imamzaman.az
No Result
Bütün nəticələri göstər
  • Əhli-beyt
    • Əhli-beyt məhfumu
    • Əhli-beyti tanımaq
    • Əhli-beytin elmi
    • Əhli-beytin məktəbi
    • Əhli-beytin haqları
    • Əhli-beyt əxlaqı
    • Əhli-beyti sevmək
    • Əhli-beytlə düşmənçilik
    • Əhlibeytə zülm etmək
    • Əhli-beytin tövsiyələri
  • İmam Məhdi haqqında
    • Həyatı
    • Səfirləri
    • Məktubları
    • Görüşləri
    • Kitablar
    • Alimlərin nəzərində
  • Qurani kərimdə
    • Əhli-sünnə təfsirlərində
    • Əhli-şiə təfsirlərində
  • Məhdəviyyət
    • Qeyb
    • Zühur
    • Axirzaman
    • Digər
  • Dualar
    • Dualar
    • Ziyarətnamələr
  • İmamət
  • İradlara cavab
  • Multimedia
    • Videolar
    • Fotolar
    • Səslər
  • Sual – Cavab
  • Sual göndər
    • Whatsapa göndər
    • Telegrama göndər
  • Əhli-beyt
    • Əhli-beyt məhfumu
    • Əhli-beyti tanımaq
    • Əhli-beytin elmi
    • Əhli-beytin məktəbi
    • Əhli-beytin haqları
    • Əhli-beyt əxlaqı
    • Əhli-beyti sevmək
    • Əhli-beytlə düşmənçilik
    • Əhlibeytə zülm etmək
    • Əhli-beytin tövsiyələri
  • İmam Məhdi haqqında
    • Həyatı
    • Səfirləri
    • Məktubları
    • Görüşləri
    • Kitablar
    • Alimlərin nəzərində
  • Qurani kərimdə
    • Əhli-sünnə təfsirlərində
    • Əhli-şiə təfsirlərində
  • Məhdəviyyət
    • Qeyb
    • Zühur
    • Axirzaman
    • Digər
  • Dualar
    • Dualar
    • Ziyarətnamələr
  • İmamət
  • İradlara cavab
  • Multimedia
    • Videolar
    • Fotolar
    • Səslər
  • Sual – Cavab
  • Sual göndər
    • Whatsapa göndər
    • Telegrama göndər
No Result
Bütün nəticələri göstər
imamzaman.az

Zəmanə İmamını (ə.f) tanımaq vacibdir! – (nəqli dəlillər)

Zəmanə İmamını tanımadan İman gerçəkləşməz!

Sentyabr 30, 2023
Oxuma vaxtı: 8 dəqiqəyə oxunur
A A
Zəmanə İmamını (ə.f) tanımaq vacibdir! – (nəqli dəlillər)

Keçən məqaləmizdə bu barədə xülasə olaraq müəyyən əqli dəlillərə işarə edildi bu məqaləmizdə isə bu yöndə müxtəsər şəkildə müəyyən nəqli dəlillərə toxunulacaqdır.

Bu barədə təvatür (inkar oluna bilinməyəcək) həddə çox sayda rəvayətlər gəlmişdir ki, biz ixtisara riayət edərək etibarlı alim Muhəmməd İbn Yəqub Kuleyninin (r.ə.) “Kafi” kitabnda gətirdiyi rəvayətlərin bir qismini qeyd etməklə kifayətlənəcəyik:

Muaviyə İbn Əmmardan nəql edilmiş səhih bir xəbərdə gəlmişdir ki, Həzrət Sadiq (ə)

وَلِلَّهِ ٱلۡأَسۡمَاۤءُ ٱلۡحُسۡنَىٰ فَٱدۡعُوهُ بِهَا

“Ən gözəl adlar Allahındır. Ona bu adlar vasitəsi ilə dua edin”. Əraf/180

ayəsi haqqında belə buyurmuşdur: 

نحْنُ وَ اللَّهِ الْأَسْمَاءُ الْحُسْنَی الَّتِی لَا یَقْبَلُ اللَّهُ مِنَ الْعِبَادِ عَمَلًا إِلَّا بِمَعْرِفَتِنَا

“Allaha and olsun ki, biz həmin ən gözəl adlarıq ki, Allah bəndələrdən heç bir əməli bizi tanımadıqları halda qəbul etməz”.

Usuli-Kafi, 2/249

Mərhum Ayətullah Seyid Muhəmməd Təqi Musəvi İsfəhani bu hədis haqqında yazır:

“Bəlkə də İmamlara “Ən gözəl adlar” deyilməsi ona görədir ki, Onlar insanları Allaha aparan yol göstərənlər və Allahın qüdrət və ağalıq nişanələridirlər, necəki isim (ad) sahibi üçün nişanədir və ona dəlalət edir; düzünü Allah bilir. Bu dediyimizə Kuleyninin (r.ə.) səhih bir rəvayətdə İmam Rzadan (ə) Allahın (c.c)

وَعَلَـٰمَـٰتࣲۚ وَبِٱلنَّجۡمِ هُمۡ یَهۡتَدُونَ

“Əlamətlər və ulduz vasitəsilə onlar hidayət olarlar (düz yola gələrlər)”. Nəhl/16 ayəsi haqqında gətirdiyi rəvayət şahidlik edir. İmam (ə) bu ayə haqqında buyurdu:

نَحْنُ اَلْعَلاَمَاتُ وَ اَلنَّجْمُ رَسُولُ اَللَّهِ صَلَّى اَللَّهُ عَلَيْهِ وَ آلِهِ

“Əlamətlər (nişanələr) bizik, ulduz isə Allah Rəsuludur (s)”.

Əl-Kafi, c.1, səh. 207, hədis: 3

Mikyalul-Məkarim

 

Səhih bir xəbərdə Həzrət Musa İbn Cəfərin (ə) belə buyurduğu nəql edilir:

إِنَّ الْحُجَّةَ لَا تَقُومُ لِلَّهِ عَلَی خَلْقِهِ إِلَّا بِإِمَامٍ حَتَّی یُعْرَفَ

“Allahın məxluqatına olan höccəti (yetərli dəlili) yalnız bir İmam vasitəsilə tamamlanar. Ta ki O (Allah) tanınsın”.

Usuli-Kafi, c. 1, səh. 143

Mərhum Ayətullah Seyid Muhəmməd Təqi Musəvi İsfəhani bu hədis haqqında yazır:

“Bu hədis ona işarə edir ki, Allah Təalaya yetərli dəlil (höccət) bərpa etmək vacibdir və Onu yalnız İmamın mövcudluğu ilə tanımaq mümkündür, bəs insanlara İmamı tanımaq, Allaha isə onu təyin etmək vacibdir”.

Mikyalul-Məkarim

Məqalənin ərsəyə gətirilməsində mərhum Ayətullah Seyid Muhəmməd Təqi Musəvi İsfəhaninin, İmam Zamanın (ə) öz göstərişi ilə qələmə aldığı və O Həzrətin göstərişi ilə adını “Mikyalul-Məkarim fi fəvaidid-dua lil-Qaim (ə)” qoyduğu kitabdan istifadə edilmişdir.

Il HİSSƏ

Bu barədə təvatür (inkar oluna bilinməyəcək) həddə çox sayda rəvayətlər gəlmişdir ki, biz ixtisara riayət edərək etibarlı alim Muhəmməd İbn Yəqub Kuleyninin (r.ə.) “Kafi” kitabnda gətirdiyi rəvayətlərin bir qismini qeyd etməklə kifayətlənəcəyik:

⊂Səhih bir xəbərdə gəlir ki, İmam Sadiq (ə) uzun bir xütbə etdi və o xütbədə İmamların (ə) hal və sifətlərini qeyd etdi. Həmin xütbənin müəyyən hissələrinin məzmununu sizə təqdim edirik:

 “Həqiqətən Allah -əzzə və cəllə – Peyğəmbərimizin (s) Əhli-Beytindən olan hidayət imamları vasitəsi ilə dinini izah etmişdir. Onların vasitəsilə öz yol və üslubunu aşkar etmişdir. Onların vasitəsi ilə öz elm çeşmələrinin dərinliklərindən əta etmişdir. Muhəmməd ümmətindən kim İmamının vilayət məqamını dərk etsə, imanın şirinliyini dadar və İslamın gözəlliklərinin üstünlüyünü bilər; çünki Allah Təbarəkə və Təala İmamı məxluqatının düz yolu tapması üçün nişanə qərar vermişdir… Onun başına vüqar tacı qoymuşdur… Allah, bəndələrinin əməllərini yalnız İmamlarını tanıdıqları halda qəbul edər. Hər bir qaranlıq və qarışıq şey, məlum olmayan sünnələr və qarışıqlıq salan fitnələr İmama ərz olunsa o kamil surətdə onlardan agahdır. Allah Təbarəkə və Təala məxluqatın hidayəti üçün həmişəlik olaraq imamları Hüseynin (ə) övladlarından seçir və hər bir İmamın nəslindən rəhbərlik və imamət vəzifəsini öhdəsinə almaq üçün birini təyin edir. Allah onları pak və məsum etmiş, Öz məxluqatı üçün təyin etmiş, öz məxluqatı üçün onlara razı olmuş və onları bəyənmişdir. Allah nə zaman onlardan biri dünyasını dəyişdikdə, onun nəslindən digərini məxluqatı üçün imam, (düz yolu tapmaqda) aşkar nişanə, parlaq hidayətçi… və alim höccət olaraq təyin edər. Onlar Allah tərəfindən olan imamlardır ki, “Haqq ilə doğru yola aparır və bunun sayəsində ədalətlə hökm edirlər” (Əraf/181).

Onlar Allahın (yetərli) dəlilləri, Ona dəvətçiləri, məxluqatı üzərindəki başçılarıdırlar. Bəndələr onların hidayəti ilə dindarlıq edər, şəhərlər onların nuru ilə aydınlanar, yerin qədim sərvət və mənbələri onların bərəkəti ilə inkişaf edər (artar). Allah onları məxluqlar üçün həyat qaynağı, zülmətləri aydınlatanlar, kəlamın açarları, İslamın sütunları qərar vermişdir… Allah İmamı öz elmi ilə, paklığına görə seçmişdir. İmam Adəmin (ə) yadigarı, Nuh (ə) zürriyyəsinin ən xeyirlisi, İbrahim (ə) ailəsinin seçkini, İsmailin (ə) nəsli, Muhəmməd (s) itrətinin ən üstünüdür. O həmişə Allahın məxsusi diqqət və inayəti altındadır, Allah onu qoruyar və öz himayəsində saxlayar; şeytan və qoşununun tələlərini ondan uzaq tutar… O səhvlərdən məsum, bütün pisliklərdən qorunandır… Atasının İmaməti Ona yetişər amma atası həyatda olduğu müddətdə danışmaz… Atasının ömrü sona yetdikdə Allahın əmri ondan sonra Ona yetişər, Allah Öz dinini Ona tapşırar, Onu bəndələr üzərində höccət, dünyada idarəçi qərar verər, Öz ruhu ilə dəstəkləyər…Bəs kim belə bir alimin haqqını görməzdən gələrsə bədbəxtdir, kim onu inkar edərsə azğındır. Onun əleyhinə yalnız izzət və cəlal sahibi Allaha cürət cə cəsarət edən kəs qalxar”.

Usuli-Kafi, c. 1/203

 

Məsumdan gəldiyinə arxayınlıq hasil olmuş bir hədisdə, Həzrət Baqir (ə) ya Həzrət Sadiqdən (ə) nəql olunur ki, belə buyurmuşdur:

لَا یَکُونُ الْعَبْدُ مُؤْمِناً حَتَّی یَعْرِفَ اللَّهَ وَ رَسُولَهُ وَ الْأَئِمَّةَ کُلَّهُمْ وَ إِمَامَ زَمَانِهِ وَ یَرُدَّ إِلَیْهِ وَ یُسَلِّمَ لَهُ ثُمَّ قَالَ کَیْفَ یَعْرِفُ الْآخِرَ وَ هُوَ یَجْهَلُ الْأَوَّلَ

“Bəndə Allahı, Rəsulunu, bütün İmamları və zəmanə İmamını tanımayana, (bütün işlərdə) ona müraciət edib, təslim olmayana qədər iman gətirmiş olmayacaqdır!”. Sonra belə buyurdu: “Birincini tanımadığı halda sonuncunu necə tanıya bilər?!”.

Usuli-Kafi, c. 1, səh. 180

 

Səhih sənədli hədisdə Zürarədən nəql olunur ki, dedi: “Həzrət İmam Baqirə (ə) dedim:

“Mənə siz Əhli-Beytdən (ə) olan İmamı tanımaq barədə xəbər verin, bu bütün insanlara vacibdirmi?”

İmam (ə) buyurdu:

إِنَّ اللَّهَ عَزَّ وَ جَلَّ بَعَثَ مُحَمَّداً ص إِلَی النَّاسِ أَجْمَعِینَ رَسُولًا وَ حُجَّةً لِلَّهِ عَلَی جَمِیعِ خَلْقِهِ فِی أَرْضِهِ فَمَنْ آمَنَ بِاللَّهِ وَ بِمُحَمَّدٍ رَسُولِ اللَّهِ وَ اتَّبَعَهُ وَ صَدَّقَهُ فَإِنَّ مَعْرِفَةَ الْإِمَامِ مِنَّا وَاجِبَةٌ عَلَیْهِ…

“Həqiqətən Allah – əzzə və cəllə – Muhəmmədi (s) bütün insanlara elçi və yer üzərindəki bütün məxluqatına İlahi höccət olaraq göndərmişdir və Allaha, Allahın elçisi Muhəmmədə iman gətirən, ona tabe olan və Onu təsdiq edən kəsə bizdən olan İmamı tanımaq da vacibdir…”.

Usuli-Kafi, c. 1, səh. 180

 

Səhih bir xəbərdə Muhəmməd İbn Muslimdən rəvayət olunur ki, dedi: İmam Baqirin (ə) belə buyurduğunu eşitdim:

کُلُّ مَنْ دَانَ اللَّهَ عَزَّ وَ جَلَّ بِعِبَادَةٍ یُجْهِدُ فِیهَا نَفْسَهُ وَ لَا إِمَامَ لَهُ مِنَ اللَّهِ فَسَعْیُهُ غَیْرُ مَقْبُولٍ وَ هُوَ ضَالٌّ مُتَحَیِّرٌ وَ اللَّهُ شَانِئٌ لِأَعْمَالِهِ وَ مَثَلُهُ کَمَثَلِ شَاةٍ ضَلَّتْ عَنْ رَاعِیهَا وَ قَطِیعِهَا فَهَجَمَتْ ذَاهِبَةً وَ جَائِیَةً یَوْمَهَا فَلَمَّا جَنَّهَا اللَّیْلُ بَصُرَتْ بِقَطِیعِ غَنَمٍ مَعَ رَاعِیهَا فَحَنَّتْ إِلَیْهَا وَ اغْتَرَّتْ بِهَا فَبَاتَتْ مَعَهَا فِی مَرْبِضِهَا فَلَمَّا أَنْ سَاقَ الرَّاعِی قَطِیعَهُ أَنْکَرَتْ رَاعِیَهَا وَ قَطِیعَهَا فَهَجَمَتْ مُتَحَیِّرَةً تَطْلُبُ رَاعِیَهَا وَ قَطِیعَهَا-

فَبَصُرَتْ بِغَنَمٍ مَعَ رَاعِیهَا فَحَنَّتْ إِلَیْهَا وَ اغْتَرَّتْ بِهَا فَصَاحَ بِهَا الرَّاعِی الْحَقِی بِرَاعِیکِ وَ قَطِیعِکِ فَأَنْتِ تَائِهَةٌ مُتَحَیِّرَةٌ عَنْ رَاعِیکِ وَ قَطِیعِکِ فَهَجَمَتْ ذَعِرَةً مُتَحَیِّرَةً تَائِهَةً لَا رَاعِیَ لَهَا یُرْشِدُهَا إِلَی مَرْعَاهَا أَوْ یَرُدُّهَا فَبَیْنَا هِیَ کَذَلِکَ إِذَا اغْتَنَمَ الذِّئْبُ ضَیْعَتَهَا فَأَکَلَهَا وَ کَذَلِکَ وَ اللَّهِ یَا مُحَمَّدُ مَنْ أَصْبَحَ مِنْ هَذِهِ الْأُمَّةِ لَا إِمَامَ لَهُ مِنَ اللَّهِ عَزَّ وَ جَلَّ ظَاهِرٌ عَادِلٌ أَصْبَحَ ضَالًّا تَائِهاً وَ إِنْ مَاتَ عَلَی هَذِهِ الْحَالَةِ مَاتَ مِیتَةَ کُفْرٍ وَ نِفَاقٍ وَ اعْلَمْ یَا مُحَمَّدُ أَنَّ أَئِمَّةَ الْجَوْرِ وَ أَتْبَاعَهُمْ لَمَعْزُولُونَ عَنْ دِینِ اللَّهِ قَدْ ضَلُّوا وَ أَضَلُّوا فَأَعْمَالُهُمُ الَّتِی یَعْمَلُونَهَا کَرَمادٍ اشْتَدَّتْ بِهِ الرِّیحُ فِی یَوْمٍ عاصِفٍ لا یَقْدِرُونَ مِمَّا کَسَبُوا عَلی شَیْ ءٍ- ذلِکَ هُوَ الضَّلالُ الْبَعِیدُ.

“İzzət və cəlal sahibi Allaha, Allah tərəfindən seçilmiş bir İmamı olmadan, var gücü ilə (özünü çox əziyyətə salaraq) dindarlıq edən kəsin səyi qəbul deyildir. Belə bir şəxs sərgərdan qalmış azğındır və Allah onun əməllərini qınayır (əmməllərini pis sayır və ya əməllərinə düşməndir). O öz çobanından və sürüsündən uzaq düşmüş bir qoyun kimidir. Gününü o yan bu yana qaçmaqla keçirər, gecə düşdükdə bir sürü görər, o sürüyə meyl edər (yaxınlaşar), aldanar və gecəni o sürü ilə, onların yerində keçirər. Çoban öz sürüsünü sürdüyü zaman, o çoban və sürünü tanımaz, sərgərdan halda qaçar və öz çoban və sürüsünü istəyər (axtarar). Yenə də bir sürü görər, ona yaxınlaşar, aldanar və birdən çoban onun üzərinə qışqırar ki, öz çobanının və sürünün yanına qayıt! Sən öz çoban və süründən azmısan və sərgərdan qalmısan. Nəticədə həmin qoyun hürkmüş, sərgərdan və tək halda o yan bu yana qaçar. Bir çobanı yoxdur ki, onu otlağına yönəltsin və ya qaytarsın. Qəflətən, o bu vəziyyətdə olduğu halda, qurd bu fürsətdən istifadə edər və onu yeyər. 

Vallah ey Muhəmməd! Bu ümmətdən hər kim, aşkar (və ya məsum)* və adil bir imamı olmadan sübhə çıxarsa, azğın və sərgərdan olar və əgər bu vəziyyətdə ölərsə, küfr və nifaq (münafiqlik) ölümü ilə ölər.

  Ey Muhəmməd! Bil ki, zülm imamları və onlara tabe olanlar, Allahın dinindən uzaqdırlar, azğın və azdırandırlar, etdikləri əməllər isə: “Qasırğalı bir gündə küləyin şiddətlə sovurduğu külə bənzəyir. Onlar gördükləri işlərə görə savab qazanmazlar. Dərin azğınlıq da elə budur”. (İbrahim/18)”.

Usuli-Kafi, c. 1, səh. 374

Mərhum Seyid Muhəmməd Təqi Musəvi İsfəhani yazır:

“Əgər hədisin mətnində bu yerdə “tahir” ifadəsi keçibsə (çünki burada tahir və ya zahir olması ixtilaflıdır) məqsəd İmamın ismətidir (məsumluğu), yəni “..məsum İmamı olmadan”… və əgər “zahir” keçibsə, yəni insanlar üçün möhkəm dəlillər və aydın nişanələr ilə mövcudluğu aşkar olan imam, hərçənd ki, dar görüşlü nəzərlərdən qeybdə olsa belə”. 

Məqalənin ərsəyə gətirilməsində mərhum Ayətullah Seyid Muhəmməd Təqi Musəvi İsfəhaninin, İmam Zamanın (ə) öz göstərişi ilə qələmə aldığı və O Həzrətin göstərişi ilə adını “Mikyalul-Məkarim fi fəvaidid-dua lil-Qaim (ə)” qoyduğu kitabdan istifadə edilmişdir. 

“Allahım! Zəmanə İmamımız Həzrət Höccət İbnil-Həsəni (ruhlarımız qədəmlərinin tozuna fəda olsun) salamat et, onu qoru, zühurunu tezləşdir və bu kiçik işimizin savabını da Ona hədiyyə et, ey rəhimlilərin ən rəhimlisi!”

 

¡ Sayta dair materiallar istifadə edildikdə istinad vacibdir!

Post Views: 401
ShareTweetSendShare
  • Əhli-beyt
  • İmam Məhdi haqqında
  • Qurani kərimdə
  • Məhdəviyyət
  • Dualar
  • İmamət
  • İradlara cavab
  • Multimedia
  • Sual – Cavab
  • Sual göndər
No Result
Bütün nəticələri göstər
  • Əhli-beyt
    • Əhli-beyt məhfumu
    • Əhli-beyti tanımaq
    • Əhli-beytin elmi
    • Əhli-beytin məktəbi
    • Əhli-beytin haqları
    • Əhli-beyt əxlaqı
    • Əhli-beyti sevmək
    • Əhli-beytlə düşmənçilik
    • Əhlibeytə zülm etmək
    • Əhli-beytin tövsiyələri
  • İmam Məhdi haqqında
    • Həyatı
    • Səfirləri
    • Məktubları
    • Görüşləri
    • Kitablar
    • Alimlərin nəzərində
  • Qurani kərimdə
    • Əhli-sünnə təfsirlərində
    • Əhli-şiə təfsirlərində
  • Məhdəviyyət
    • Qeyb
    • Zühur
    • Axirzaman
    • Digər
  • Dualar
    • Dualar
    • Ziyarətnamələr
  • İmamət
  • İradlara cavab
  • Multimedia
    • Videolar
    • Fotolar
    • Səslər
  • Sual – Cavab
  • Sual göndər
    • Whatsapa göndər
    • Telegrama göndər

© 2023 İmam Zaman portalı