək istər!” ayəsi mənim evimdə nazil olmuşdur. Peyğəmbər (s) mənə tapşırdı ki, Əlinin, Fatimənin, Həsən və Hüseynin arxasınca adam göndərib çağıtdırım. Onlar gələndən sonra Allahın Rəsulu (s) Əlini sağ əliylə, Həsəni sol əliylə bağrına basdı, Hüseyni dizinin üstündə əyləşdirdi, Fatiməni də qarşısında əyləşdirdi və dedi: “Allahım! Bunlar mənim ailə üzvlərimdir. Onları bütün növ çirkinliklərdən uzaq tut və onları tamamilə pak et!” Peyğəmbər (s) bu cümləni üç dəfə təkrarladı. Mən soruşdum: – Bəs mən necə olum, ey Allahın Rəsulu?
Həzrət cavab verdi: – Sən Allahın istəyilə yaxşı qadınsan!”
Şeyx Tusi, Əmali, s.263, h.482;
Dəməşqin tarixi, İmam Hüseynin (ə) həyatı, s.67, h.97
10. İmam Rza (ə) əvvəlki imamlar vasitəsilə İmam Səccaddan (ə), o da Ümmi Sələmədən nəql edir: “Bu ayə mənim evimdə, Peyğəmbər (s) də orda olarkən nazil oldu. Həzrət (s) mənim yanımdaydı. O, Əlini, Fatiməni, Həsəni və Hüseyni çağırtdırdı.
Cəbrayıl (ə) da gəldi. Peyğəmbər (s) fədəki əbasını onlara bürüyüb dedi: “Pərvərdigara! Bunlar mənim ailə üzvlərimdir. Allahım! Bütün çirkinlikləri onlardan uzaq tut və onları tamamilə pak et!” Cəbrayıl (ə) soruşdu :
-Ey Məhəmməd! Mən də sizdənəmmi?
Peyğəmbər (s) cavab verdi: – Sən də bizdənsən, ey Cəbrayıl!
Ümmi Sələmə sözünə davam edir: “Mən – Ey Allahın Rəsulu (s), mən də sənin ailə üzvünəm! deyib, onların yanına getdim. Peyğəmbər (s) buyurdu: – Sən öz yerində dayan, Ümmi Sələmə. Sənin aqibətin xeyrədir və sən Allahın Rəsulunun (s) xanımlarından birisən!
Cəbrayıl (ə) dedi: -Ey Məhəmməd! “Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz, pak etmək istər” – ayəsini oxu!
Bu ayə Peyğembər (s), Əli, Fatimə, Həsən və Hüseyn haqqındadır.”
Şeyx Tusi – Əmali, s.368, h.783
- AİŞƏ dən nəql olunan hədislər;
1. SƏFİYYƏ BİNT ŞEYBƏ deyir: Aişə dedi: “Peyğəmbər (s) səhər – səhər qalxdı. Onun əynində qara yundan naxışlı paltar vardı. Bir azdan Həsən ibn Əli gəldi və Peyğəmbər (s) onu həmin paltarın altına saldı. Daha sonra Hüseyn ibn Əli gəldi və Rəsulullah (s) onu da həmin örtüyün altına aldı. Sonra Fatimə, daha sonra Əli gəldi və Allahın Rəsulu (s) onları da həmin libasın altına alıb dedi: “Siz ey Peyğəmbərin(s) ailə üzvləri! Allah sizdən çirkinliyi yox etmək və tərtəmiz, pak etmək istər!”
Səhih Müslim, c.4, səh.1883, hədis.2424;
Əl-müstədrək ələs-səhiheyn, c.3, səh.159, hədis.4707;
Təbəri təfsiri, c.12, 22-ci hissə, səh.6;
Sunənul-kubra, c.2, səh.212, hədis.2858;
İbn Əbi Şeybə, Əl-müsənnət, c.7, səh.501, hədis.39;
İshaq ibn Rahviyə , Müsnəd, c.3, səh.678, hədis.1271;
Dəməşqin tarixi, İmam Həsənin (ə) həyatı, səh.63, hədis.113
2. ƏVVAM İBN ŞƏVHƏB Təmimidən nəql edir: “Aişənin yanına getmişdim. Bizə danışdı ki, Allahın Rəsulu (s) Əlini, Fatiməni, Həsəni və Hüseyni çağırıb dedi: “Pərvərdigara! Bunlar mənim ailə üzvlərimdir. Onlardan bütün növ çirkinlikləri uzaqlaşdır və onları tərtəmiz, pak et!”
Şeyx Səduq, Əmali, səh. 382, hədis 5
3. CƏMİ İBN ÜMEYİR deyir: “Anamla birlikdə Aişənin yanına getmişdik. O, Aişədən soruşdu ki, Peyğəmbər (s) Əlini necə sevirdi? Aişə dedi: Əli insanların içərisində Peyğəmbərin (s) ən çox sevdiyi şəxs idi. Mən görmüşəm ki, Allahın Rəsulu (s) onu, Fatiməni, Həsən və Hüseyni öz paltarının altına alıb dedi:
“Allahım! Bunlar mənim ailə üzvlərimdir. Bütün çirkinlikləri onlardan uzaqlaşdır və onları tamamilə pak et!”
Dəməşqin tarixi, İmam Əlinin(ə) həyatı , c.2, səh.164, hədis.642;
Şəvahidut-tənzil, c.2, səh.61, hədis 682-684;
Əl-umdə, səh. 40, hədis.23;
Məcməul-bəyan, c..8, səh.559
www.imamzaman.az
¡ Sayta dair materiallar istifadə edildikdə istinad!
