imamzaman.az
No Result
Bütün nəticələri göstər
  • Əhli-beyt
    • Əhli-beyt məhfumu
    • Əhli-beyti tanımaq
    • Əhli-beytin elmi
    • Əhli-beytin məktəbi
    • Əhli-beytin haqları
    • Əhli-beyt əxlaqı
    • Əhli-beyti sevmək
    • Əhli-beytlə düşmənçilik
    • Əhlibeytə zülm etmək
    • Əhli-beytin tövsiyələri
  • İmam Məhdi haqqında
    • Həyatı
    • Səfirləri
    • Məktubları
    • Görüşləri
    • Kitablar
    • Alimlərin nəzərində
  • Qurani kərimdə
    • Əhli-sünnə təfsirlərində
    • Əhli-şiə təfsirlərində
  • Məhdəviyyət
    • Qeyb
    • Zühur
    • Axirzaman
    • Digər
  • Dualar
    • Dualar
    • Ziyarətnamələr
  • İmamət
  • İradlara cavab
  • Multimedia
    • Videolar
    • Fotolar
    • Səslər
  • Sual – Cavab
  • Sual göndər
    • Whatsapa göndər
    • Telegrama göndər
  • Əhli-beyt
    • Əhli-beyt məhfumu
    • Əhli-beyti tanımaq
    • Əhli-beytin elmi
    • Əhli-beytin məktəbi
    • Əhli-beytin haqları
    • Əhli-beyt əxlaqı
    • Əhli-beyti sevmək
    • Əhli-beytlə düşmənçilik
    • Əhlibeytə zülm etmək
    • Əhli-beytin tövsiyələri
  • İmam Məhdi haqqında
    • Həyatı
    • Səfirləri
    • Məktubları
    • Görüşləri
    • Kitablar
    • Alimlərin nəzərində
  • Qurani kərimdə
    • Əhli-sünnə təfsirlərində
    • Əhli-şiə təfsirlərində
  • Məhdəviyyət
    • Qeyb
    • Zühur
    • Axirzaman
    • Digər
  • Dualar
    • Dualar
    • Ziyarətnamələr
  • İmamət
  • İradlara cavab
  • Multimedia
    • Videolar
    • Fotolar
    • Səslər
  • Sual – Cavab
  • Sual göndər
    • Whatsapa göndər
    • Telegrama göndər
No Result
Bütün nəticələri göstər
imamzaman.az

İmam Zamandan (ə.f) zəvvarlara qızıl kəlamlar.

Oktyabr 10, 2023
Oxuma vaxtı: 6 dəqiqəyə oxunur
A A
İmam Zamandan (ə.f) zəvvarlara qızıl kəlamlar.

Mənə Şeyx Əbülqasim Əli ibn Muhəmməd ibn Muhəmməd Müfid (r) xəbər verdi: “Əbu Muhəmməd Harun ibn Musa Təlləukbəri (r) hədis danışıb dedi: “Bizə Əbu Əli Muhəmməd ibn Həmmam hədis danışıb dedi: “Mənə Cəfər ibn Muhəmməd ibn Malik Fəzari hədis danışıb dedi: “Bizə Muhəmməd ibn Cəfər ibn Abdullah hədis danışıb dedi: “Mənə Əbu Nüeym Muhəmməd ibn Əhməd Ənsari hədis danışıb dedi: 

 

“Hicrətin iki yüz doxsan üçüncü ili, Zilhiccə ayının altısı (Məscidül-haramda) müstəcarın kənarında idim. Otuz nəfərə yaxın bir Şeyx Hüseyn ibn Muhəmməd dəstə təvaf edirdi. Bircə Muhəmməd ibn Qasim Ələvidən başqa. Onlardan heç kəs müxlis (şiə) deyildi. Bu şəraitdə bir gənc təvafdan çıxdı. Onun əynində ağappaq ehram köynəyi vardı və ayaqqabıları da əlində idi. Onu gördükdə heybətindən və ucalığından hamılıqla ayağa qalxdıq. Ona salam verdik. O, bizim aramıza gəlib əyləşdi. Biz də onun ətrafına yığışdıq. O, sağına-soluna baxıb soruşdu: “İmam Sadiqin (ə) “İlhah” duasında nə dediyini bilirsinizmi?”

Soruşduq: “Nə deyirdi?”

Buyurdu: “Belə deyirdi: “İlahi, Səni o adın ilə çağırıram ki, göy və yer o adın xatirinə ayaqdadır, onun vasitəsilə haqq və batili bir-birindən ayırırsan, onunla pərakəndəliyi bir yerə yığır, cəm halı pərakəndə edirsən. Onunla qumların sayını, dağların çəkisini, dənizlərin tutumunu hesablayırsan. Muhəmmədə və onun ailəsinə salavat göndər, işimdən mənim üçün fərəc və çıxış yolu qərar ver”.

Sonra qalxdı, təvafa daxil oldu. O durduqda biz də durduq. Çıxıb getdi. Biz onu unutduq, onun məsələsini yadımıza salmadıq. “Kimdir, Nəçidir?” – deyə soruşmadıq. Sabahı gün həmin vaxtda təvafdan bizə tərəf çıxdı. Biz dünən olduğu kimi onun ayağına qalxdıq. Aramızda əyləşdi, sağa-sola baxıb soruşdu: “Heç bilirsiniz Möminlərin əmiri (ə) namaz qıldıqdan sonra nə deyirdi?”

Soruşduq: “Nə deyirdi?”

Buyurdu: “Belə deyirdi: “Səslər Sənə doğru ucalıb, üzlər Sənə yönəlib, boyunlar Sənin üçün əyilib, əməllərdə mühakimə yürütmək Sənə aiddir. Ey ağız açılanların xeyirlisi, ey əta edənlərin üstünü, ey sadiq, ey xeyirxah (yaxud yaradan), ey vədə xilaf çıxmayan, ey dua etməyi əmr edən, ey (duanın) müstəcab olunacağına söz verən! Ey “Məni çağırın, sizə cavab verim” (Ğafir 60) – deyən, ey “Bəndələrim səndən Məni soruşduqda, (cavab ver ki,) Mən yaxınam, Məni çağıran zaman dua edənin duasına cavab verirəm. Ona görə də, onlar da Mənə cavab versinlər (dəvətimi qəbul etsinlər), Mənə iman bəsləsinlər, bəlkə düz yolda olalar” (Bəqərə, 186) – deyən, ey “De: “Ey Mənim özlərinə israf edən bəndələrim, Allahın rəhmətindən naümid olmayın” (Zumər, 53) – deyən, ləbbeyk və sədeyk (əmrindəyəm, qəbul edirəm)! Bax, buradayam, qarşında israfçıyam, Sən isə belə deyənsən: “Allahın rəhmətindən naümid olmayın, həqiqətən də, Allah bütün günahları bağışlayar. Çünki O, bağışlayandır, rəhimlidir”.(Zumər, 53)

Bu duadan sonra sağa-sola nəzər salıb soruşdu: “Heç bilirsiniz Möminlərin əmiri (ə) şükr səcdəsində nə deyirdi?”

Soruşduq: “Nə deyirdi?”

Buyurdu: “Ey o kəs ki, israrlı olanların təkidi yalnız Onun səxavət və kəramətini artırır. Ey o kəs ki, duanın çoxluğu yalnız Onun genişliyini və bəxşişini artırır. Ey xəzinələri tükənməz olan. Ey göylərin və yerin xəzinələrinə sahib olan. Ey xırda və böyük xəzinələrə malik olan. İlahi, mənim pisliyim Sənin ehsan etməyinə mane ola bilməz. Ona görə də, mənimlə layiq olduğun tərzdə rəftar et, çünki Sən səxavət və kərəm əhlisən, həddindən artıq bəxş edənsən. Ey Rəbb, ey Allah, mənimlə layiq olduğum tərzdə rəftar etmə, çünki mən cəza və töhmət əhliyəm, buna layiq olmuşam, mənim üçün Sənin dərgahında heç bir höccət və üzr yeri yoxdur. Bütün günahlarımla Sənə qayıdıram ki, məni əfv edəsən. Sən onları məndən daha yaxşı bilirsən. Mən etdiyim hər bir günahla – etdiyim hər bir xəta və pisliklə – yanına gəlirəm. Rəbbim, məni bağışla, mənə rəhm et, (barəmdə) bildiyin şeylərdən keç. Həqiqətən də, Sən daha izzətli, daha kərimsən”.

Sonra durub təvafa daxil oldu. Biz də onun durmağı ilə durduq. Sabahı gün eyni vaxtda geri qayıtdı. Keçən günlərdə nə etmişdisə, həmin şeyləri bizimlə etdi. Aramızda əyləşib öz yerini tutdu. Sağa-sola baxıb Mizabın (navalçanın) altındakı daşı göstərərək buyurdu: “Əli ibn Hüseyn Zeynülabidin (ə) bu yerdə səcdə edərkən belə deyirdi: “Sənin kiçik bəndən qarşındadır. Sənin fəqirin qarşındadır. Sənin miskinin qarşındadır. Sənə ağız açanın qarşındadır. Səndən o şeyləri istəyirəm ki, Səndən başqasının ona qüdrəti çatmır”.

Sonra sağa-sola baxdı, Muhəmməd ibn Qasim Ələviyə nəzər salıb buyurdu: “Ey Muhəmməd! İnşallah ki, sən xeyir üzərindəsən!”

Muhəmməd ibn Qasim bu əmrə qail idi (yəni vilayətə etiqadı var idi). Həzrət ayağa qalxdı və təvafa daxil oldu. Bizdən elə biri qalmadı ki, onun zikr etdiyi dua ona ilham olunmasın. Yenə də onun məsələsini nutduq. Təkcə axırıncı gün yadımıza düşdü. Bizdən biri soruşdu: “Ey camaat, siz bu adamı tanıyırsınızmı?” Muhəmməd ibn Qasim dedi: “Allaha and olsun ki, bu adam zamanınızın sahibidir!”

Soruşduq: “Necə, ey Əbu Əli?”

Muhəmməd ibn Qasim dedi: “Yeddi il öncə Allahdan istəyib dua etdim ki, mənə Sahibəz-zamanı (ə) göstərsin. Ərəfə günü gün batdıqda həmin bu kəsi Ərəfə duasını oxuyan halda gördüm. Onu tanıdım.

Soruşdum: “Kimlərdənsən?”

Buyurdu: “Camaatdanam”.

Soruşdum: “Hansı camaatdan? Ərəblərdən, yoxsa əcəmlərdən?”

Buyurdu: “Ərəblərdənəm”.

Soruşdum: “Hansı ərəblərdən?”

Buyurdu: “Onların ən şərəflilərindən”.

Soruşdum: “Onlar kimlərdir?”

Buyurdu: “Bəni-Haşimdən”.

Soruşdum: “Hansı Bəni-Haşimdən?”

Buyurdu: “Onların ən uca zirvəsindən, ən ali rütbəsindən”.

Soruşdum: “Onlar kimlərdir?”

Buyurdu: “Kəllələri yaran (düşmənləri öldürən), (məhrum vəi mkansız kimsələrə) yemək verən, camaat gecə yatarkən namaz qılan kəsdənəm”.

Bildim ki, ələvidir. Ələvi olduğu üçün onu sevdim. Sonra onu gözdən itirdim. Bilmədim ki, hara getdi. Ətrafımdakı kəslərdən soruşdum: “Bu ələvini tanıyırsınızmı?”

Dedilər: “Bəli. Hər il piyada şəkildə bizimlə birlikdə həcc ziyarətinə gəlir”. Dedim: “Sübhanallah! Allaha and olsun ki, mən onda piyada gəlməyin əsərini görmürəm”. Ondan ayrıldığıma görə hüznlü və qəmgin halda Müzdəlifəyə getdim. Həmin gecəni yatdım. (Yuxuda) Peyğəmbərin (s) mənə belə buyurduğunu gördüm: “Ey Muhəmməd, istədiyini gördün?”

Soruşdum: “Ey ağam, bu kimdir?”

Peyğəmbər (s) buyurdu: “Qürub vaxtı gördüyün kəs zamanının sahibidir”.

Onun sözlərini eşidən kimi bizi bundan xəbərdar etmədiyinə görə onu danlamağa başladıq. Dedi ki, həmin kəs bizimlə söhbət etdiyi əsnada onun məsələsini unutmuşdu”.

Nuzhətun Nazir-Tənbihul xatir (Hədis mənzərəsi) hədis 525

 

¡ Sayta dair materiallar istifadə edildikdə istinad zəruridir!

 

Post Views: 293
ShareTweetSendShare
  • Əhli-beyt
  • İmam Məhdi haqqında
  • Qurani kərimdə
  • Məhdəviyyət
  • Dualar
  • İmamət
  • İradlara cavab
  • Multimedia
  • Sual – Cavab
  • Sual göndər
No Result
Bütün nəticələri göstər
  • Əhli-beyt
    • Əhli-beyt məhfumu
    • Əhli-beyti tanımaq
    • Əhli-beytin elmi
    • Əhli-beytin məktəbi
    • Əhli-beytin haqları
    • Əhli-beyt əxlaqı
    • Əhli-beyti sevmək
    • Əhli-beytlə düşmənçilik
    • Əhlibeytə zülm etmək
    • Əhli-beytin tövsiyələri
  • İmam Məhdi haqqında
    • Həyatı
    • Səfirləri
    • Məktubları
    • Görüşləri
    • Kitablar
    • Alimlərin nəzərində
  • Qurani kərimdə
    • Əhli-sünnə təfsirlərində
    • Əhli-şiə təfsirlərində
  • Məhdəviyyət
    • Qeyb
    • Zühur
    • Axirzaman
    • Digər
  • Dualar
    • Dualar
    • Ziyarətnamələr
  • İmamət
  • İradlara cavab
  • Multimedia
    • Videolar
    • Fotolar
    • Səslər
  • Sual – Cavab
  • Sual göndər
    • Whatsapa göndər
    • Telegrama göndər

© 2023 İmam Zaman portalı