Müqəddəs Quranda Allah-taala belə buyurur:
1. Əslində sən yalnız qorxudansan və bir dəstə üçün bir doğru yol göstərən var.
Rədd, 7
2. Həqiqətən, Biz səni haqla müjdəverici və qorxudan olaraq göndərdik. Elə bir ümmət olmamışdır ki, onların içindən bir qorxudan gəlib-getməmiş olsun.
Fatir, 24
3. Həqiqətən, Biz Öz sözümüzü bir-birinin ardınca və bir-biri ilə əlaqəli halda onlara yetirdik ki, bəlkə öyüd nəsihət-alsınlar.
Qəsəs, 51
Hədis və rəvayətlərdə:
1. İmam Baqir (ə) Allahın “Sən yalnız qorxudansan hər bir ümmətin hidayətçisi var.” ayəsi barədə belə buyurur: “Allah rəsulu (s) qorxudandır və hər bir dövrdə bizdən olan bir hidayətçi var. Bu hidayətçi Allah rəsulunun (s) gətirdiyinə doğru ümməti hidayət edir. Peyğəmbərdən (s) sonrakı hidayətçilər Əli (ə) və bir-birinin ardınca gələn vəsilər, canişinlərdir”.
əl-Kafi,cild.1, s.196, hədis 2
2. Əbu Həmzə imamlardan (ə) belə nəql edir: “Allah göyləri və yeri yaradan gündən Qiyamət gününə qədər Allahın məxluqatın üzərindəki höccəti olmadan qalmaz.
Dəlailul-İmamət, hədis 398
3. Büreyd İmam Baqirdən (ə) “Sən yalnız qorxudansan və hər bir xalqın hidayətçisi var.” ayəsinin mənası barədə belə rəvayət edir: “Allah rəsulu (s) qorxudandır, Əli (ə) isə hidayətçidir. Hər bir dövr və zamanda bizdən olan bir imam ümməti Allah rəsulunun (s) gətirdiklərinə doğru hidayət edir”.
Kəmalud-Din, s.667, hədis 10
4. Füzeyl “Hər bir xalqın hidayətçisi var” ayəsi barədə İmam Sadiqdən (ə) belə rəvayət edir: “Hər bir imam öz dövrünün insanlarının hidayətçisidir”.
əl-Kafi, c.1, s.191, hədis 1
5. Aban ibn Təğlib İmam Sadiqdən (ə) belə nəql edir: “Höccət yaradılışdan əvvəldir, yaradılışla birlikdədir, yaradılışdan sonradır”.
Kəmalud-Din, 22/5
5. İmam Sadiq (ə) “Və şübhəsiz öz sözümüzü ardıcıl şəkildə onlara çatdırarıq” ayəsi barədə belə buyurur: “Yəni bir imamın ardınca digər bir imamla…”
Bəsariud-Dərəcat, s.515, hədis 38
6. İmam Kazim (ə) “Və şübhəsiz öz sözümüzü ardıcıl şəkildə onlara çatdırarıq” ayəsi barədə belə buyurur: “Bir imamın ardınca digər imam”.
əl-Kafi, c.1, s.415, əl-Mənaqib,c.3, s.96
7. Harun ibn Həmzə Ğənəvi belə rəvayət edir: “İmam Sadiqdən soruşdum: “Nuhun (ə) dövründən bu günə qədər insanların arasında itaəti əmr olunmuş kimsə vardımı?” İmam (ə) buyurdu: “Daim belə olmuşdur, lakin insanların əksəriyyəti iman gətirmirlər”.
Kəmalud-Din, s.232, hədis 37
8. Əbu Həmzə İmam Baqirdən (ə) belə nəql edir: “And olsun ki, Allah Adəmi (ə) qəbzi-ruh etdikdən sonra yeri, insanların ona yol tapması üçün vasitə olan imamdan boş qoymamışdır. O, Allahın bəndələrinə ilahi höccətdir və yer Allah bəndələrinə höccət olacaq imamsız qalmaz”.
əl-Kafi, c.1, s.138, hədis 8 İləluş-Şəraye, s.197, hədis 11
9. İshaq ibn Əmmar İmam Sadiqdən (ə) belə nəql edir: “Həqiqətən, müsəlmanlar bir şeyi artırdıqda, onları haqqa qaytarsın və bir şey azaldırlarsa onlar üçün tamamlasın deyə, yer üzü orada bir alim olmadan boş qalmamışdır.
Kəmalud-Din, 22/6
10. Hüseyn ibn Əbüləla belə rəvayət edir: “İmam Sadiqdən (ə) soruşdum: “Yer üzü imamsız ola bilərmi?” İmam (ə) buyurdu: “Xeyr”!
əl-Kafi, c.1, s.178, hədis 1
12. Hüseyn ibn Xalid belə rəvayət edir: “İmam Rza (ə) soruşdum: “Yer üzü imamsız qala bilərmi?” İmam (ə) buyurdu: “Xeyr”!
Kəmalud-Din, s.233, hədis 42
13. İmam Sadiq (ə) buyurur: “Allah yer üzünü ədalətli bir imamsız qoymaqdan daha uca və adildir!”
əl-Kafi, c.1, s.178, hədis 6
14. Əmmar ibn Musa Səbati İmam Sadiq (ə) belə nəql edir: “Yer üzü olandan bəri, orada haqdan ölənləri dirildən bir alim höccətsiz boş qalmayıb. Sonra bu ayəni söylədi: “Onlar Allah nurunu öz ağızları ilə söndürmək istəyirlər, Allah isə kafirlərin xoşuna gəlməsədə, Öz nurunu tamamlayacaq”.
Səff.6, Kəmalud-Din, 22/4
15. Səffan ibn Yəhya İmam Rza (ə) belə buyurduğunu rəvayət edir: “Yer bizdən olan bir imam olmadan boş qalmaz”.
Biharul-Ənvar, c.23, s.42, hədis 79
16. Həsən ibn Ziyad İmam Sadiqdən (ə) belə nəql edir: “Yer insanları islah edən və insanların ondan başqa heç bir vasitə ilə islah olunmayacağı bir şəxs olmadan dəvam etməz”.
İləluş-Şəraye, s.196, hədis 8
17. Nüman Razi İmam Sadiqdən (ə) belə nəql edir: “Adəmin (ə) peyğəmbərliyi sona çatanda və yemək yeməsi kəsiləndə Allah onu vəhy edib, belə buyurdu: “Ey Adəm! Peyğəmbərliyin bitmiş və qidalanmağın kəsilmişdir. Odur ki, elminə, imanına və peyğəmbərlik mirasına, eləcə də, elmi əsərlərinə və bildiyin ismi-əzəmə diqqət yetir. Onları öz nəslindən olan oğlunun, yəni Hibətullahın (ə) yanında yadigar qoy, çünki Mən yer üzünü itaət və dinimi tanıtdıracaq, davamçılarının nicatına səbəb olan bir alimsiz qoymaram”.
İləluş-Şəraye, s.195, hədis 1
18. Zürarə və Füzeyl – hər ikisi – İmam Baqirdən (ə) belə nəql edirlər: “Adəmlə (ə) enmiş olan elm bir daha yuxarı qalxmadı və elm irs olaraq mirasa çevrildi. Əli (ə) bu ümmətin və bizim aramızdan heç bir alim öz sülaləsindən özü kimi elmi olan bir canişin qoymadan və ya Allahın istədiyi olmadan vəfat etməmişdir”.
əl-Kafi, c.1, s.222, hədis 2
19. İmam Sadiq (ə) Allahın rəsulunun (s) belə buyurduğunu rəvayət edir: “Mənim ümmətimdən olan hər bir nəsildə Əhli-Beytimdən (ə) olan bir ədalətli şəxs var ki, mübaliğəçilərin təhrifi, yalançıların mənimsəməməsi və cahillərin yozumunu bu dindən uzaqlaşdırsın. Həqiqətən, sizin imamlarınız Allaha tərəf aparan rəhbərlərinizdir. Elə isə dininiz və namazınızda kimin arxasıyca düşdüynüzə fikir verin”.
Kəmalud-Din, 22/7
20. Həsən ibn Ziyad belə rəvayət edir: “İmam Sadiqdən (ə) soruşdum: “Yer üzü imamsız qala bilərmi?” İmam (ə) buyurdu: “Daim yer üzündə halal-haramı bilən və onun əhalisinin ehtiyaclarını bilən bir alim olmuşdur”.
əl-Məhasin, c.1, s.366, hədis 792
21. Həsən ibn Ziyad İmam Sadiqdən (ə) belə nəql edir: “Yer onda olan bilikli bir höccətdən boş qalmaz. Əgər o, olmasa yer və insanlar islah olmaz”.
Kəmalud-Din, s.203, hədis 7
22. Həmzə ibn Həmran İmam Sadiqdən (ə) belə nəql edir: “Əgər yer üzündə iki nəfərdən artıq adam olmazsa belə, onlardan biri höccət olacaq. Əgər onlardan biri getməli olsa, höccət qalacaq”.
Biharul-Ənvar, c.23, s.43, hədis 85
23. Əbu Bəsir İmam Baqirdən (ə) belə nəql edir: “Allahın kəlamında mövcüddur ki, “Ey iman gətirənlər, Allaha itaət edin, elçiyə və sizdən olan əmr sahiblərinə itaət edin!” Nisa,59
əmr sahibləri Qiyamət qopanadək Əlinin və Fatimənin (ə) övladlarından olan imamdır”.
Kəmalud-Din, 22/8
24. Həsən ibn Ziyad belə rəvayət edir: “İmam Sadiqdən (ə) soruşdum: “Yer üzü, orada imam olmadan boş qala bilərmi?” İmam (ə) buyurdu: “Xeyr, halallar və haramlarını, habelə nəyə ehtiyac duyduqlarını bilən bir alim olmadan ola bilməz”.
Kəmalud-Din, 22/16
25. Haris ibn Müğeyrə belə rəvayət edir: “İmam Sadiq (ə) buyurdu: “Allah yer üzünü insanların möhtac olduğu biz alimsiz qoymaz, lakin həmin alimin insanlara ehtiyacı olmaz. O halal və haramı biləcək”. Mən soruşdum: “Sənə fəda olum, haradan biləcək?” İmam (ə) buyurdu: ” Allah rəsulu (s) və Əli ibn Əbu Talibdən (ə) irs apararaq bilir”.
Bəsariud-Dərəcat, s.327, hədis 7;
Biharul-Ənvar, c.23, s.40, hədis 74
26. İsa ibn Raşid İmam Baqir (ə) “nur üstündə nur” kəlməsi barədə belə buyurduğunu rəvayət edir: “Adəmdən (ə) Qiyamətə qədər Muhəmməd sülaləsindən olan elm hikmət və nuru ilə təsdiqlənmiş bir imam digər imamın ardınca ənənəvi olaraq davam edər. Onlar vəsilərdir. Allah onları Özünün yer üzərində canişinləri və yaratdıqlarına höccətləri təyin etmişdir. Yer heç bir zaman onlardan (imamlardan) biri olmadan boş qalmaz”.
Tövhid, s.158, hədis 4; əl-Mənaqib, c.1, s.280
27. Haris ibn Müğeyrə belə rəvayət edir: “İmam Sadiq (ə) buyurdu: “Həqiqətən, yer üzünü, halalı-haramı və insanların ehtiyac duyduqlarını bilən, insanların ehtiyacı olmayan bir alimsiz tərk edilməz”. Mən soruşdum: ” Sənə qurban olum, nəyi bilib?” İmam (ə) buyurdu: “Allah rəsulu(s) və Əlidən (ə) irs apardığını (bilib)”.
Kəmalud-Din, 22/15
28. Yunus ibn Yaqub İmam Sadiq (ə) belə nəql edir. “Əgər yer üzərində iki nəfərdən artıq adam qalmazsa belə, onlardan biri imam olacaq”.
Ğeybəti-Nümani, s.140, hədis 5
29. Kərram İmam Sadiqdən (ə) belə nəql edir: “Əgər yer üzünün əhalisi iki nəfərdən ibarət olsa, o ikisindən biri hökmən imamdır. Ən son ölən imamdır. Bu ona görədir ki, kimsə Allahın qarşısında iddia etməsin ki, Allah onu höccətsiz qoymuşdur”.
İləluş-Şəraye, s.196, hədis 6;
əl-Kafi, c.1, s.180, hədis 3
30. Hüseyn ibn Əbüləla belə rəvayət edir: “İmam Sadiqdən (ə) soruşdular: “Yer üzü imamsız qala bilərmi?” İmam (ə) buyurdu. “Xeyr”. Soruşdular: “İki imam eyni zamanda ola bilərmi? İmam (ə) buyurdu: “Xeyr, yanlız o zaman olar ki, onlardan biri sakit qalsın”. Soruşdular: “İmam özündən sonrakı imamı tanıyırmı?” İmam (ə) buyurdu: “Bəli”. Soruşdular: “Qaim imamdırmı?” İmam (ə) buyurdu: “Bəli, imamdır, imam oğludur. Onun imaməti əvvəlcədən məlum olmuşdur”.
Kəmalud-Din, s.223, hədis 17;
Dəlailul-İmamət, s 437, hədis 408
31. Abdullah ibn Süleyman Amiri İmam Sadiqdən (ə) belə nəql edir: “Nə qədər ki yer var, Allahın orada halal və haramlarını təyin edən, insanları Allah yoluna dəvət edən bir höccəti var”.
əl-Məhasin, c,1,s.368, hədis 802
32. Səffan ibn Yəhya İmam Kazimdən(ə) belə nəql edir: “Adəm(ə) vəfat edəndən sonra Allah yer üzünü heç vaxt imamsız qoymayıb. Onun başçılığı ilə Allaha tərəf yol tutulur. O, bəndələrə höccətdir. Kim onu tərk etsə həlak olar, kim onu gərəkli bilsə, nicat tapar. Bu, Allahın üzərində bir haqdır”.
Kəmalud-Din, 22/3
33. Ziyad Əttar İmam Sadiqdən (ə) belə nəql edir: “Yer Allahın höccəti olmadan davam etməz. İnsanların islah olunması onsuz mümkün deyil. Yeri də ondan başqa heç kəs islah edə bilməz”.
əl-Məhasin, c.1, s.366, hədis 195
34. Yaqub ibn Şüeyb İmam Sadiqdən (ə) belə nəql edir: “And olsun ki, Allah bu işi tərk etməz. Qiyamət gününə qədər bu işləri idarə edəcək biri var”.
Ğeybəti-Nümani, s.54, hədis 6
35. Əmir ibn Əşəs İmam Sadiqdən (ə) belə nəql edir: “Bizə olan əmri istədiyimizi yerə qoyduğumuzumu düşünürsünüz? Əsla yox! Allaha and olsun ki, o, Peyğəmbər (s) tərəfindən bir adamdan o biri adama bir əhddir ki, nəticədə öz sahibinə yetişir”.
Kəmalud-Din, 22/11
36. İshaq ibn Əmmar İmam Sadiqdən (ə) belə nəql edir: “Yer imamsız qalmaz. Əgər möminlər bir şey artırsalar, imam onu geri qaytarmalıdır; əgər azaltsalar, imam onu kamilləşdirməlidir”.
əl-Kafi, c.1, s.178, hədis 2
37. Abbas ibn Təğlib İmam Sadiqdən(ə) belə nəql edir: “Höccət məğluqdan əvvəl olmuşdur, yaradılmışla birgə var, yaradılmışdan sonra da olacaq”.
Bəsariud-Dərəcat, s.487, hədis 1;
Biharul-Ənvar, c.23, s.38, hədis 66
38. Əbu İshaq Möminlərin əmiri Əlidən(ə) belə nəql edir: “İlahi, Sən yeri yaratdıqların üçün höccətsiz qoymazsan”.
Ğeybəti-Nümani, s.137, hədis 2
39. Muhəmməd ibn Muslim İmam Baqirdən (ə) belə nəql edir: “Həqiqətən, Əli (ə) bu ümmətin alimidir, elm isə miras olaraq alınır. Əhli-Beytindən (ə) onun elminin mislini və ya Allahın istədiyini bilən birini qoymadan bizdən heç kəs həlak olan deyil”.
Kəmalud-Din, 22/13
40. Füzeyl ibn Yəsar İmam Baqir və İmam Sadiqdən (ə) belə nəql edir: “Həqiqətən, Adəmlə (ə) birlikdə endirilən elm bir daha yuxarı qaldırılmayıb. Elm miras olaraq alınır. Elmdən, rəsullar və peyğəmbərlərin əlamətlərindən olan hər şey bu evin əhlindən olmayıbsa, o zaman o, batildir. Əli (ə) bu ümmətin alimidir. Doğrusu budur ki, özündən sonra onun elminin mislini və ya Allahın istədiyini bilən birini xələf təyin etmədən bizdən bir alim ölməyib”.
Kəmalud-Din, 22/14
¡Sayta dair materiallar istifadə edildikdə istinad zəruridir!
