imamzaman.az
No Result
Bütün nəticələri göstər
  • Əhli-beyt
    • Əhli-beyt məhfumu
    • Əhli-beyti tanımaq
    • Əhli-beytin elmi
    • Əhli-beytin məktəbi
    • Əhli-beytin haqları
    • Əhli-beyt əxlaqı
    • Əhli-beyti sevmək
    • Əhli-beytlə düşmənçilik
    • Əhlibeytə zülm etmək
    • Əhli-beytin tövsiyələri
  • İmam Məhdi haqqında
    • Həyatı
    • Səfirləri
    • Məktubları
    • Görüşləri
    • Kitablar
    • Alimlərin nəzərində
  • Qurani kərimdə
    • Əhli-sünnə təfsirlərində
    • Əhli-şiə təfsirlərində
  • Məhdəviyyət
    • Qeyb
    • Zühur
    • Axirzaman
    • Digər
  • Dualar
    • Dualar
    • Ziyarətnamələr
  • İmamət
  • İradlara cavab
  • Multimedia
    • Videolar
    • Fotolar
    • Səslər
  • Sual – Cavab
  • Sual göndər
    • Whatsapa göndər
    • Telegrama göndər
  • Əhli-beyt
    • Əhli-beyt məhfumu
    • Əhli-beyti tanımaq
    • Əhli-beytin elmi
    • Əhli-beytin məktəbi
    • Əhli-beytin haqları
    • Əhli-beyt əxlaqı
    • Əhli-beyti sevmək
    • Əhli-beytlə düşmənçilik
    • Əhlibeytə zülm etmək
    • Əhli-beytin tövsiyələri
  • İmam Məhdi haqqında
    • Həyatı
    • Səfirləri
    • Məktubları
    • Görüşləri
    • Kitablar
    • Alimlərin nəzərində
  • Qurani kərimdə
    • Əhli-sünnə təfsirlərində
    • Əhli-şiə təfsirlərində
  • Məhdəviyyət
    • Qeyb
    • Zühur
    • Axirzaman
    • Digər
  • Dualar
    • Dualar
    • Ziyarətnamələr
  • İmamət
  • İradlara cavab
  • Multimedia
    • Videolar
    • Fotolar
    • Səslər
  • Sual – Cavab
  • Sual göndər
    • Whatsapa göndər
    • Telegrama göndər
No Result
Bütün nəticələri göstər
imamzaman.az

Qeyb dövründə qurtuluşa çatanlar

Dekabr 26, 2023
Oxuma vaxtı: 16 dəqiqəyə oxunur
A A
Qeyb dövründə qurtuluşa çatanlar

1. Cabir ibn Yəzid Cufi Cabir ibn Abdullahdan belə nəql edir: “Allah-təala, “Ey iman gətirənlər, Allaha itaət edin, Onun rəsuluna (s) və öz əmr sahiblərinizə tabe olun”. (Nisa, 59) ayəsi Öz peyğəmbəri Muhəmmədə (s) nazil edəndə mən dedim: “Ey peyğəmbər! Allah və Onun rəsulunu tanıdıq, bəs Allahın Öz itaəti ilə yanaşı itaət edilməsini əmr etdiyi əmr sahibləri kimlərdir?” 

Allah rəsulu (s) buyurdu: “Ey Cabir! Onlar mənim canişinlərim və məndən sonra müsəlmanların rəhbərləridir. Onların birincisi Əli ibn Əbu Talibdir (ə). Sonra Həsən (ə) və Hüseyn (ə) gəlir. Ondan sonra Əli ibn Hüseyn (ə), Muhəmməd ibn Əli (ə) gəlir. Tövratda Muhəmməd ibn Əli (ə), Baqir kimi tanınır. Ey Cabir! Sən tezliklə onu görəcəksən. Onu görəndə mənim salamımı ona çatdır. Sonra Cəfər ibn Muhəmməd Sadiq (ə), Musa ibn Cəfər (ə), Əli ibn Musa (ə), Muhəmməd ibn Əli (ə), Əli ibn Muhəmməd (ə), Həsən ibn Əli (ə) gəlir. Bundan sonra sonda mənim adımı və künyəmi daşıyan, Allahın yer üzərindəki höccəti, bəndələri arasında qoruyub saxladığı Muhəmməd ibn Həsən ibn Əli (ə) gəlir. Allah-təala yer üzünün şərqi və qərbini onun əli ilə açar. O, öz davamçıları və dostlarından gizli qalar. Həmin zamanda Allahın qəlblərindəki imanlarını imtahan etdiyi, onun imamətinə etiqadlarını möhkəmləndirdiyi kəslərdən başqa, kimsə (dində) qalmaz”. 

Kəmalud-din, s.253; İlamul-vəra, c.2, s.181

 

2. Cabir Cufi İmam Baqirdən (ə) belə nəql edir: “Elə bir zaman gələcək ki, insanların imamı onların gözlərindən gizli qalacaq. O zamanda bizim əmrlərimizə möhkəm sarılanların xoş halına! Onların ən kiçik mükafatı bu olar ki, Allah-təala onlara səslənib deyər: Ey Mənim qulam və kənizlərim! Mənim sirrimə iman gətirdiniz. Mənim qeybətimi təsdiq etdiniz. Elə isə sizə yaxşı bir mükafat ilə müjdələyirəm. Sizə bildirirəm ki, siz Mənim həqiqi qulamlarım və kənizlərimsiniz. Sizdən qəbul edirəm, sizi bağışlayıram. Sizə xatir yağışı bəndələrim üçün yağdırıram, bəlanı onlardan uzaqlaşdırıram. Siz olmasaydınız, onlara Öz əzabımı göndərəcəkdim”. 

Biharul-ənvar, c.52, s.145; Kəmalud-din, s.330

 

3. Əbu Üməyyə Şabanidən belə rəvayət edir: “Əbu Sələbə Xuşəninin yanına gedib ona dedim: Ey Əbu Sələbə, bu ayə barədə nə deyə bilərsən? “Ey iman gətirənlər, özünüzü gözləyin. Əgər siz özünüz doğru yolda olsanız, yolunu azmış kəsin sizə heç bir zərəri dəyə bilməz”. (Maidə, 105)

Əbu Sələbə dedi: “Deyim bil! Allaha and olsun ki, bu sualı məlumatlı bir adamdan soruşdum. Mən bu ayə barəsində Peyğəmbərdən (s) soruşmuşdum. O, belə cavab vermişdi: “Siz bir-birinizi yaxşılığa dəvət edib, pisliklərdən çəkindirməlisiniz, amma insanlar tamaha, paxıllığa boyun əydikləri, nəfslərinin dalınca getdikləri, dünyanı üstün tutduqları, hər kəsin öz dediyi öz xoşuna gəldiyi zaman yetişəndə, özünü gözlə, qoru. Camaat nə edir etsin. Sən onları boş ver, çünki sizin arxanızca çox çətin günlər gəlir. Həmin dövrdə səbr edən şəxs əlində od saxlayan kimidir. O zamanda öz vəzifələrinə əməl edən şəxsin mükafatı sizin əlli nəfərinizin mükafatına bərabərdir”. 

əl-Möcəmul-Kəbir, c.22, s.220

 

4. Həkəm ibn Üyəynədən belə nəql olunur: “Möminlərin əmiri Əli (ə) Nəhriva savaşında xəvaricləri məhv etdikdən sonra bir nəfər qalxıb dedi: “Ey Möminlərin əmiri! İndiki zamanda xoş bizim halımıza ki, səninlə birlikdə xəvaric öldürdük”. İmam Əli (ə) buyurdu: “And olsun toxumu yarana, Bəni-Adəmi yaradana, bu yerdə bizimlə yanaşı kəslər var ki, Allah-təala hələ onların ata-babalarını yaratmamışdır”. Bir nəfər soruşdu: “Yaranmamış insanlar bizimlə bir yerdə necə ola bilər?” İmam (ə) buyurdu: Bəli, axırzamanda elə bir nəsil gələcək ki, onlar bu işdə bizimlə şərik və bizim qarşımızda təslim olarlardır. Onlar həqiqi şəriklərdir. Bizim haqqımız nədirsə, onlar da həmin haqqla bir yerdə olarlar”. 

əl-Məhasin, c.1, s.407

 

5. Həsən ibn Muhəmməd ibn Saleh Bəzzaz İmam Əskəridən (ə) belə nəql edir: “Məndən sonra canişinim övladım olacaq. Onun da bəzi peyğəmbərlər kimi uzun ömrü, öz ümmətindən gizli qaldığı dövrü olacaq. Gizli qalması o qədər uzun çəkəcək ki, çox adamın qəlbini bərkidəcək. Həmin zamanda yalnız Allahın imanı qəlblərində möhkəmləndirdiyi, Öz ruhu ilə təsdiq etdiyi və onun imamət və zühruna əqidəsi olan şəxslər nicat tapar”. 

Kəmalud-din, s 524; Siratul-Mustəqim, c.2, s.238

 

6. Əbu Bəsrdən belə rəvayət edir: “İmam Sadiq (ə) buyurdu: “Tuba bizim Qaimimizin (ə) qeyb dövründə bizim əmrimizə sarılan, düz yola qədəm qoyduqdan sonra ürəyi ayrı istiqamətlərə meyillənməyən kəslər üçündür”. Mən soruşdum: “Qurbanın olum, Tuba nədir?” İmam (ə) buyurdu: “Cənnətdə olan bir ağacdır, onun kökləri Əli ibn Əbu Talibin (ə) evində yerləşir. Elə bir mömin yoxdur ki, o ağacın budaqlarından biri onun evində olmasın. Bu, Allahın dediyi həmin sözdür: “Tuba ağacı iman gətirən və yaxşı işlər görən kəslərə məxsusdur və onların gözəl bir dönüşləri var”.

Kəmalud-din, s.358

 

7. Əbu Bəsir İmam Sadiqdən (ə) belə nəql edir: “Sizin hər biriniz Qaimin (ə) zühuru üçün hətta bir oxla olsa belə hazırlıq görsün. Həqiqətən də, əgər Allah-təala onun niyyətində belə bir şey olduğunu bilirsə, ümid edirəm ki, onun ömrünü uzadar və beləcə o, Qaimin (ə) zamanını görüb onun yardımçılarından və köməkçilərindən olar”.

Mucəmul-Əhdis, 4/6

 

8. Əbdüləzim Həsəni İmam Cavaddan (ə), o da öz məsum ata-babalarından (ə) Möminlərin əmiri Əlinin (ə) belə buyurduğunu nəql edir: “Bizim Qaimimizin (ə) qeybə çəkiləcəyi bir dövr olacaq. Bu dövr çox uzun çəkəcək. Mən bizim şiələrimizi həmin dövrdə sərgərdan görürəm. Qoyun sürüsü ot tapmaq üçün o tərəf-bu tərəf gedib tapmadığı kimi, şiələrmiz də o, qeybə çəkiləndə onun ardınca gəzib tapa bilməyəcəklər. Onlardan kimin qəlbi dinində sabit qalsa, İmamın uzun müddət gizli qalmasından kimin ürəyi bərkiməsə, Qiyamət günü mənim yanımda, mənimlə eyni səviyyədə olar”.

Kəmalud-din, s.303; İlamul-rəva, c.2, s.229

 

9. Əhməd ibn İshaq ibn Səd Əşəridən belə nəql edilir: “İmam Əskərinin (ə) yanına getmişdim. Ondan, özündən sonrakı canişin barədə soruşmaq istəyirdim, amma o, məni qabaqlayaraq dedi: “Ey Əhməd ibn İshaq! Onun bu ümmət arasındakı misalı, Xızırın (ə) misalı kimidir. Digər bir misalı da Zulqərneyn kimidir. Allaha and olsun, onun qeybə çəkiləcəyi bir dövr olacaq. Həmin dövrdə ancaq Allahın inayət və nəsib etdiyi, tövfiqi ilə imama etiqadları sabit qalan və İmamın zühurununun təcili üçün dua edən şəxslər nicat taparlar. Mən soruşdum: “Ey Allahın rəsulunun övladı, onun qeybi uzunmu çəkəcək?” İmam (ə) buyurdu: “Bəli, Allaha and olsun ki, uzun çəkəcək. İş o yerə çatacaq ki, İmamın zühuruna etiqadı olanların çoxusu öz etiqadından dönəcək. Yalnız, Allahın bizim vilayətimizdə əhd-peyman aldığı və imanı qəlbində möhkəmləndirdiyi, Öz ruhu ilə təsdiq etdiyi şəxslər qalarlar”. 

İlamul-vəra, c.2, 2.284; Kəşful-ğummə, c.3, s.316

 

10. İbn Abbasdan nəql olunur: “Allah rəsulu (s) buyurdu: “Əli ibn Əbu Talib (ə) mənim ümmətimin imamı, onların məndən sonrakı xəlifəsidir. Onun övladlarından olan Qaimin (ə) intizarını çəkərlər. Yer üzü zülm və ədalətsizliklə dolduğu bir zamanda Allah-təala onun əli ilə yer üzünü ədalətlə doldurar. And olsun məni haqq müjdə ilə göndərən kəsə! Qeyb dövründə əqidəsində möhkəm olanlar, qırmızı kükürddən daha az tapılarlar”.

Cabir ibn Abdullah Ənsari qalxıb dedi: “Ey Allahın Rəsulu! Sənin nəslindən olan Qaim (ə) gözlərdən qaib olacaq?” Peyğəmbər (s) buyurdu: “And olsun ki, Allah-taala iman gətirənləri xalis edib saflaşdırar, kafirləri tədricən məhv edər!” (Ali-İmran, 141) Ey Cabir! Bu Allahın işlərindən bir iş, sirrlərindən bir sirrdir. Bu sirr Allahın bəndlərindən gizlədilmişdir. Nəbadə şəkk edəsən. Allahın işində şəkk etmək küfürdür”.

Kəmalud-din, s.287; ilamul-vəra, c.2, s.227

 

11. İbn Mühəyzirdən belə nəql olunur: Əbu Cüməyə dedim: “Peyğəmbərdən (s) eşitdiyin bir hədisi mənə danış”. O dedi: “Danışaram. Sənə gözəl bir hədis söyləyəcəyəm. Əbu Übeydə Cərrahla bərabər Peyğəmbərin (s) yanınada səhər yeməyi yeyirdik. Əbu Übeydə dedi: Ey Allahın rəsulu! Bizdən islamı qəbul edən, səninlə bərabər cihad edən şəxs ən üstünü deyilmi?” 

Peyğəmbər (s) buyurdu: “Bəli, elədir, amma sizdən sonra gələcək elə insanlar olacaq ki, məni görmədən mənə iman gətirəcəklər”.

Şeyx Tusi, Əmali, s.391; Kənzul-ümmal, c.14, s.46

 

12. Əbdüssələm ibn Saleh İmam Rzadan (ə), oda öz məsum ata-babalarından Möminlərin əmiri Əlinin (ə) belə buyurduğunu nəql edir: “Peyğəmbər (s) buyurdu: “Məni haqq müjdə ilə göndərənə and olsun ki, mənim nəslimdən olan Qaim (ə) mənimlə bağlanmış əhdə müvafiq olaraq qeybə çəkiləcək. Onun qeybi o qədər uzanacaq ki, camaat deyəcək: “Allahın Muhəmməd (s) ailəsindən bir təmənnsı yoxdur.” Bəzi insanlar onun doğulmasına şəkk edəcək. Kim həmin dövrə çatsa, dinindən bərk yapışsın. Şəkk-şübhəyə qapılmaqla şeytana dininizi əlinizdən almağa imkan verməyin. Şeytan bundan əvvəldə sizin ata-ananızı Behişdən çıxarmışdı. Allah-təala şeytanları imansızlara başçı təyin etmişdir”.

Kəmalud-din, s.51

 

13. Cabir ibn Abdullahdan belə nəql edir: ‘Biz bir qrup zəvvar ilə həcc mərasimindən sonra İmam Baqirin (ə) yanına getdik. Vidalaşıb çıxarkən bizə bir tövsiyə verməsini xahiş etdim. Varlılarımız kasıbların əlindən tutsun. Sizin hər biriniz özünə rəva bildiyinizi qardaşınızada rəva bilin. Bizim sirrimizi gizli saxlayın. Xalqı bizim boynumuza mindirməyin. Bizim işimizə, bizdən sizə gələn əmrlərə göz dikin. Əgər o əmrləri Qurana Müvafiq görsəniz götürün, görməsəniz rədd edin. Əgər onu aydınlaşdıra bilməsəniz, dayanın və onu bizə qaytarın ki, bizə izah edildiyi kimi, bizdə sizə izah edək. Sizə tapşırdığımız kimi etsəniz və başqa yola dönməsəniz, sizdən hər biriniz bu halda bizim Qaimin (ə) qabaq ölsə, şəhiddir. Sizin hər biriniz bizim Qaimə (ə) yetişsə, onun cəbhəsində ölsə, iki şəhidin savabını aparar. Kim bizim düşmənlərdən birini öldürsə, iyirmi şəhidin mükafatını qazanar”.

Şeyx Tusi, Əmali, s.231; Biharul-ənvar, c.52, s.122

 

14. Həmmad ibn Əmr İmam Sadiqdən (ə), o isə Möminlərin əmiri Əlidən (ə) Allah rəsulunun (s) belə buyurduğunu nəql edir: “Ey Əli! Bil və xəbərin olsun ki, ən qəribə iman, ən böyük yəqin sahibləri axirəzzəmanda yaşayan insanlar olar. Onlar Peyğəmbərini (s) görmədən, Allahın Höccəti (ə) gözlərdən gizli qaldığı halda, yalnız kağız üzərindəki yazıya əsasən iman gətirərlər”.

Mən lə yəhzəruhul-fəqih, c.2, s.336; Kəmalud-din, s.288

 

15. Cabir ibn Abdullah Ənsari Allah rəsuludan (s) belə nəql edir: “Bizim Qaimimiz zühur edəndə, Allah zülm və haqsızlıqla dolmuş yer üzünü haqq və ədalətlə doldurar. Xoş olsun onun qeybi dövründə səbr edənlərin halına! Xoş olsun işıqlı yollarda dayanıqlı olanlara! Allah onları öz kitabında vəsf etmiş, onların barəsində belə demişdir: ” O kəslər ki qeybə inanır. (Bəqərə, 3) Onlar Allahın firqəsidirlər, bil li, Allahın firqəsi həmin nicat tapanlardır”.

Mücadilə, 22; Kifayətul-əsər, s.55-60; Biharul-ənvar, c.36 s.304-306

 

16. Əmr ibn Sabit İmam Səccadın belə buyurduğunu rəvayət edir: “Bizim Qaimin (ə) gizli qaldığı dönəmdə kim bizim dostluğumuzda möhkəm qalsa, Allah ona Bədr və Ühüd döyüşlərindən min şəhidin savabı qədər mükafat verər”.

İlamul-vəra, c.2, s.231

 

17. Rəfaə ibn Musa İmam Sadiqdən (ə) belə nəql edir: “Allah rəsulu (s) dedi: “Mənim ailəmdən olan Qaimin (ə) zamanına yetişib onun qiyamından əvvəl onu özünə rəhbər bilənin dostları ilə dost olub, düşmənlərini düşmən bilənin, ondan əvvəlki haqq yolun bələdçiləri olan imamların vilayətini qəbul edənin xoş halına. O şəxs necədə bəxtəvərdir. Onlar mənimlə birgədirlər. Onlar mənim ümmətimin mənə ən əziz olanlarıdırlar”. 

Şeyx Tusi, əl-Ğeybə, s.465

 

18. Hüseyn ibn Xalid İmam Rzadan (ə), o da öz məsum ata-babalarından (ə) Möminlərin əmiri Əlinin (ə) belə buyurduğunu nəql edir: “Ey Hüseyn! Sənin doqquzuncu övladın, haqqı ayaqda tutar, dini aşkar edər, ədaləti hər tərəfdə yayar”.

Atamdan soruşdum: “Ey Möminlərin əmiri! Bu, olacaq işdirmi?” 

O buyurdu: “Bəli, Allaha and olsun ki, bu iş olacaq, amma bu qeybdən insanların heyrətdə qalacağı zamandan sonra baş verəcək. O zamanda yalnız yəqinlikdən doğan arxayınlıqla onun dininə xalis etiqad bəsləyən kəslər bu azğınlıqdan amanda qalarlar. Onlar Allah-təalanın bizim vilayətimizə əhd-peyman aldığı, qəlblərində möhkəmləndirdiyi, Öz ruhu ilə təsdiq etdiyi şəxslərdir”. 

İlamul-vəra, c.2, s.229; Kəşful-ğummə, c.3, s.311

 

19. Kumeyl ibn Ziyad Nəxəi Möminlərin əmiri Əlinin (ə) Kufə məscidən çıxıb, şəhərin çıxışına qədər səhraya çatanda belə buyurduğunu nəql edir: “İlahi! Yer üzü heç vaxt Höccətsiz qalmaz. Aşkar, gizli şəkildə də olsa Allahın yer üzərindəki Höccəti, aydın dəlilləri batil olmaz. Onların sayı az, rütbələri yüksək olar. Allah-təala öz höccətlərini onaların vasitəsilə saxlayar. Onlarda öz növbəsində bu höccətləri özləri kimi olanlara ötürərlər. O höccətləri onlarla bir istiqamətdə addımlayanların qəlbində əkərlər. Onların elmləri həqiqətə çatmışdır, yəqinləri ruhlarına hopmuşdur. Rahatlıq sevənlərin, ərköyün bəslənmişlərin çətin gördüyü şeyləri onlar asanlıqla qəbul edər. Nadanların qaçdığı şeylərlə munis olarlar. Cismən dünya ilə uzaqlaşar, ruhən isə dünyadan xaric, ən ali məktəbədə dolaşarlar. Onlar Allahın yer üzərindəki canişinləri, dinə dəvət edənlərdir. Mən onları görməyə necə də müştaqam”.

Şeyx Mufid, Əmali, s.247-250

 

20. Müfəzzəl ibn Ömərdən nəql edilir: “İmam Sadiqdən (ə) belə dediyini eşitdim: “Məbada, onun adını məşhur edəsiniz. Bilin! Allaha and olsun, sizin İmamınız uzun illər sizin gözünüzdən gizli qalar. Siz imtahan olunarsınız. İş o yerə çatar ki, deyirlər ki, “o ölmüşdür ya da hara getdiyi məlum deyil”. Möminlər ona həsrətdən göz yaşı tökərlər. Gəmi dəryada dalğalar arasında alt-üst olduğu, çevrildiyi kimi, sizin də qəlbiniz çevrilər alt-üst olar. Həmin zamanda yalnız Allahın bizim vilayətimizə əhd-peyman aldığı imanı qəlbində möhkəmləndirdiyi, Öz ruhu ilə təsdiq etdiyi şəxslər nicat tapar”. 

əl-Kafi, c.1, s.336; Dəlailul-İmamət, s.532

 

21. Ənəs ibn Malikdən belə nəql olunur: “Allah rəsulu (s) buyurdu: “Elə bir zaman yetişəcək ki, o zamanın möminlərinin dində səbrli olmaqlarının mükafatı, sizin əlli nəfərinizin mükafatı qədər olar”. “Səhabələr soruşdular: “Ey Allahın rəsulu! Bizim əlli nəfərin mükafatı qədər?” Peyğəmbər (s) buyurdu: “Bəli, sizin əlli nəfərin mükafatı qədər”. O bu sözü üç dəfə təkrar etdi”. 

Şeyx Tusi, Əmali, s.485

 

22. Yunus ibn Əbdürrəhmandan belə nəql olunur: “İmam Kazmın (ə) yanına getmişdim, belə buyurdu: “Bizim Qaimimizin (ə) qeyb dövründə xoş şiələrimizin halına, xoş o kəslərin halına ki, bizdən yapışarlar. Xoş o şiələrin halına ki, bizə sevgilərində, düşmənlərimizlə düşmənçiliklərində dayanaqlı və möhkəmdirlər. Onlar bizdən, biz də onlardanıq. Onlar bizim imamlığımıza razı oldular. Biz də onların bizim ardıcılımız olmaqlarından razı qaldıq. Xoş onların halına, xoş onların halına. Allaha and olsun ki, Qiyamət günündə onlar bizimlə birgə eyni dərəcədə olarlar”. 

Kifayətul-əsər, s.265; ilamul-vəra, c.2, s.239

 

23. Müfəzzəl ibn Ömərdən belə nəql edilir: “İmam Cəfəri Sadiqin (ə) yanında idim. İmamın evində məndən başqa qonaqlar da var idi. İmam bir söz dedi. Düşündüm ki, məndən başqası üçün, başqasını nəzərdə tutaraq deyir bu sözü. İmam (ə) buyurdu: “Dinlə! Allaha and olsun ki, bu işin sahibi sizdən gizlənər. Yaddaşlardan silinər. Elə bir vəziyyət yaranar ki, deyərlər ki, “o ölmüşdür, hara getdiyi məlum deyil”. Həmin zamanda gəmi dalğalar arasında çevrildiyi kimi siz də çevrilərsiniz. Həmin zamanda yalnız, Allahın bizim vilayətimizə əhd-peyman aldığı imanı qəlblərində möhkəmləndirdiyi, Öz ruhu ilə təsdiq etdiyi şəxslər nicat tapacaqlar”. 

Kəmalud-din, s.524

 

24. Abdullah ibn Sənan İmam Sadiqdən (ə) belə nəql edir: “Allah rəsulu (s) buyurdu: “Sizdən sonra bir qrup insan gələr. Onlardan bir nəfəri sizin əlli nəfərinizin mükafatına sahib olar”. Səhabələr dedilər: “Ey Allahın rəsulu! Biz Bədr, Ühüd, Hüneyn, müharibəsində səninlə bir yerdə olmuşuq. Quranda bizim barəmizdə üç ayə nazil olmuşdur”. Peyğəmbər (s) buyurdu: “Əgər onların çiyinlərində danışdıqları yükü sizin kürəyinizə yükləsəydilər, onlar kimi davam gətirib səbr edə bilməzdiniz”. 

Şeyx Tusi, əl-Ğeybə, s.456

 

25. Əbdülhəmid Vasiti belə rəvayət edir: “İmam Baqirə (ə) dedim: Allah işlərini yoluna qoysun. Biz bu işin intizarını çəkərək bazarımızı buraxmışıq”. İmam (ə) buyurdu: “Ey Əbdülhəmid! Səncə özünü Allaha həsr etmiş şəxsin işlərinə Allah bir əncam çəkməz, ona bir çıxış yolu qoymaz? Əlbətt ki, qoyar. Allah onun üçün bir çıxış yolu qərar verər. Allah, özünü bizə həsr etmiş bəndəsinə rəhmət yağdırar”. Mən soruşdum: “Əgər Qaimi (ə) görməzdən əvvəl ölsək necə?” İmam (ə) buyurdu: “Sizdən hər biriniz “əgər Qaimin (ə) zamanına çatsam ona kömək edəcəyəm” desə, onun qarşısında qılınc çalan kimidir. Hətta ondan da üstün onun yanında şəhid olmuş şəxs kimidir”.

Kəmalud-din, s.644

 

26. Müfəzzəl ibn Ömər İmam Sadiqlə (ə) Qaim (ə) barədə etdiyi söhbətini və ona “onun intizarını çəkən nə qədər qardaşımız ölmüşdür” sözümüzə olan cavabını nəql edir: “Qaim (ə) Qiyam etdikdə möminin qəbri üstünə gələr və ona deyər: Ey mömin, sənin dostun və sahibin zühur edib. Əgər ona qoşulmaq istəyirsənsə, qoşul. Əgər Rəbbinin kəramətində qalmaq istəyirsənsə qal”.

Şeyx Tusi, əl-Ğeybə, s.469

 

27. Hişam ibn Salim İmam Sadiqdən (ə) belə rəvayət edir: “Güclü səslər ikidir. Biri gecənin əvvəlində biri isə ikinci gecənin axrında eşidiləcək. Biri səmadan olacaq, biri isə İblisdən. O baş verməmişdən əvvəl ona etiqad edən kəslər onu ayrı biləcəklər”. 

Biharul-ənvar, 52/295

 

28. Əbdürrəhman ibn Müslim Cəriri belə rəvayət edir: “İmam Sadiqə (ə) dedim: “Camaat bizə rişxənd edib deyirlər ki, əgər o iki səs baş versə haradan bilinəcək ki haqq hansıdır, batil hansı?” İmam (ə) soruşdu: “Siz nə cavab verirsiz? Mən dedim: “Heç bir cavab vermirik”. İmam (ə) buyurdu: “Onlara belə deyin: “O səs baş verdiyi zaman o kəslər doğrunu yalandan ayırd edə biləcəklər ki, daha əvvəl mömin olub onlara iman gətirmişlər. Allah-təala buyurur: “Belə isə, arxasınca gedilməyə haqqa tərəf hidayət edən kəs daha layiqdir, yoxsa hidayət edilməyincə doğru yolu tapa bilməyən kəs? Sizə nə olub? Necə mühakimə yürüdürsünüz?!”

Yunus 35, Üsuli Kafi 8/208

 

29. Zürarə ibn Əyan İmam Sadiqdən (ə) belə nəql edir: “Bir carçı səmadan belə nida edəcək: Həqiqətən də, Əmir filankəsdir. Başqa bir nidaçı da belə səslənəcək: Həqiqətən də, Əli və onun şiələri nicat tapanlardır”. Mən soruşdum: “Elə isə bundan sonra Mehdi (ə) ilə kim vuruşacaq?” İmam (ə) buyurdu: “Şeytanda belə nida edəcək: Həqiqətən də, yalnız filankəs və onun tərəfdarları nicat tapan kəslərdir. Bəni-Üməyyədən olan bir kəsin adını çəkəcək”. Mən soruşdum: “Düzü yalandan kim ayıra biləcək?” İmam (ə) buyurdu: “Bunu yalnız bizim hədislərimizi nəql edən, o baş verməmişdən əvvəl “o baş verəcək” deyən və özlərini haqq və doğru olduqlarını bilən şəxslər ayırd edə biləcəklər”.

İsbatul-huda 3/736

 

www.imamzaman.az

¡ Sayta dair materiallar istifadə edildikdə istinad zəruridir

 

 

 

Post Views: 449
ShareTweetSendShare
  • Əhli-beyt
  • İmam Məhdi haqqında
  • Qurani kərimdə
  • Məhdəviyyət
  • Dualar
  • İmamət
  • İradlara cavab
  • Multimedia
  • Sual – Cavab
  • Sual göndər
No Result
Bütün nəticələri göstər
  • Əhli-beyt
    • Əhli-beyt məhfumu
    • Əhli-beyti tanımaq
    • Əhli-beytin elmi
    • Əhli-beytin məktəbi
    • Əhli-beytin haqları
    • Əhli-beyt əxlaqı
    • Əhli-beyti sevmək
    • Əhli-beytlə düşmənçilik
    • Əhlibeytə zülm etmək
    • Əhli-beytin tövsiyələri
  • İmam Məhdi haqqında
    • Həyatı
    • Səfirləri
    • Məktubları
    • Görüşləri
    • Kitablar
    • Alimlərin nəzərində
  • Qurani kərimdə
    • Əhli-sünnə təfsirlərində
    • Əhli-şiə təfsirlərində
  • Məhdəviyyət
    • Qeyb
    • Zühur
    • Axirzaman
    • Digər
  • Dualar
    • Dualar
    • Ziyarətnamələr
  • İmamət
  • İradlara cavab
  • Multimedia
    • Videolar
    • Fotolar
    • Səslər
  • Sual – Cavab
  • Sual göndər
    • Whatsapa göndər
    • Telegrama göndər

© 2023 İmam Zaman portalı