İslamda valideynin hüququ çox ucadır. Qurani Kərimdə də valideyn haqqında Allah ciddi tövsiyələr etmişdir: “Mənə və valideyninə şükr et”
Loğman: 14
İlahi təqvanı sileyi-rəhm (qohumlara yaxşılıq) ilə yanaşı əmr edib, hər kəs sileyi-rəhm etməsə ilahi təqvaya əməl etməyibdir.
“Biharul-ənvar”, cild 74, səh. 77
“Və Rəbbin Ondan başqasına ibadət etməməyinizi və ata-anaya yaxşılıq etməyinizi qəti hökm etdi. Əgər onlardan biri və ya hər ikisi sənin yanında qocalıq çağlarına yetişsələr onlara «uf» demə, üstlərinə qışqırma, kobud söz demə və onlara xoş söz de.”
İsra:23
İmam Sadiq (ə) bu ayə ilə əlaqədar belə buyurmuşdur:
“Əgər Allah Təala, (ana-atanı incitmək barəsində) “of” sözündən daha kiçik bir şeyin olduğunu bilmiş olsaydı, mütləq ondan da nəhy edərdi; of, ana-ataya qarşı gəlmə və onları incitmənin ən kiçik və yüngül olanıdır. İnsanın ana-atasına kəskin bir şəkildə baxması da valideyndən (onları incitməkdən)dir.”
“Hər kəs öz ata və anasına qəzəblə baxsa, hətta ona zülm etmiş olsalar belə, o şəxsin namazı qəbul olunmaz”
“Üsuli-Kafi”, Kuleyni, cild 4, səh. 50
Rəsulullah (s.a.a) buyurdu:
“Valideynin üzünə ağ olana deyilər: Nə edirsən et, səni bağışlamayacağam. Valideynə yaxşılıq edənə isə deyilər: Nə edirsən et, səni bağışlayacağam.”
“Biharul-ənvar”, cild 74, səh. 80
“Üç günah var ki, onun cəzası Qiyamətə qalmaz: Valideynin üzünə ağ olmaq, camaata zülm etmək, yaxşılıq və ehsanın əvəzini verməmək.”
“Biharul-Ənvar”, cild 74, səh. 74
Həmçinin İslama görə valideynin narahatlığına səbəb olarsa müstəhəb əməlləri etmək caiz deyil. İnsan müstəhəb namaz qılarsa və anası onu çağırarsa dərhal namazı kəsib cavab verməlidir.
ÜMMƏTİN VALİDEYNLƏRİ
Bütün bu hədislər bizim bioloji valideynlərimiz barədədir. Həqiqətən də ata-ananın insanın üzərində haqqı böyükdür və heç vaxt ödənilməz. Ancaq valideyn haqqından daha böyük bir haqq da vardır ki, Allah onu əmr edibdir. Valideyn barədə olan ayələrin bəzilərinin xüsusi bir təfsiri də İmamlar (ə) haqqında olmasıdır
“Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın! Valideynlərə, qohum-əqrəbaya yaxşılıq edin.”
Nisa:36
“Mən sizdən bunun əvəzində qohumluq sevgisindən başqa bir şey istəmirəm”
Şura:23
Əyyaşi Əbu Bəsirdən belə nəql edir: İmam Sadiq (aleyhissəlam) buyurur: “Allahın Rəsulu (s) valideynlərdən biridir, digəri isə Əlidir (aleyhissəlam)”.
Soruşdum: “Bu barədə Allahın kitabında harada deyilir?”
O dedi: “Allaha ibadət edin, Ona heç bir şeyi şərik qoşmayın və ata-anaya yaxşılıq edin”. (Nisa:36)
“Təfsiri Əyyaşi”, cild 1, səh. 267
İbn Şəhr-Aşub Əban ibn Təqliddən nəql edir ki, İmam Sadiq (aleyhissəlam) buyurur: “Valideynlərə yaxşılıq edin” – valideynlər Rəsulullah (s) və Əlidir (ə).
“Mənaqib”, 3-cü cild, səh. 105
Həmçinin Rəsulullahın (s) belə dediyini rəvayət etmişdir: “Mən və Əli bu ümmətin atalarıyıq.”
“Mənaqib”, 3-cü cild, səh. 105
Rəsulullahın (s) belə dediyini rəvayət olunmuşdur:
“Mən və Əli bu ümmətin iki atasıyıq, Allahın lənəti olsun onlarla əlaqəni kəsənə.”
“Mənaqib”, 3-cü cild, səh. 105
Məhəmməd ibn Cərirdən belə nəql edimişdir:
Peyğəmbər (s) Əliyə (ə) buyurdu: “Car çəkərək de : “Hər kəs mükafatı olan şəxsə zülm etsə, Allahın lənəti onun üzərinə olsun!” Həmçinin Kim itaət etməməli olduğu zalım hökmdara itaət edərsə, Allahın lənətinə düçar olar! Valideynlərini danlayanlara (qarşı çıxanlara) Allahın lənəti olsun!”
O, bunu elan etdikdən sonra, Ömər və bir qrup adam Rəsulullahın (s) hüzuruna daxil olub soruşdular: “Onun dediklərinin təfsiri nədir?”
Həzrət Peyğəmbər (s) buyurdu: “Allah buyurur: “De: “Mən sizdən bunun əvəzində qohumluq sevgisindən başqa bir şey istəmirəm” (Şura:23). Bizə zülm edənə isə Allahın lənətinə düçar olsun! Allah buyurur: “Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır” (Əhzab:6). Deməli, mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır, kim ondan və onun nəslindən başqa birinə itaət edərsə, Allahın lənəti onun üzərinə olsun! Mən sizi şahid tuturam ki, mən və Əli möminlərin iki atası (valideynləri)yik və kim bizlərdən birinə qarşı çixarsa, Allahın lənəti olsun onun üzərinə olsun”.
Ömər çölə çıxaraq dedi: “Peyğəmbər nə Qədir günü, nə də başqa bir gündə Əlinin imamətini bugünkündən çox təkid etmədi!”
Həbbab ibn Ərd dedi: Bu hadisə “Peyğəmbərin (s) vəfatından on yeddi gün əvvəl idi.”
“Mənakib”, 3-cü cild, səh. 105
- Bu gün isə bu ümmətin diri olan atası İmam Zaman (ə.f)-dır. O, bizim halımıza ən yaxın olan, bizə bizdən daha mərhəmətli olan ilahi hüccətdir. Necə ki, Rəsulullah (s) və Əmirəlmöminin (ə) ümmətin atalarıdır, onların nurani silsiləsinin davamı olan İmam Mehdi (ə.f) də bu haqqın sahibidir.
- Elə isə valideyn haqqında deyilən bütün hörmət, itaət və ehtiram bu ilahi rəhbərə qarşı da şamil olur. Onu incitmək, unutmaq və ya çağırışına biganə qalmaq – bu böyük haqqı görməmək deməkdir.
- Bu gün bizim vəzifəmiz yalnız gözləmək deyil, həm də Ona layiq ümmət olmaqdır. Çünki O, bizim atamızdır — və biz onun övladları kimi davranmalıyıq.
www.imamzaman.az
