imamzaman.az
No Result
Bütün nəticələri göstər
  • Əhli-beyt
    • Əhli-beyt məhfumu
    • Əhli-beyti tanımaq
    • Əhli-beytin elmi
    • Əhli-beytin məktəbi
    • Əhli-beytin haqları
    • Əhli-beyt əxlaqı
    • Əhli-beyti sevmək
    • Əhli-beytlə düşmənçilik
    • Əhlibeytə zülm etmək
    • Əhli-beytin tövsiyələri
  • İmam Məhdi haqqında
    • Həyatı
    • Səfirləri
    • Məktubları
    • Görüşləri
    • Kitablar
    • Alimlərin nəzərində
  • Qurani kərimdə
    • Əhli-sünnə təfsirlərində
    • Əhli-şiə təfsirlərində
  • Məhdəviyyət
    • Qeyb
    • Zühur
    • Axirzaman
    • Digər
  • Dualar
    • Dualar
    • Ziyarətnamələr
  • İmamət
  • İradlara cavab
  • Multimedia
    • Videolar
    • Fotolar
    • Səslər
  • Sual – Cavab
  • Sual göndər
    • Whatsapa göndər
    • Telegrama göndər
  • Əhli-beyt
    • Əhli-beyt məhfumu
    • Əhli-beyti tanımaq
    • Əhli-beytin elmi
    • Əhli-beytin məktəbi
    • Əhli-beytin haqları
    • Əhli-beyt əxlaqı
    • Əhli-beyti sevmək
    • Əhli-beytlə düşmənçilik
    • Əhlibeytə zülm etmək
    • Əhli-beytin tövsiyələri
  • İmam Məhdi haqqında
    • Həyatı
    • Səfirləri
    • Məktubları
    • Görüşləri
    • Kitablar
    • Alimlərin nəzərində
  • Qurani kərimdə
    • Əhli-sünnə təfsirlərində
    • Əhli-şiə təfsirlərində
  • Məhdəviyyət
    • Qeyb
    • Zühur
    • Axirzaman
    • Digər
  • Dualar
    • Dualar
    • Ziyarətnamələr
  • İmamət
  • İradlara cavab
  • Multimedia
    • Videolar
    • Fotolar
    • Səslər
  • Sual – Cavab
  • Sual göndər
    • Whatsapa göndər
    • Telegrama göndər
No Result
Bütün nəticələri göstər
imamzaman.az

Onlar nə öldürülər, nə də ölərlər…

Dekabr 29, 2023
Oxuma vaxtı: 10 dəqiqəyə oxunur
A A
Onlar nə öldürülər, nə də ölərlər…

1. Əntərədən belə nəql olunur: “Dəfələrlə Həzrət Əlini (ə) barmaqlarını bir-birinə keçirdiyi halda bu sözləri dediyini eşitmişəm: “Açıl, bağlan, bağlan, açıl”. Sonra buyurdu: “İti gedənlər həlak oldular, lakin yaxınlaşdıranlar nicat tapdılar. Kiçik daş parçaları öz yerində möhkəm dayandılar. Sədaqətlə Allaha and içib deyirəm ki, qəm-qüssədən sonra mütləq qəribə bir açılış olacaq”.

əl-Kafi, c.8, s.294

 

2. Möminlərin əmiri Əli (ə) buyurur: “Onlar yolun sağını və solunu tutdular. Əyri yollarla getdilər və hidayət yollarını itirdilər. İntizarında olduğunuz şeyin gəlməsi üçün tələsməyin. Sabah baş verəcək həmin işi isə uzaq saymayın. Çox tələsənlər tələsdiyi və arzusunda olduğu şeyin zamanı gəlib çatanda deyər, “Ey kaş o gəlməyəydi”. 

Nəhcül-bəlağə, xütbə 150

 

3. Saleh ibn Meysəm və Yəhya ibn Sabiq İmam Baqirdən belə nəql edirlər: “İti gedənlər həlak oldular, amma yaxınlaşdıranlar nicat tapdılar. Qala öz sütunları üzərində möhkəm dayandı. Şüphəsiz ki, qəm-qüssədən sonra qəribə açılış olacaq”. 

Ğeybəti-nümani, s.198

 

4. Muhəmməd ibn Müslüm belə rəvayət edir: “Bir gün İmam Sadiqin (ə) yanına getmişdim. Elə bu zaman Mehzəm də gəldi və dedi: “Qurbanın olum, intizarını çəkdiyimiz o gün nə zaman baş verəcək?” İmam (ə) buyurdu: “Ey Mehzəm! Zühurun vaxtını təyin edənlər yalan demişlər, tələsənlər həlak oldular, əmrimizə tabe olanlar nicat tapdılar və bizə tərəf yönəldilər”. 

əl-Ğeybə, s.426

 

5. Haris ibn Həmədani möminlərin əmiri Əlinin (ə) moizələrinin birində belə buyurduğu rəvayət edir: “Hökümət iddiasında olanlar həlak olduqda, əsrin sahibi gözlərdən gizli qaldıqda, şad və ümid dolu ürəklər qəmgin olub ümidsizliyə qapıldıqda, arzu edənlər həlak olar, məhvə məhkum olanlar tədricən aradan gedər, yerdə isə möminlər qalar. Onların sayı necədə azdır. Üç yüz və ya bundan artıq bir qrup təşkil edərlər. Bədr savaşında Peyğəmbərin (s) köməyinə gəlmiş həmin mələklər bu müharibədə onlara da yardım edərlər. Onlar nə öldürülər, nə də ölərlər”.

Ğeybəti-nümani, s.195; Biharul-ənvar, c.52, s.137

 

6. Təmim ibn Bəhlul belə rəvayət edir: “Abdullah ibn Huzeyldən soruşdum: “Kimin imamətini qəbul etməliyik, onun nişanələri nədir?” O dedi: “Onun əlamətləri bunlardır: pəhrizkarlıq, düzgünlük, çalışqanlıq, uzun səcdələrdə olmaq, gecələri ibadətlə məşğul olmaq, haramdan çəkinmək, səbrlə zühurun intizarını gözləmək və qonşulara xoş davranmaq”.

Kəmalud-din, s.336

 

7. Mehzəm belə rəvayət edir: “İmam Sadiqin (ə) yanında olarkən söhbət əsnasında filan sülalənin padşahlarından söz düşdü. İmam (ə) buyurdu: “Zühurun baş verməsinə tələsmək, insanların həlak olmasına gətirib çıxarır. Bəndə nə qədər tələssə də, Allah heç vaxt tələsməz. Bu işin bir həddi və sonu var. Həmin vaxt yetişəndə nə bir an tez, nə də bir an gec olmadan baş verəcək”.

əl-Kafi, c.1, s.369

 

8. Əbu Mürhif rəvayət edir: İmam Baqir (ə) buyurdu: “Toz-duman qaldıran şəxsin öz başına bulaşar. “İti gedənlər həlak oldular”. Mən soruşdum: “Canım sizə fəda olsun! Bəs iti gedənlər kimlərdir?” İmam (ə) buyurdu: “Tələsənlər. Bilin ki, zalım hakimlərin onlara qarşı çıxanlardan başqa heç kimlə işləri olmaz. Ey Əbu Mürhif! Ayıq olun, çünki onlar istədikləri vaxt sizə əzab-əziyyət verərlər. Ona görə də Allah onların başını özlərinə qatar ki, sizi yaddan çıxarsınlar. Ey Əbu Mürhif! Sən özünü Allaha həsr edən insanın işlərində fərəc olmayacağınımı düşünürsən? Allah and olsun ki, onların işlərində fərəc mütləq olacaq”.

əl-Kafi, c.8, s.273

 

9. Əhməd ibn Muhəmməd ibn Əbu Nəsr İmam Sadiqdən (ə) belə nəql edir: “Səbirlə zühurun intizarını gözləmək necə də gözəldir! Allah-təala bu barədə buyurur: “Və gözləyin ki, mən də mütləq sizinlə birgə gözləyirəm”. (Hud, 93) “Gözləyin ki, mən də mütləq sizinlə gözləyənlərdənəm”. (Əraf, 71) Elə isə səbirli olun, çünki zühur insanlar tam ümidsizliyə düçar olduqları zaman baş verəcək. Sizdən əvvəlkilər daha səbirli insanlar idilər”.

Kəmalud-din, s.645; Qurbul-isnad, s.380

 

10. İmam Əskərinin (ə) Əbülhəsən Əli ibn Hüseyn ibn Babəveyh Qumiyə yazdığı məktubda belə deyilir: “Allahın ipindən möhkəm yapışır və mərhəmətli Allahın adı ilə başlayıram. Sitayiş yalnız aləmlərin Rəbbinə məxsusdur. İşin sonunda yalnız təqva sahibləri sevinər. Cənnət möminlərin Cəhənnəm alovu isə kafirlərin yolunu gözləyər. Yalnız zülm edənlər əzaba düçar olarlar. Allahdan başqa heç bir məbud yoxdur. O ən yaxşı yaradandır. Salam olsun xəlq etdiyi ən yaxşı üstün bəndəsinə və onun pak sülaləsinə! Daim səbr et və zühurun intizarını gözlə. Peyğəmbər (s) buyurub ki, ən üstün əməl zühurun intizarında olmaqdır. Bizim ardıcıllarımız daim qəm-qüssə içində olarlar. Lakin Peyğəmbər (s) onu gəlişi ilə möminləri müjdələyib. Övladım zühur edəndən sonra zülmlə dolmuş yer üzündə ədaləti bərqərar edəcək. Ey Əbülhəsən! Səbir et və şiələrimizi də səbirli olmağa çağır, çünki Allah “Əraf” surəsinin 128-ci ayəsində buyurur: “Allahdan kömək diləyin və səbr edin. Şüphəsiz yer üzü Allaha məxsusdur və istədiyini onun varisi edir. Gözəl aqibət pəhrizkarlarındır”. Allahın salam, rəhmət və bərəkəti sənə və bütün şiələrə! Muhəmməd (s) və onun ailəsinə Allahın salamı olsun”.

əl-Mənaqib, c.4, s.425

 

11. Əbdürrəhman ibn Kəsir belə rəvayət edir: “İmam Sadiq (ə) “Allahın əmri gəlib çatdı, buna görə də, tələsməyin”. (Nəhl, 1) ayəsi barədə buyurdu: “Bu ayə bir növ bizim Qaimin (ə) zühuruna işarədir. Allah bu işdə tələsməməyə fərman verib. Habelə onun qiyamını üç qoşunun köməkliyilə həyata keçirər; mələklər, möminlər və qorxu. Onun zühuru Peyğəmbər (s) gəlişi kimdir. Ona görə də Allah Qurani Kərimdə buyurur: “Rəbbin səni evindən haqq və doğru olaraq çıxardı”.

Ənfal, 5; Ğeybəti-nümani, s.198

 

12. Xalid Aqulidən belə rəvayət edir: “İmam Sadiq (ə) buyurdu: Gözlərinizi nəyə dikmisiniz? Tələsməyinizin səbəbi nədir? Məgər əmin-amanlıqda deyilsinizmi? Maddi ehtiyaclarınıza görə çox rahatlıqla evlərinizdən çıxa bilirsiniz. Kimsə sizin canınıza və malınıza təcavüz edə bilməz. Lakin bir zamanlar əməllər əqidənizdə olanları tutub əl-ayaqlarını kəsər və onları xurma ağaclarından asardılar. Həmin şəxsi mişarla iki yerə bölərdilər. Bütün bu cəzalar vecinə olmadan onlar yenə də günah barədə düşünürdülər. İmam (ə) daha sonra bu ayəni oxumağa başladı: “Yoxsa siz sizdən əvvəl köçmüş kəslərin başlarına gələnlər hələ sizin başınıza gəlməmiş Cənnətə daxil olacağınızı güman edirsiniz?! Onlara maddi və cismani ziyanlar dəyərdi. Sarsıntı və narahatlıq keçirdilər. O yerə kimi ki, Allahın elçisi və onunla birgə olan möminlər Allahın köməyi və yardımı nə vaxt yetişəcək? Deyirdilər. Bilin! Allahın köməyi, həqiqətən, yaxındır”. 

Bəqərə,214; əl-Ğeybə, s.458

 

13. Əbu Mürhif belə rəvayət edir: “İmam Sadiq (ə) buyurdu: “İti gedənlər həlak oldular”. Mən soruşdum: “İti gedənlər kimlərdir?” İmam (ə) buyurdu: “Tələsənlər. Lakin yaxınlaşdıranlar nicat tapdılar. Qala öz sütunları üzərində möhkəm dayandı. Fitnə-fəsaddan uzaq durmaq üçün öz evlərinizdən çıxmayın. Toz-duman onu qaldıranın başına qonar. Sizi çətinliyə salıb əziyyət etmək istədikləri zaman Allah-təala onların özünü giriftar edər, amma özləri onlara baş qoşub giriftar olanlar bu hökmdən istisnadır”. 

Ğeybəti-nümani, s.196

 

14. Fəzl Kitab belə rəvayət edir: “İmam Sadiqin (ə) yanında idim. Elə bu vaxt Əbu Müslümdən məktub gəldi. İmam (ə) məktub gətirən şəxsə buyurdu: “Gətirdiyin məktubun cavabı yoxdur. Çıx get buradan!”

Biz öz aramızda gizlicə danışırdıq ki, imam Sadiq (ə) buyurdu: “Ey Fəzl, bir-birinizlə gizlicə nə danışırsınız? Bəndənin tələskənliyinə görə Allah heç vaxt tələsməz. Dağları yerindən tərpətmək vaxtı çatmamış höküməti yerindən tərpətməkdən asandır. Ey Fəzl! Süfyani qiyam etməyənə qədər yerinizdən tərpənməyin. O, qiyam edəndən sonra bizim əmrimizə ləbbeyk deyin (o bu sözü 3 dəfə təkrar etdi), çünki onun qiyamı dəqiq əlamətlərdəndir”. 

əl-Kafi, c.8, s.274

 

15. Səqr ibn Əbu Dulafə belə rəvayət edir: “İmam Cavadın (ə) belə buyurduğu eşitdim: “Məndən sonra oğlum Əli (ə) sizin imamınız olacaq. Onun fərmanı mənim fərmanım, onun sözü mənim sözüm, ona itaət mənə itaətdir. Ondan sonra gələn imam isə oğlu Həsən (ə) olacaq. Onun da fərmanı atasının fərmanı, sözü atasının sözü, ona itaət atasına itaətdir”. İmam (ə) bu sözü deyib dayandı. Mən soruşdum: “Ey peyğəmbər övladı! Bəs Həsəndən (ə) sonra imam kimdir?”

Mənim bu sözümdən sonra imam (ə) çox ağladı. Sonra buyurdu: “Həsəndən (ə) sonra intizarında olacağımız Qaim (ə) imamət sahibi olacaq”. Mən soruşdum: “Ey Peyğəmbər övladı! Bəs niyə onu Qaim adlandırırlar?” İmam (ə) buyurdu: “Ona görə ki, zaman gələr daha onun adını yad etməzlər. Hətta onun imamət və vilayətini qəbul edənlər də əqidələrindən dönərlər. Bax həmin vaxt artıq o, qiyam edəcək”. Mən soruşdum: “Bəs nəyə görə ona muntəzər deyilir?” İmam (ə) buyurdu: “Ona görə ki onun qeyb dövrü uzun çəkəcək. Muxlislər onun zühur edəcəyi günü gözləyər. Qəlbində şüphə toxumu olanlar onu inkar edər. Munkirlər bu sözü deyənləri ələ salar. Zühurun vaxtını təyin edənlər yalan deyər. Tələsənlər həlak olar. Əmrimizə tabe olanlar nicat tapar”.

Kəmalud-din, s.378; İlamul-vəra, c.2, s.243

 

16. Füzeyl ibn Yəsər belə rəvayət edir: “İmam Baqirə (ə) dedim: “Bu işin bir vaxtı varmı?” Buyurdu: “Vaxt bildirənlər yalan deyirlər. Musa (ə) Rəbbi ilə görüşmək üçün tayfasından ayrılıb yola düşdükdə, onlara otuz gün vaxt verdi. Allah bu otuz günə daha on gün əlavə etdikdə onun tayfası: “Musa (ə) bizə verdiyi sözü tutmadı” dedi. Buna görə də, etdiklərini etdilər (buzova ibadət etməyə başladılar). Biz sizə bir şeydən danışmışıqsa, bizim dediyimiz şəkildə yayıldısa, “Allah düz buyurdu” deyin. Yox əgər biz sizə bir şeydən danışdıqsa, buna qarşı olaraq zidd bir vəziyyət yaranarsa, yenə “Allah düz buyurdu” deyin. Bu zaman iki dəfə mükafatlanarsınız”.

Şeyx Kuleyni – Üsuli-kafi, c.2, hədis 938

 

17. İmam Hüseyn (ə) buyurur: «Bizim aramızda 12 nəfər hidayət edən şəxs var ki, onların birincisi Əli ibn Əbu Talib (ə), sonuncusu isə mənim nəslimdən olan doqquzuncu şəxsdir. Allah onun əli ilə ölmüş torpağı dirildəcək və müşriklərin xoşuna gəlməsə də, haqq dini bütün dinlərə qalib edəcək. O, qeybə çəkiləcək. Bu dövrdə bəzi insanlar dindən çıxacaq, bəziləri isə dinində qalacaq. Dinində qalan bu dəstə əziyyətlər görəcək və onlara belə deyiləcək: «Əgər doğru deyirsinizsə, söyləyin bu vədə nə vaxt gerçəkləşəcək?» Bu əziyyətlərə və qeyb dövründə İmamın (ə) inkar olunmasına səbr edən şəxs Rəsulallahla (s) çiyin-çiyinə vuruşan mücahid kimidir». 

Şeyx Tusi – Kəmalud-din, s.317

 

18. Əbülmürhəf belə rəvayət edir: “İmam Sadiq (ə) belə buyurdu: “Məhazir (sürətli atlar) həlak olarlar. Ərz etdim ki: Məhazir nədir? Buyurdu ki: Tələsənlərdir (yəni tələsib zühurun uzandığına görə, ümidsiz hala düşərək başqa batil dəstələrə qoşulanlar). Və zühur yaxındır deyənlər xilas olacaqlar (yəni səbr edib, zühurun intizarında olanlar və ümiddən düşməyənlər). Qalanın hasarları eynilə mismar kimi yerinə oturmuşdur. Əgər biri sizə ziyan vermək istəsə, Allah onu mütləq başqa bir şeylə məşğul edər (yəni başını qatar, hədəfindən yayındırar). Yalnız sizin onlara hücum etməməniz şərtilə”. 

Şeyx Nomani – Ğeybəti-Nomani, 5

 

18. Əbu Bəkr Hədrami belə rəvayət edir: “Xorasanda qara bayraqlar zühur etdiyində mən və Aban, İmam Sadiq əleyhissəlamın hüzuruna çıxdıq. (Bu mövzuda) Nə buyurursunuz? Deyə ərz edincə belə buyurdu: Evlərinizdə oturun. Və biz — Əhli-Beytdən (ə) birinin ətrafına cəm olunduğunu gördüyünüzdə silahınızla bizim üçün qiyam edin”.

Şeyx Nomani – Ğeybəti-Nomani, 6

 

19. Cabir deyir: İmam Baqir (ə) belə buyurdu: «Biz — Əhli-Beytin (ə) Qaimin zühuru eynilə Allah rəsulunun (ə) zühuru kimidir. Və Qaimin qiyamından əvvəl biz — Əhli-Beytdən (ə) ortaya çıxıb qiyam edən, eynilə yumurtadan vaxtsız çıxıb uşaqların oyuncağına çevrilən cücəyə bənzər (yeni batil hökümətlərin və güclərin oyuncaqlarına çevriləcəklər)”.

Şeyx Nomani – Ğeybəti-Nomani, 14

 

20. Cabir ibn Yəzid belə rəvayət edir: “İmam Baqir (ə) belə buyurdu: «Yerlər və göylər susduqca sizdə susun (yəni kimsəyə baş qaldırmayın.) sizin etməniz lazım olan gizli bir şey deyil. Bu xalqdan deyil də Allah əzzə və cəllədən gələn bir ayə deyilmi? Bu günəşdən daha işıqlı bir hadisə deyilmi? Həmişə təqvalı olan həm də facir olan bunu bilər. Siz səhər nədir bilirsinizmi? Doğrusu (zühur) səhər kimdir və onda heç gizlilik yoxdur”.

Şeyx Nomani – Ğeybəti-Nomani, 17

Post Views: 392
ShareTweetSendShare
  • Əhli-beyt
  • İmam Məhdi haqqında
  • Qurani kərimdə
  • Məhdəviyyət
  • Dualar
  • İmamət
  • İradlara cavab
  • Multimedia
  • Sual – Cavab
  • Sual göndər
No Result
Bütün nəticələri göstər
  • Əhli-beyt
    • Əhli-beyt məhfumu
    • Əhli-beyti tanımaq
    • Əhli-beytin elmi
    • Əhli-beytin məktəbi
    • Əhli-beytin haqları
    • Əhli-beyt əxlaqı
    • Əhli-beyti sevmək
    • Əhli-beytlə düşmənçilik
    • Əhlibeytə zülm etmək
    • Əhli-beytin tövsiyələri
  • İmam Məhdi haqqında
    • Həyatı
    • Səfirləri
    • Məktubları
    • Görüşləri
    • Kitablar
    • Alimlərin nəzərində
  • Qurani kərimdə
    • Əhli-sünnə təfsirlərində
    • Əhli-şiə təfsirlərində
  • Məhdəviyyət
    • Qeyb
    • Zühur
    • Axirzaman
    • Digər
  • Dualar
    • Dualar
    • Ziyarətnamələr
  • İmamət
  • İradlara cavab
  • Multimedia
    • Videolar
    • Fotolar
    • Səslər
  • Sual – Cavab
  • Sual göndər
    • Whatsapa göndər
    • Telegrama göndər

© 2023 İmam Zaman portalı