imamzaman.az
No Result
Bütün nəticələri göstər
  • Əhli-beyt
    • Əhli-beyt məhfumu
    • Əhli-beyti tanımaq
    • Əhli-beytin elmi
    • Əhli-beytin məktəbi
    • Əhli-beytin haqları
    • Əhli-beyt əxlaqı
    • Əhli-beyti sevmək
    • Əhli-beytlə düşmənçilik
    • Əhlibeytə zülm etmək
    • Əhli-beytin tövsiyələri
  • İmam Məhdi haqqında
    • Həyatı
    • Səfirləri
    • Məktubları
    • Görüşləri
    • Kitablar
    • Alimlərin nəzərində
  • Qurani kərimdə
    • Əhli-sünnə təfsirlərində
    • Əhli-şiə təfsirlərində
  • Məhdəviyyət
    • Qeyb
    • Zühur
    • Axirzaman
    • Digər
  • Dualar
    • Dualar
    • Ziyarətnamələr
  • İmamət
  • İradlara cavab
  • Multimedia
    • Videolar
    • Fotolar
    • Səslər
  • Sual – Cavab
  • Sual göndər
    • Whatsapa göndər
    • Telegrama göndər
  • Əhli-beyt
    • Əhli-beyt məhfumu
    • Əhli-beyti tanımaq
    • Əhli-beytin elmi
    • Əhli-beytin məktəbi
    • Əhli-beytin haqları
    • Əhli-beyt əxlaqı
    • Əhli-beyti sevmək
    • Əhli-beytlə düşmənçilik
    • Əhlibeytə zülm etmək
    • Əhli-beytin tövsiyələri
  • İmam Məhdi haqqında
    • Həyatı
    • Səfirləri
    • Məktubları
    • Görüşləri
    • Kitablar
    • Alimlərin nəzərində
  • Qurani kərimdə
    • Əhli-sünnə təfsirlərində
    • Əhli-şiə təfsirlərində
  • Məhdəviyyət
    • Qeyb
    • Zühur
    • Axirzaman
    • Digər
  • Dualar
    • Dualar
    • Ziyarətnamələr
  • İmamət
  • İradlara cavab
  • Multimedia
    • Videolar
    • Fotolar
    • Səslər
  • Sual – Cavab
  • Sual göndər
    • Whatsapa göndər
    • Telegrama göndər
No Result
Bütün nəticələri göstər
imamzaman.az

İmam Məhdi (ə.f) ilə bağlı olan dua və ziyarətlərə nəzər 

Mart 6, 2024
Oxuma vaxtı: 5 dəqiqəyə oxunur
A A
İmam Məhdi (ə.f) ilə bağlı olan dua və ziyarətlərə nəzər 

İmam Məhdi (ə.f) haqqındakı dua və ziyarətləri təqdid edib araşdırmazdan öncə bu mövzuya bir nəzər salmağımız zəruridir:

1. Bu bəhsimizdə məqsəd İmam Mehdiyə (ə.f) mənsub olan dua və ziyarətlərin araşdırılmasıdır.

Dua “Allahı çağırmaq və ondan bir şey istəmək” mənasındadır. Ziyarət “imama salam vermək, ona məhəbbətli olub hüzurunda xalis niyyətli olmaq” mənasını ifadə edir. Misal üçün, imamın sağlamlığı ilə bağlı mehriban Allahla münacat edilir və ondan imam Zamana (ə.f) bələdçi, keşikçi və yardımçı olması istəlinir.¹

Lakin İmam Zamanla (ə.f) danışdığımız “Ali-Yasin” ziyarətnaməsində həzrətə çox saylı sifət və xüsusiyyətləri ilə xitab edir, ziyarətnamənin hər bir ifadəsində ona salam verib, məhəbbət və bağlılığımızı elan edirik. 

2. İmam Mehdi (ə.f) ilə bağlı olan dua və ziyarətnamələr iki qisimdir: 

a) İmam Mehdidən (ə.f) nəql edilən və kiçik qeyb dövründə həzrətin xüsusi naibləri vasitəsilə şiələrə bildirilən dua və ziyarətnamələr. Məsələn, “Ali-Yasin” ziyarəti və “Fərəc” duası.

b) İmam Mehdi (ə.f) barəsində məsum imamlardan (ə) nəql edilən dua və ziyarətnamələr. Məsələn, “Əhd” duası və Samirra şəhərindəki sərdabədə deyilən imam Zamanın (ə.f) ziyarətnaməsi.²

3. İmam Zamana (ə.f) dua və ona təvəssül etmək, həmçinin onu ziyarət etmək üçün xüsusi zaman və məkana ehtiyac yoxdur. 

Şiələr və həzrətin intizarında olanlar istənilən məkan və zamanda onunla danışıb, salam və salavatlarını göndərə, öz əhd-peymanlarını təzələyə bilərlər. Rəvayətlərə əsasən, həftənin cümə günü imam Zamana (ə.f) məxsus hesab edilir.³ Buna əsasən, həmin gündə xüsusi bir ziyarət nəzərdə tutulub ki, cümə günü imam Zamanın (ə.f) ziyarəti adı ilə oxunur.⁴ Duaların arasında “Nüdbə” duasının da cümə günündə oxunması qeyd edilib. Həmçinin gecə-gündüz ərzində həzrətin sübh namazından sonra ziyarətnaməsi də nəql edilib.⁵ Məkanlarla bağlı demək lazımdır ki, imam Mehdinin (ə.f) istənilən məkanlarda, xüsusilə də məscid və məsum imamların (ə) dəfn olunduqları yerlərdə ziyarət etmək daha münasibdir. Lakin Samirradakı müqəddəs sərdabədə bir ziyarətnamənin oxunması rəvayət edilib. Nəzərinizə çatdırırıq ki, bəzi rəvayətlərdə imam Zamanın (ə.f) müqəddəs vücuduna təvəssül etməklə bağlı xüsusi namaz qeyd olunub. O namaz Səhlə⁶, Cəmkəran⁷ məscidində və digər məkanlarda qılınmaqdadır. 

4. Seyyid ibn Tavus, Əllamə Məclisi və Şeyx Abbas Qumi⁸ kimi şiə alimlərindən qələmə aldıqları kitablarda imam Zamanla (ə.f) bağlı çoxsaylı dua və ziyarətlər qeyd edilib.⁹ Onlardan bəziləri həmin alimlərin xüsusi diqqət mərkəzində olub. Belə ki, barələrində tövsiyə edilib. Onlar şiələr arasında çox məşhurlaşıb. Hazırda oxucuların daha çox tanışlıq və həmin dualarla munis ola bilməsi üçün imam Mehdi (ə.f) ilə bağlı “Məfatihul cinan” kitabında qeyid edilmiş dua və ziyarətnamələrin qısa mündəricatını bəyan edırik: 

1. Cümə günündə İmam Zamanın (ə.f) ziyarəti;

2. İmam Zamana (ə.f) istiğasə (Səlamullahil-kamilit-tam);

3. İmam Zamanın (ə.f) fərəc duası (İlahi əzuməl-bəla);

4. “Əllahummərzuqna təvfiqət-taəti” duası;

5. İmam Zamanın (ə.f) salamatlığı ilə bağlı dua (Əllahummə kun li vəliyyik);

6. “Ali-Yasin” ziyarəti;

7. Müqəddəs Samirra sərdabəsində oxunan İmam Zamanın (ə.f) ziyarəti;

8. Vəliyyil-Əmril-Müntəzərə (ə.f) salavat;

9. “Nüdbə” duası;

10. “Əhd” duası;

11. İmam Zamanın (ə.f) özü üçün etdiyi dua;

12. İmam Zamanın (ə.f) qeybdə oxuduğu dua (“Məfatihul-cinan”a əlavə).

 

¹. Duanın kamil mətnini buradan oxuya bilərsiniz. – “Məfatihul-cinan”, Ramazan ayının iyirmi birinci gününün duası

². Bu sərdabə imam Həsən Əsgərinin (ə) evində yerləşir və həzrətin ibadət etdiyi yer idi.

³. “Biharul-ənvar”, c. 7, səh. 59, hədis 3

⁴. Duanın kamil mətnini buradan oxuya bilərsiniz – “Məfatihul-cinan”, beşinci fəsil, həftənin günlərində imamların (ə) ziyarəti)

⁵. Bu ziyarətnamə “Məfatihul-cinan” kitabında “Nüdbə” duasından sonra qeyd edilib.

⁶. Səhlə məscidi həddən artıq müqəddəs və çox önəmli məscidlərdən biridir. Rəvayətlərə əsasən, zühur dövründə imam Zamanın (ə.f) evi olacaq. Qədim zamanlardan etibarən də imamların (ə) və şiə alimlərinin diqqət mərkəzində olub. Orada ibadət, namaz və dua üçün özünəməxsus qaydalar nəzərdə tutulub.

⁷. Cəmkəran məscidi Qum şəhərinin yaxınlığındadır və Şeyx Səduqun “Tarixe Qum” adlı kitabında qeyd olunduğuna əsasən, imam Zamanın (ə.f) göstərişi ilə tikilmiş və uzun illər boyu alim və saleh insanların diqqət mərkəzində olub.

⁸. Seyid ibn Tavusun kitabı “İqbal”, Əllamə Məclisinin kitabı “Zadul-məad” və Şeyx Abbas Quminin kitabı “Məfatihul-cinan” dır və ən məşhur dua və ziyarətnamələr kitabıdır.

⁹. Müasir alimlərdən bəziləri imam Mehdi (ə.f) ilə bağlı olan duaları “Səhifeyi-Məhdiyyə” adı altında toplayıb.

 

www.imamzaman.az

¡ Sayta daie materiallar istifadə edildikdə istinad zəruridir.

Post Views: 477
ShareTweetSendShare
  • Əhli-beyt
  • İmam Məhdi haqqında
  • Qurani kərimdə
  • Məhdəviyyət
  • Dualar
  • İmamət
  • İradlara cavab
  • Multimedia
  • Sual – Cavab
  • Sual göndər
No Result
Bütün nəticələri göstər
  • Əhli-beyt
    • Əhli-beyt məhfumu
    • Əhli-beyti tanımaq
    • Əhli-beytin elmi
    • Əhli-beytin məktəbi
    • Əhli-beytin haqları
    • Əhli-beyt əxlaqı
    • Əhli-beyti sevmək
    • Əhli-beytlə düşmənçilik
    • Əhlibeytə zülm etmək
    • Əhli-beytin tövsiyələri
  • İmam Məhdi haqqında
    • Həyatı
    • Səfirləri
    • Məktubları
    • Görüşləri
    • Kitablar
    • Alimlərin nəzərində
  • Qurani kərimdə
    • Əhli-sünnə təfsirlərində
    • Əhli-şiə təfsirlərində
  • Məhdəviyyət
    • Qeyb
    • Zühur
    • Axirzaman
    • Digər
  • Dualar
    • Dualar
    • Ziyarətnamələr
  • İmamət
  • İradlara cavab
  • Multimedia
    • Videolar
    • Fotolar
    • Səslər
  • Sual – Cavab
  • Sual göndər
    • Whatsapa göndər
    • Telegrama göndər

© 2023 İmam Zaman portalı