İmam Rzanın (ə) bacısı, Xanım Məsumənin (s.ə) ziyarətgahı bizlər üçün çox böyük bir lütfdür və bu hərəmi ziyarət etməyin saysız-hesabsız savabları vardır. Ancaq həmin ziyarətin mahiyyətini başa düşmək və daha çox faydalanmaq üçün aşağıdakı əməlləri də etmək tövsiyə edilir:
1. Bu ziyarəti İmam Məhdinin (ə.c) tərəfindən yerinə yetir. Yəni niyyət edirsən ki, Bibinin ziyarətinə İmam Məhdinin (ə.c) niyabəti ilə gedirsən.
2. Ziyarətin savabını İmam Məhdiyə (ə) hədiyyə et. İmam (ə) çox kərimdir, hədiyyəni əsla əliboş qaytarmaz.
3. Öz gününü İmam Məhdiyə (ə) salam verməklə başla. Səhər oyananda ilk danışdığın şəxs İmamın (ə) olsun. Əlini sinənə qoy qibləyə doğru baş əy və söylə: Əssəlamu ələykə ya Sahibəz-Zaman!
4. Yatmazdan qabaq da gününü İmama (ə) salam verməklə başa vur.
5. Hər namazdan qabaq İmam Məhdiyə (ə) təvəssül elə. “Əssəlamu aləykə ya Babəllah” (“Salam olsun Sənə, ey Allahın Qapısı”) – de.
6. Hər addım atanda İmam Zamanın (ə) salamatçılığı və zühurunun tezləşməsi niyyəti ilə salavat de.
7. Zəvvarlara İmam Məhdi (ə) barəsində məlumat ver, onları zühur üçün dua etməyə təşviq elə. Onların qəlbində Zəmanə İmamlarının (ə) məhəbbətini yarat.
8. Zəvvarlara İmam Məhdi (ə) barədə doğru məlumat verən kitabları və saytları tanıt, onların şübhələrinə, suallarına bilirsənsə cavab ver, əks halda da çalış ki öyrənəsən.
9. O cür davran ki, sənə baxanda İmam Məhdini (ə) xatırlasınlar. Əxlaqlı ol və zəvvarlara xidmət edən əhaliyə qarşı mehriban ol. Nədənsə imtina edəndə də gülərüzlə elə. Şərt deyil ki, zərihə əl vurasan, çalış başqalarına daha rahat olsun.
10. Bibinin (s.ə) ailəsinə edilən müsibətləri yada sal və bil ki, İmam Məhdi (ə) o çətinlikləri anbaan yaşayır. Onun (ə) dərdinə şərik ol.
11. İmam Zamanın (ə) tərəfindən, yaxud da Onun (ə) salamatçılığı və ya zühurunun tezləşməyi üçün sədəqə ver, hətta çox az da olsa.
12. Zəvvarlara xidmət elə, az bir şeylə də olsa onlara ehsan et, savabını İmam Məhdiyə (ə) hədiyyə elə.
13. Günahlardan çəkin və tövbə elə, bir günahı tərk etməyin İmam Məhdini (ə) daha çox sevindirər. “Əstəğfirullahə rəbbi və ətubu iləyh” zikrini de və savabını İmam Məhdiyə (ə) hədiyyə et.
14. Quran və İmam Zaman (ə) Qiyamətə qədər bir-birindən ayrılmazlar. Hər gün az da olsa Quran oxu və Həzrəti Məhdiyə (ə) hədiyyə et.
15. İmam Zamanın (ə) şəxsən tövsiyyə etdiyi əməllərə diqqət et və başqalarına da de. Aşura ziyarətnaməsi, Camieyi Kəbirə ziyarətnaməsi, Ali-Yasin ziyarətnaməsi, Əhd duası oxu, təkcə bir rükət Vitr namazı ilə də olsa gecə namazı qıl, savabını İmama (ə) hədiyyə et.
16. Və ən əsası, hər bir halda, sidq ürəkdən o məzlum İmamızın (ə) zühuru üçün dua et. Təkidlə, gözyaşıyla istə, o cür istə ki, susuz insan suyu istəyir, o cür istə ki, sanki elə o andaca duan qəbul olacaq və İmam Zaman (ə) zühur edəcək. Hər şey Allahın əlindədir və əgər zühuru tezləşdirsə, heç kəs Allahı ittiham edə bilməz ki, niyə belə oldu. O istəsə, layiq olmasaq da zühurla boynumuza minnət qoyar. Bizim bütün problemlərimizin həlli zühurdadır! Şəxsi problemlərini unut, Onun (ə) çəkdiyi əziyyətlərin yanında bizim problemlərimiz nədir ki? Allahı İmam Hüseyn (ə) və Həzrəti Zeynəbin (s.ə) haqqına and ver və zühuru istə, durmadan istə, istə, tək fikrin bu barədə olsun. Birdən özünü və şəxsi problemlərini dua etmək yadından çıxsa necə? Eybi yox, sən o Rəhmət İmamını (ə) dua eləsən, heç mümkündür ki, o mehriban Atamız da səni dua eləməsin? İmamın (ə) da duası mütləq müstəcab olar. Əlavə nə üçünsə dua etmək istəsən bunu istə: İmam Məhdi (ə) üçün xidmətçi olmaq! Bütün aləm qurban olsun İmam Məhdiyə (ə), bizə vəzifədir ki, hər bir əməlimizdə Ona (ə) yaxınlaşmağa çalışaq, nəyə baxsaq Onu (ə) xatırlayaq. Canımızla, malımızla, elmimizlə, ailəmizlə o Həzrətin (ə) xidmətində dayanaq, biz layiq olmasaq da, o çox gözəl Ağadır (ə), az və dəyərsiz olan əməllərimizi də qəbul edər. Dünya da istəsən, axirət də istəsən, hər ikisi İmam Zaman (ə) xidmətindədir.
Bibiheybət ziyarət edərkən oxunan ziyarətnamə!
Üzü qibləyə o həzrətin başı önündə dayan, 34 dəfə təkbir (Allahu Əkbər), 33 Sübhanəllah və 33 dəfə Əlhəmdulillah deyərək Allah Taalaya həmd etdikdən sonra de:
زیارتنامه حضرت فاطمه معصومه – سلام الله علیها
Əssəlamu əla Adəmə, Səfvətillah
السَّلامُ عَـلى آدَمَ صَـفْوَةِ اللهِ
Əssəlamu əla Nuhin, Nəbiyyillah
السَّلامُ عَلى نوُح نَبِىِّ اللهِ
Əssəlamu əla İbrahimə, Xəlilillah
السَّلامُ عَلى اِبْراهيمَ خَليلِ اللهِ
Əssəlamu əla Musa, Kəlimillah
السَّلامُ عَلى موُسى كَليمِ اللهِ
Əsəlamu əla İsa, Ruhillah
السَّلامُ عَلى عيِسىَ روُحِ اللهِ
Əssəlamu ələykə ya Rəsuləllah
السَّلامُ عَلَيْكَ يا رسول اللهِ
Əssəlamu ələykə ya Xəyrə xəlqillah
السَّلامُ عَلَيْكَ يا خَيْرَ خَلْقَ اللهِ
Əssəlamu ələykə ya Səfiyyəllah
السَّلامُ عَلَيْكَ يا صَفِىَّ اللهِ
Əssəlamu ələykə ya Muhəmmədəbnə Əbdillahi, Xatəmən-nəbiyyin
السَّلامُ عَلَيْكَ يا مُحَمّدَ بْنَ عَبْدِ اللهِ خاتَمَ النَّبِيّينَ
Əssəlamu ələykə ya Əmirəl-mu’minin, Əliyyəbnə Əbi Talib, vəsiyyə Rəsulillah
السَّلامُ عَلَيْكَ يا اَميرَ الْمُؤْمِنينَ عَلىَّ بْنَ اَبى طالِب وَصِىَّ رَسوُلِ اللهِ
Əssəlamu ələyki ya Fatimə, Səyyidətə-nisail-aləmin
السَّلامُ عَلَيْكِ يا فاطِمَةُ سَيِّدَةَ نِساءِ الْعالَمينَ
Əssəlamu ələykuma ya Sibtəy-nəbiyyir-rəhməti və Səyyidəy-şəbabi əhlil-cənnəh
السَّلامُ عَلَيْكُما يا سِبْطَىْ نَبِىِّ الرَّحْمَةِ وَ سَيِّدَىْ شَبابِ أَهْلِ الْجَنَّةِ
Əssəlamu ələykə ya Əliyyəbnəl-Husəyn, Səyyidəl-abidinə və Qurrətə əynin-nazirin
السَّلامُ عَلَيْكَ يا عَلِىَّ بْنَ الْحُسَيْنِ سَيِّدَ الْعابِدينَ وَ قُرَّةَ عَيْنِ النّاظِرِينَ
Əssəlamu ələykə ya Muhəmmədəbnə Əli, Baqirəl-ilmi bə’dən-Nəbiyy
السَّلامُ عَلَيْكَ يا مُحَمَّدَ بْنَ عَلِىٍّ باقِرَ الْعِلْمِ بَعْدَ النَّبِىِّ
Əssəlamu ələykə ya Cə’fərəbnə Muhəmməd, əs-Sadiq-əl-Barr-əl-Əmin
السَّلامُ عَلَيْكَ يا جَعْفَرَ بْنَ مُحَمَّد الصّادِقَ الْبارَّ الْامينَ
Əssəlamu ələykə ya Musəbnə Cə’fə, ət-Tahir-ət-Tuhr
السَّلامُ عَلَيْكَ يا موُسَى بْنَ جَعْفَر الّطّاهِرَ الطُّهْرَ
Əssəlamu ələykə ya Əliyyəbnə Musa, ər-Riza-əl-Murtəza
السَّلامُ عَلَيْكَ يا عَلِىِّ بْنَ موُسَى الرِّضَا الْمُرْتَضى
Əssəlamu ələykə ya Muhəmmədnə Əli, ət-Təqiyy
السَّلامُ عَلَيْكَ يا مُحَمَّدَ بْنَ عَلِى التَّقِىَّ
Əssəlamu ələykə ya Əliyyəbnə Muhəmməd, ən-Nəqiyy-ən-Nasih-əl-Əmin
السَّلامُ عَلَيْكَ يا عَلِىِّ بْنَ مُحَمَّد النَّقِىَّ النّاصِحَ الْأَمينَ
Əssəlamu ələykə ya Həsənəbnə Əliyy
السَّلامُ عَلَيْكَ يا حَسَنَ بْنَ عَلِىٍّ
Əssəlamu ələl-Vəsiyyi min bə’dih
السَّلامُ عَلَى الْوَصِىِّ مِنْ بَعْدِه
Əllahummə səlli əla nurikə və siracikə və vəliyyi vəliyyikə və vəsiyyi vəsiyyikə və huccətikə əla xəlqikə
اَللّهُمَّ صَلِّ عَلى نُورِكَ وَ سِراجِكَ وَ وَلِىِّ وَلِيِّكَ وَ وَصِىِّ وَصِيِّكَ وَ حُجَّتِكَ عَلى خَلْقِكَ
Əssəlamu ələyki ya bintə Rəsulillah
السَّلامُ عَلَيْكِ يا بِنْتَ رَسوُلِ اللّه
Əssəlamu ələyki ya bintə Fatimətə və Xədicə
السَّلامُ عَلَيْكِ يا بِنْتَ فاطِمَةَ وَ خَديجَةَ
Əssəlamu ələyki ya bintə Əmiril-mu’minin
السَّلامُ عَلَيْكِ يا بِنْتَ اَميرِ الْمُؤْمِنينَ
Əssəlamu-ələyki ya bintəl-Həsəni vəl-Husəyn
السَّلامُ عَلَيْكِ يا بِنْتَ الْحَسَنِ وَ الْحُسَيْنِ
Əssəlamu ələyki ya bintə Vəliyyillah
السَّلامُ عَلَيْكِ يا بِنْتَ وَلِىِّ اللهِ
Əssəlamu ələyki ya uxtə Vəliyyillah
السَّلامُ عَلَيْكِ يا اُخْتَ وَلِىِّ اللهِ
Əssəlamu ələyki ya əmmətə Vəliyyillah
السَّلامُ عَلَيْكِ يا عَمَّةَ وَلِىِّ اللهِ
Əssəlamu ələyki ya bintə Musəbni Cə’fər, və rəhmətullahi və bərəkatuh
السَّلامُ عَلَيْكِ يا بِنْتَ موُسَى بْنِ جَعْفَر وَ رَحْمَةُ اللهِ وَ بَرَكاتُهُ
Əssəlamu ələyki ərrəfəllahu bəynəna və bəynəkum fil-cənnəti və həşərəna fi zumrətikum və əvrədəna həvzə Nəbiyyukum və səqana bikə’si cəddikum min yədi Əliyyibni Əbi Talib, sələvatullahi ələykum
السَّلامُ عَلَيْك ِعَرَّفَ اللّهُ بَيْنَنا وَ بَيْنَكُمْ فِى الْجَنَّة ِوَ حَشَرَنا فى زُمْرَتِكُمْ وَ أَوَرَدْنا حَوْضَ نَبِيِّكُمْ وَ سَقانا بِكَأْسِ جَدِّكُمْ مِنْ يَد عَلِى ِّ بْنِ اَبى طالِب صَلَواتُ اللّه عَلَيْكُمْ
Əs’əlullahə ən yuriyəna fikumus-sururə vəl-fərəc, və ən yəcməəna və iyyakum fi zumrəti cəddikum Muhəmməd, səlləllahu ələyhi və alih, və ən la yəslubəna mə’rifətəkum, innəhu Vəliyyun Qədir
أَسْئَلُ اللّه أَنْ يُرِيَنا فيكُمُ السُّروُرَ وَ الْفَرَجَ وَ أَنْ يَجْمَعَنا وَ إِيّاكُمْ فى زُمْرَةِ جَدِّكُمْ مُحَمَّد صَلَّى اللّهُ عَلَيْهِ وَ آلِه ِوَ أَنْ لا يَسْلُبَنا مَعْرفَتَكُمْ إِنَّهُ وَلِىِّ قَديرٌ
Ətəqərrəbu iləllahi bihubbikum vəl-bəraəti min ə’daikum, vəttəslimi iləllahi raziyən bihi ğəyrə munkirin və la mustəkbirin, və ’əla yəqini ma əta bihi Muhəmmədun və bihi razin, nətlubu bizalikə vəchəkə ya Səyyidi!
أَتَقَرَّبُ إِلَى اللهِ بِحُبِّكُمْ وَ الْبَرإَةِ مِنْ أَعْدائِكُمْ وَ التَّسْلِيمِ إِلَى اللّه رَاضِياً بِهِ غَيْرَ مُنْكِر وَ لا مُسْتَكْبِرٍ وَ عَلى يَقينِ ما أَتى بِهِ مَحَمَّدٌ وَ بِهَ راض نَطْلُبُ بِذلِكَ وَجْهِكَ يا سَيِّدى
Əllahummə və rizakə vəd-darəl-axirəh
اَللّهُمَّ وَ رِضاكَ وَ الدّارَ الْآخِرَةِ
Ya Fatimətuşfəi li fil-cənnəti, fəinnə ləki indəllahi şə’nən minəş-şə’n
يا فاطِمَةُ اِشْفَعى لى فِى الْجَنَّةِ فَاِنَّ لَكِ عِنْدَاللهِ شَأْناً مِنَ الشَّأْنِ
Əllahummə inni əs’əlukə ən təxtimə li bis-səadəti, fəla təslub minni ma ənə fihi və la həvlə və la quvvətə illa billahil-Əliyyil-Əzim
اَللّْهُمّ اِنّى اَسْئَلُكَ أَنْ تَخْتِمَ لى بِالسَّعادَةِ فَلا تَسْلُبْ مِنّىِ ما أَنَا فيهِ وَ لا حُولَ وَ لا قُوَّةَ إِلاّ بالّله الْعَلِىِّ الْعَظيمِ
Əllahumməstəcib ləna və təqəbbəlhu bikərəmikə və izzətikə və birəhmətikə və afiyətik
اَللّهُمَ اسْتَجِبْ لَنا وَ تَقَبَّلْهُ بِكَرَمِكَ وَ عِزَّتِكَ وَ بِرَحْمَتِكَ وَ عافِيَتَكَ
Və səlləllahu ’əla Muhəmmədin və alihi əcməinə və səlləmə təslima
وَ صَلَّى اللهُ عَلى مُحَمَّدٍ وَ آلِهِ أَجْمَعينَ وَ سَلَّمَ تَسْليما
Ya Ərhəmər-Rahimin
يا أَرْحَمَ الرّاحِمينَ
ZİYARƏTNAMƏNİN AZƏRBAYCAN DİLİNƏ TƏRCÜMƏSİ
Salam olsun Allahın seçilmişi Adəmə!
Salam olsun Allahın nəbisi Nuha!
Salam olsun Allahın dostu İbrahimə!
Salam olsun Allahın həmsöhbəti Musaya!
Salam olsun Allahın ruhu İsaya!
Salam olsun sənə, ey Allahın Rəsulu!
Salam olsun sənə, ey məxluqatın ən xeyirlisi!
Salam olsun sənə, ey Allahın seçilmişi!
Salam olsun sənə, ey peyğəmbərlərin sonuncusu Abdullah oğlu Mühəmməd!
Salam olsun sənə, ey Rəsulallahın vəsisi, Əbu Talibin oğlu Əmirəl-möminin Əli!
Salam olsun sənə, ey aləmlərdə xanımlar Xanımı, Fatimə!
Salam olsun sizə, ey Mərhəmətli Peyğəmbərinin iki nəvəsi və Cənnət cavanlarının ağası (Ey Həsən və ey Hüseyn)!
Salam olsun sənə, ey bəsirət əhlinin gözünün nuru, ibadət edənlərin ağası, Hüseyn oğlu Əli!
Salam olsun sənə, ey Peyğəmbərdən sonra elmin incəliklərinə varan Əli oğlu Mühəmməd!
Salam olsun sənə, ey gözəl əmanətdar, sədaqət təcəllisi Mühəmməd oğlu Cəfər!
Salam olsun sənə, ey pak və mutəhhər ruhlu Cəfər oğlu Musa!
Salam olsun sənə, ey Tanrıdan razı və Tanrısı ondan razı Musa oğlu Əli!
Salam olsun sənə, ey təqva sahibi Əli oğlu Mühəmməd!
Salam olsun sənə, ey pak, xeyirxah, əmanətdar Mühəmməd oğlu Əli!
Salam olsun sənə, ey Əli oğlu Həsən!
Salam olsun ondan sonrakı Vəsiyə (İmama)!
İlahi, Öz salavatını Öz nuruna və (hidayət) çırağına, Öz vəliyyinin vəlisinə, Öz Vəsiyyinin vəsisinə və Öz bəndələrinin arasında olan höccətinə göndər!
Salam olsun sənə, ey Allah Rəsulunun qızı!
Salam olsun sənə, ey Fatimə və Xədicənin qızı!
Salam olsun sənə, ey Əmirəl-mömininin qızı!
Salam olsun sənə, ey Həsən və Hüseynin qızı!
Salam olsun sənə, ey Allah vəlisinin qızı!
Salam olsun sənə, ey Allah vəlisinin bacısı!
Salam olsun sənə, ey Allah vəlisinin bibisi!
Salam olsun sənə, ey Cəfər oğlu Musanın qızı! Allahın rəhməti və bərəkəti olsun sənə!
Salam olsun sənə, Allah Cənnətdə bizi sizə tanıtsın və bizi sizin zümrədə məhşur etsin, Peyğəmbərimizin (s) hovuzuna (Kövsərə) daxil etsin və Cəddinizin camları ilə Əli ibni Əbu Talibin əli ilə sirab etsin. Allahın salavatı olsun sizə.
Allahdan istəyirəm ki, siz Əhli-beytin sevinc və fərəcini (işlərinizdə düyünlərin açılmasını) bizə göstərsin, bizi və sizi babanız Hz. Mühəmmədin (s) zümrəsində cəm etsin, sizin mərifətinizi bizdən almasın. Həqiqətən, o bizim ixtiyar sahibimiz və hər şeyə qadirdir.
Mən sizə məhəbbət bəsləmək və düşmənlərinizdən uzaqlaşıb onlara nifrət etməklə, Allaha yaxınlaşıram, eləcə də Allaha təslim olub, Ondan razı qalmaqla, heç nəyi inkar etməyib heç bir vaxt təkəbbür göstərmədən həzrət Mühəmmədin (s) gətirdiklərinə yəqin edib Onunla razılaşmaqla.
Ey mənim mövlam, böyüyüm, mən bunlarla Sənin görüşünü, razılığını və axirət diləyirəm.
Ey Fatimə, mənim behiştə getməyim üçün Allah yanında vasitəçilik et, çünki Allah yanında məqamlar içində sənin məxsus məqamın vardır.
İlahi, Səndən xoşbəxt sonluq diləyirəm və məni tutduğum yoldan ayırma.
Uca mərtəbəli və əzəmətli Allahdan qeyrisi üçün heç bir qüvvə, qüdrət yoxdur.
İlahi, Öz kərəmin, izzətin, rəhmətin və afiyətinə xatir istəklərimizi müstəcab və qəbul et, Mühəmməd (s) və onun bütün Əhli-beytinə salam və salavat göndər.
Ey Mərhəmətlilər Mərhəmətlisi!
Biharul ənvar c 99 , səh 266
¡Sayta dair materiallar istifadə edildikdə istinad zəruridir!
