imamzaman.az
No Result
Bütün nəticələri göstər
  • Əhli-beyt
    • Əhli-beyt məhfumu
    • Əhli-beyti tanımaq
    • Əhli-beytin elmi
    • Əhli-beytin məktəbi
    • Əhli-beytin haqları
    • Əhli-beyt əxlaqı
    • Əhli-beyti sevmək
    • Əhli-beytlə düşmənçilik
    • Əhlibeytə zülm etmək
    • Əhli-beytin tövsiyələri
  • İmam Məhdi haqqında
    • Həyatı
    • Səfirləri
    • Məktubları
    • Görüşləri
    • Kitablar
    • Alimlərin nəzərində
  • Qurani kərimdə
    • Əhli-sünnə təfsirlərində
    • Əhli-şiə təfsirlərində
  • Məhdəviyyət
    • Qeyb
    • Zühur
    • Axirzaman
    • Digər
  • Dualar
    • Dualar
    • Ziyarətnamələr
  • İmamət
  • İradlara cavab
  • Multimedia
    • Videolar
    • Fotolar
    • Səslər
  • Sual – Cavab
  • Sual göndər
    • Whatsapa göndər
    • Telegrama göndər
  • Əhli-beyt
    • Əhli-beyt məhfumu
    • Əhli-beyti tanımaq
    • Əhli-beytin elmi
    • Əhli-beytin məktəbi
    • Əhli-beytin haqları
    • Əhli-beyt əxlaqı
    • Əhli-beyti sevmək
    • Əhli-beytlə düşmənçilik
    • Əhlibeytə zülm etmək
    • Əhli-beytin tövsiyələri
  • İmam Məhdi haqqında
    • Həyatı
    • Səfirləri
    • Məktubları
    • Görüşləri
    • Kitablar
    • Alimlərin nəzərində
  • Qurani kərimdə
    • Əhli-sünnə təfsirlərində
    • Əhli-şiə təfsirlərində
  • Məhdəviyyət
    • Qeyb
    • Zühur
    • Axirzaman
    • Digər
  • Dualar
    • Dualar
    • Ziyarətnamələr
  • İmamət
  • İradlara cavab
  • Multimedia
    • Videolar
    • Fotolar
    • Səslər
  • Sual – Cavab
  • Sual göndər
    • Whatsapa göndər
    • Telegrama göndər
No Result
Bütün nəticələri göstər
imamzaman.az

Aşuradan zühura…

İyun 28, 2025
Oxuma vaxtı: 3 dəqiqəyə oxunur
A A
Aşuradan zühura…

Aşura təkcə bir tarix deyil. Aşura bir çağırışdır – zamanları aşan, ürəkləri silkələyən, insan vicdanını oyadan ilahi bir nida. Bu nida Kərbəlada başlayıb, əsrləri dolaşaraq bu gün bizə çatır. O nida Hüseyn ibn Əlinin (ə) səsidir: “Məgər haqqla batilin bir-birinə qarışdığı bir dövrdə kim mənim kimi düşünürsə, gəlsin mənimlə olsun.” Biz bu gün o çağırışa necə cavab veririk?

Aşura günündə qəlbimiz yanır, gözlərimiz dolur, sinələrimiz İmam Hüseynin (ə) eşqi ilə döyünür. Minlərlə insan küçələrə çıxır, məclislər qurulur, ehsanlar verilir. Bu səhnə, bəziləri üçün adi bir matəm, bəziləri üçün isə tarixlə bağ qurmaq vasitəsi kimi görünə bilər. Amma əslində bu davranışların kökündə zamanın imamına xidmət dayanır. Çünki Aşura şüarlarını yaşatmaq – zühura zəmin hazırlamaqdır.

Bu gün “Ya Hüseyn!” deyə sinə vuran hər bir insan, əgər qəlbində bu sevgini sadəcə hal yox, məsuliyyət kimi daşıyırsa, İmam Zamanın (ə.c) ordusunda yer almağa namizəddir. İmam Hüseyn (ə) dövrünün imamı idi, zamanında ona yardım edənlər – tarixdə xilaskarlar kimi yad edilirlər. Bu gün isə zamanın imamı – İmam Mehdidir (əccəlallahu fəracəhu). Onun çağırışına susan, Aşura şüarını yalnız səs, forma və vərdiş kimi yaşadan, amma mesajına göz yuman, İmam Hüseynin (ə) yolundan uzaq düşür.

Sinə vurmaq, göz yaşı tökmək, ehsan vermək – bunlar sadəcə əməllər deyil, vüsalə həsrətin, zühura hazırlığın, imama sədaqətin simvoludur. İmam Hüseynə (ə) ağlayan göz, Mehdi (əc) üçün hazır olan bir qəlbi göstərir. İmam Hüseynin (ə) yolunda tökülən hər göz yaşı, zamanın imamına sədaqətin əlamətidir. Bu səbəbdən, hər Aşura mərasimi, hər sinə mərsiyəsi, hər verilən ehsan – zühura aparan yolların bir addımıdır.

 

İmam Hüseyn (ə) öz zamanında “Məni istəyən, mənimlə olsun” dedi. Bu çağırış bu gün də aktualdır. İmam Zaman (əc) da eyni çağırışı edir. Amma bu çağırışı yalnız qılınc və döyüşlə deyil – ağıl, əxlaq, iman və məsuliyyətlə cavablandırmaq zamanıdır. Aşuranı yaşatmaq, İmam Hüseyn (ə) şüarın diri saxlamaq – İmam Zamanın (əc) dərdini dərd bilmək, yolunu yol bilməkdir.

Zühur tezliklə baş verəcək. Zühur, hazır qəlblərin, yetişmiş bəsirətlərin, sınaqlardan keçmiş səbirli könüllərin cəmiyyətində baş verəcək. Bu gün məclislərə qatılan, xidmət edən, ehsan verən, mərsiyə deyən, sinə vuran hər bir mömin – əgər niyyəti safdırsa, zühurun ordusunu qurur, fərqində olmadan. Bu gün kiçik görünən xidmətlər, sabah İmam Zamanın nidasına “Ləbbeyk” deməyə bizi hazırlayır.

Deməli, Aşuranı yaşatmaq – İmam Zamanı (ə.c) yaxınlaşmaqdır. İmam Hüseynə (ə.c) ağlayan könül – İmam Mehdini (ə.c) gözləyən könüldür. Aşura – bizim şəhadətə yox, şüurlu dirçəlişə çağırışımızdır. Zühur üçün mübarizə – hər sinə mərsiyəsində, hər göz yaşında, hər haqqın yanında duruşda gizlidir.

Bu xidmətlər qəlbən və idrakla olarsa, biz təkcə Aşuranı anmış olmarıq – biz onu zühur gününə daşıyarıq.

Və bu halda İmam Zaman (əc) bizə baxaraq deyər inşəallah: “Bunlar mənim Hüseyni silahdaşlarımdır.”

 

 

www.imamzaman.az

Post Views: 135
ShareTweetSendShare
  • Əhli-beyt
  • İmam Məhdi haqqında
  • Qurani kərimdə
  • Məhdəviyyət
  • Dualar
  • İmamət
  • İradlara cavab
  • Multimedia
  • Sual – Cavab
  • Sual göndər
No Result
Bütün nəticələri göstər
  • Əhli-beyt
    • Əhli-beyt məhfumu
    • Əhli-beyti tanımaq
    • Əhli-beytin elmi
    • Əhli-beytin məktəbi
    • Əhli-beytin haqları
    • Əhli-beyt əxlaqı
    • Əhli-beyti sevmək
    • Əhli-beytlə düşmənçilik
    • Əhlibeytə zülm etmək
    • Əhli-beytin tövsiyələri
  • İmam Məhdi haqqında
    • Həyatı
    • Səfirləri
    • Məktubları
    • Görüşləri
    • Kitablar
    • Alimlərin nəzərində
  • Qurani kərimdə
    • Əhli-sünnə təfsirlərində
    • Əhli-şiə təfsirlərində
  • Məhdəviyyət
    • Qeyb
    • Zühur
    • Axirzaman
    • Digər
  • Dualar
    • Dualar
    • Ziyarətnamələr
  • İmamət
  • İradlara cavab
  • Multimedia
    • Videolar
    • Fotolar
    • Səslər
  • Sual – Cavab
  • Sual göndər
    • Whatsapa göndər
    • Telegrama göndər

© 2023 İmam Zaman portalı