imamzaman.az
No Result
Bütün nəticələri göstər
  • Əhli-beyt
    • Əhli-beyt məhfumu
    • Əhli-beyti tanımaq
    • Əhli-beytin elmi
    • Əhli-beytin məktəbi
    • Əhli-beytin haqları
    • Əhli-beyt əxlaqı
    • Əhli-beyti sevmək
    • Əhli-beytlə düşmənçilik
    • Əhlibeytə zülm etmək
    • Əhli-beytin tövsiyələri
  • İmam Məhdi haqqında
    • Həyatı
    • Səfirləri
    • Məktubları
    • Görüşləri
    • Kitablar
    • Alimlərin nəzərində
  • Qurani kərimdə
    • Əhli-sünnə təfsirlərində
    • Əhli-şiə təfsirlərində
  • Məhdəviyyət
    • Qeyb
    • Zühur
    • Axirzaman
    • Digər
  • Dualar
    • Dualar
    • Ziyarətnamələr
  • İmamət
  • İradlara cavab
  • Multimedia
    • Videolar
    • Fotolar
    • Səslər
  • Sual – Cavab
  • Sual göndər
    • Whatsapa göndər
    • Telegrama göndər
  • Əhli-beyt
    • Əhli-beyt məhfumu
    • Əhli-beyti tanımaq
    • Əhli-beytin elmi
    • Əhli-beytin məktəbi
    • Əhli-beytin haqları
    • Əhli-beyt əxlaqı
    • Əhli-beyti sevmək
    • Əhli-beytlə düşmənçilik
    • Əhlibeytə zülm etmək
    • Əhli-beytin tövsiyələri
  • İmam Məhdi haqqında
    • Həyatı
    • Səfirləri
    • Məktubları
    • Görüşləri
    • Kitablar
    • Alimlərin nəzərində
  • Qurani kərimdə
    • Əhli-sünnə təfsirlərində
    • Əhli-şiə təfsirlərində
  • Məhdəviyyət
    • Qeyb
    • Zühur
    • Axirzaman
    • Digər
  • Dualar
    • Dualar
    • Ziyarətnamələr
  • İmamət
  • İradlara cavab
  • Multimedia
    • Videolar
    • Fotolar
    • Səslər
  • Sual – Cavab
  • Sual göndər
    • Whatsapa göndər
    • Telegrama göndər
No Result
Bütün nəticələri göstər
imamzaman.az

İmamı niyə tanımalıyıq?!

Mart 25, 2026
Oxuma vaxtı: 8 dəqiqəyə oxunur
A A
İmamı niyə tanımalıyıq?!

Mütəal Allah iman gətirib yaxşı əməllər edən bəndələrinə bununla müjdə verir. (Ya Peyğəmbər!) De: “Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumluq məhəbbətindən (əhli-beytə sevgidən) başqa bir şey istəmirəm.”

əş-Şura surəsi 23

İslam Peyğəmbəri (s) “Məvəddət” ayəsinə (“Şura”, 23) əsasən ömrünün son anlarınadək ümməti Əhli-beyti (ə) tanımağa və onlara itaətə çağırmışdır. Əhli-beyti tanımaq və onlara itaət Allahın kitabı və səhih rəvayətlərdə təsdiqini tapmış zərurətdir. Bu həqiqətə diqqət dünya və axirət səadəti üçün hazırlıqdır. Uyğun həqiqətə diqqətsizlik əbədi bədbəxtliklə, insanın zəhmətlərinin puça çıxması ilə nəticələnir.

İmam Sadiq (ə) Müəlla ibn Xünəysə buyurur: “Ey Müəlla! Əgər bir bəndə yüz il (Kəbədə) Allahın rükn və məqamı arasında bəndəlik etsə, gündüzlər oruc tutub, gecələr ibadətə məşğul olsa, vaxtını raz-niyazda keçirsə, qocalıqda qaşları gözlərinin üstünü örtənədək, boynunun sümükləri sinəsinə enənədək bu halda olsa, amma bizim haqqımızı və yerimizi bilməsə, heç vaxt onun üçün mükafat olmayacaq.”

“Səvabul-əmal və İqabul-əmal”, 455;

“Əl-məhasin”, 1-90, bab 16, hədis 40;

“Biharul-ənvar”, 27-177, bab 7, hədis 24

Quran ayələri və mötəbər rəvayətlərdə təsdiqini tapmış bu mərifət insanı Əhli-beytdən (ə) uzaqlaşdıran hicabları aradan qaldırır. Nəticədə o böyük insanların varlığının, üslubunun, maarifinin təsiri insanın həyat səhifəsində özünü göstərir.

Əgər insan Əhli-beytin (ə) varlıq aləmində mövqeyini, insanlıq məqamını anlayıb həyatın bütün sahələrində onların göstərişlərinə tabe olursa, belə bir tanışlıq həqiqi tanışlıqdır.

Əgər biz Əhli-beyti (ə) ayə və rəvayətlərin göstərdiyi ünvanın həqiqi nümunəsi kimi tanısaq və bilsək ki, onlar “əhluz-zikr”, “sarəllah”, “vəchullah”, “eynullah” kimi təbirlərin üstün təcəssümüdür, onlardan necə faydalanmağın və xoşbəxtliyimiz üçün necə bəhrələnməyin yolunu taparıq. Anlayarıq ki, onlardan savayı nicat gəmisi və həqiqi rəhbər yoxdur. Dünya və axirət çətinliklərində, vəsvəsələr hücum etdiyi vaxt yalnız onlara üz tutarıq. Beləcə, ağlımızı, ruhumuzu və qəlbimizi onların pak maarif şərbəti ilə sirab edərik. Quranda oxuyuruq: “Allahı sevirsinizsə mənə itaət edin ki, Allah da sizi sevsin..”

“Ali-İmran”, 31

Bizlərdə mərifət olarsa bütün vücudumuzla onlara itaət edərik ki, Allahın sevimlisi olaq, Allah da Əhli-beytin (ə) razılığı səbəbindən bizdən razı qalsın.

Əhli-beytlə (ə) tanışlıq Allah, Quran və varlıq aləmi ilə həqiqi tanışlıq səbəbidir. Belə bir mərifət həqiqətlərin dərki üçün nuraniyyətə səbəb olur. Bu yolla nəfs saflaşdırılır, batin aləmi bəzənir. Əhli-Beytə (ə) eşq sayəsində insan siratı keçir. Onların vilayət və imamətinin qəbulu əzabdan qurtuluş açarıdır.

Əziz İslam Peyğəmbəri (s) mühüm bir rəvayətdə (Şeyx Süleyman Qunduzi Hənəfidən nəql olunmuş mühüm bir sənəddə) buyurur: “Ali-Məhəmmədlə tanışılıq oddan qurtuluş, onlara məhəbbət siratdan keçid icazəsi, onların vilayəti əzabdan sığortalanmadır.”

“Yənabiul-məvəddət”, 1-78, bab 3, hədis 16;

“Fəraidus-səmtəyn”, 2-256, bab 49, hədis 525

Bəli, Əhli-beyti (ə) Quran və sünnə vasitəsi ilə tanısaq dünya və axirət səadətinə yol taparıq. Bu yolla əbədi bədbəxtlikdən qurtularıq.

Şeyx Süleyman Qunduzi və İbrahim ibn Məhəmməd Cəvini (hər ikisi tanınmış sünnə alimlərindəndir) Peyğəmbərin (s) dilindən həzrət Əli (ə) və digər imamlarla bağlı belə nəql edirlər: “Ya Əli! Mən elmin şəhəriyəm, sənsə onun qapısı. Şəhərə yalnız qapıdan daxil olurlar. Məni dost, səni düşmən sayan kəs yalan deyir. Çünki sən məndənsən, mən də səndən. Sənin ətin ətimdən, qanın qanımdan, ruhun ruhumdan, batinin batinimdən, aşkarın aşkarımdandır. Sən ümmətimin rəhbəri, məndən sonra onlar üzərində xəlifəmsən. Sənə tabe olan xoşbəxtliyə çatdı, sənə tabe olmayan bədbəxtliyə yuvarlandı. Səni dost bilən mənfəət əldə etdi, səni düşmən sayan ziyana düşdü. Sənə itaət edən nicat tapdı, səndən ayrılan həlak oldu. Sən və sənin nəslindən olan imamlar məndən sonra Nuhun gəmisi kimisiniz. Bu gəmiyə süvar olan nicat tapdı, ondan uzaqlaşan qərq oldu. Siz Əhli-beyt (ə) ulduzlar kimisiniz. Qiyamətədək bir ulduz batsa, başqa biri parlayır.” 

“Yənabiul-məvəddət”, 1-95, bab 4, hədis 6;

“Fəraidus-səmtəyn”, 2-423, hədis 517;

“Camiul-əxbar”, 14…

Həzrəti Haqq öz bəndələrinə əmr edir ki, Allahın ipinə sarılsınlar. Bundan ötrü Allahın ipini tanımaq lazımdır. Ayədə oxuyuruq: “Hamılıqla Allahın ipinə sarılın, pərakəndə düşüb dəstə-dəstə olmayın.”

“Ali-İmran”, 103

İmam Baqir (ə) “Allahın ipi” təbiri ilə bağlı buyurur: “Məhəmmədin (s) Əhli-beyti (ə) Allahın möhkəm ipidir. Allah bu ipdən möhkəm yapışmağı tapşırmışdır. Buyurmuşdur ki, hamılıqla Allahın ipinə sarılın, pərakəndə düşməyin, dəstə-dəstə olmayın.” 

“Təfsirul-Əyaşi”, 1-194, hədis 123;

“Təfsirus-Safi”, 1-365;

“Biharul-ənvar”, 65-233, bab 24

Bu hədislər tək o dövr üçün nəzərdə tutulmayıb. Günümüz üçün də keçərlidir. Əlbəttə ki, Allahın yer üzünü bir an belə olsun höccətsiz qoymayacağını bilirik biz. Bizim boynumuza vacib olan məsələlərdən biri də dövrümüzün höccətini tanımaqdır. Zəmanə imamına olan mərifətimizi artırmaqdır. 

Füzeyl İbn Yəsar deyir: “İmam Sadiqin (ə) hüzurunda idim. Həzrət (ə) söhbətə başladı və Peyğəmbərin (s) belə buyurduğunu dedi: “Hər kəs İmamı olmayan halda ölərsə, cahiliyyət dövünün insanı kimi dünyadan getmişdir. Mən: “Hər kəs imamsız ölərsə, ölümü cahil insanın ölümü kimidir?” – deyə soruşdum. İmam (ə) buyurdu: “Bəli”

Kafi, c.1, s.376.

Əhməd ibn İdris (Şeyx Kuleyninin hədis müəllimlərindən) Əbu Əli Əşəridən (Siqə və şiənin seçilən hədis ravilərindəndir), o da Muhəmməd ibn Əbdül Cəbbardan, o da Səffanbin Yəhyadan, o da Füzeyldən, o da Haris ibn Müğeyrədən belə nəql edir:

“İmam Sadiqdən (ə) soruşdum: “Peyğəmbər “hər kəs İmamı olmadan ölərsə, cahil və dinsiz kimi ölmüşdür” – buyurubmu?”

İmam cavab verdi: “Bəli”.

Mən imamdan: “Belə bir şəxsin ölümü cəhalət və nadanlıqda dünyadan getmiş şəxsin (cahili qasir, yəni məlumatsız və anlamaz birinin) ölümü kimidir? Yoxsa İmamını tanımayan cahil (cahili müqəssir) bir şəxsin ölümü kimidir?” – soruşduqda İmam (ə) belə cavab verdi: “Küfr, nifaq və azğınlıqda olan bir şəxsin ölümü kimi”

Kafi, c.1, səh.377

Səhihi Buxari cild 5, səh:13

Bu hədislər və İsra 71 ayəsi (O gün gəldiyində hər bir ümməti öz imaml ilə çağıracağıq.) zəmanə imamını tanımağın zəruriliyini ortaya qoyur.

Tanımağın dərəcə, mərtəbə və mərhələləri vardır. Onun ən aşağı və ilkin mərtəbəsi insanı cahiliyyət dövrünün ölümündən xilas edə bilər. O ən aşağı mərhələ imamın ad və soyunu bilməkdən ibarətdir. Bu kimlik və ya şəxsiyyət vəsiqəsi sayağı tanımaqdır.

Əsil adı Məhəmməd Peyğəmbərin (s) adı və künyəsi adı və künyəsi ilə eynidir. Künyəsi Əbul Qasimdir. Peyğəmbərimiz (s) buyurub ki, on ikinci imamın adı mənim adım ilə eynidir. O, Peyğəmbərimizin nəslindən on birinci imam Həsən ibn Əlinin (Əsgəri) oğludur.

On ikinci İmam (ə.f.) İslam aləmində əsasən Mehdi, Sahibəzzaman, Bəqiyyətullah, İmam Zaman, Vəliyyi-əsr, Əba Saleh və s. əlavə adları ilə tanınır. O həzrət İslam (hicri qəməri) tarixi ilə 255-ci il, şaban ayının 15-i, cümə günü, sübh vaxtı İraqın indiki Samirə (o vaxt Surrə mən rəa və ya Samirra) şəhərində anadan olmuşdur. Atası XI imam Həsən Əsgəri (ə), anası isə müsəlman qadınları arasında əzəmətlə yad edilən xanım Nərcis xatundur.

Bu məlumatlar İmam Mehdinin (ə.c) şəxsiyyətnaməsidir.

İkinci mərhələ budur ki, imamın vacibul – itaət (itaəti vacib, göstərişləri sözsüz əməl edilən) olmasını bilmək, təsdiq və qəbul etməkdir. Buna iman da gətirməlidir.

Nisa 59 ayəsində belə buyurulur:

Yə əyyuhəlləzinə amənu ətiullahə və atiur rasulə və ulil əmri minkum.

Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin!

İmamın (ə) vacibul – itaət olmasını bu ayə ilə təsdiq etməli, Onun (ə) Allahın yer üzərində höccəti olmasına etiqad da bəslənməlidir. Onun bütün dediklərini vacib sanmalıdır. Bu qədər tanımaq da ilkin mərhələlərə aiddir.

Bundan artığına gəldikdə isə, biz mütəmadi olaraq imama aid olan informasiya və bilgilərimizi artırmalıyıq ki, səhvə və yanlışlığa yol verməyək. Belə edəriksə, kimsə bir söz deyəndə, şübhə yaradanda, imamların əmirlərinə itaətin vacib olmadığını söyləyəndə şəkkə düşmərik. Deməli, imama mərifətin kəmiyyət və keyfiyyətini artırmalıyıq.

Mərifətin mənası budur ki, imamın məqam və mərtəbəsini bilək. Bilək ki, kimə tabeyik, onun varlıq aləmində çəkisi və rolu nədən ibarətdir.

Dərk etməliyik ki, o Allahla bizim aramızda vasitədir, Allah istədiyini imamın qəlbinə qoyur. Bu mərifətimiz nə qədər artarsa iman və vurğunluğumuz da bir o qədər artar.

Mərifəti artırmağın bir neçə yolu vardır.

İmam Hüseyn (ə) buyurur:

“Dərs və elmi bəhs mərifət doğurur”.

Elə bu səbəbdən birinci yol daha çox biliyə sahib olmaq üçün Əhli-beyt (ə), İmamət haqqında olan kitablardan bəhrələnməkdir.

İkinci isə dövrümüzün təkid olunan dualarından olan mərifət duasıdı çox oxumaqdır.

Allah Təalanın bizlərə verdiyi ən böyük nemətlərdən biri də bəndələrə onunla danışmaq, münacat və dua etmək imkanı verməsidir. Dua mühüm ibadətlərdən biridir. Bu lütfdən hər gün yararlanmaq bizim dünya və axirətimiz üçün çox mühümdür.

Allah bizləri həqiqi bəndəçilik edənlərdən, həqiqi mərifət sahibi olanlardan qərar versin inşəallah.

 

www.imamzaman.az

 

 

Post Views: 86
ShareTweetSendShare
  • Əhli-beyt
  • İmam Məhdi haqqında
  • Qurani kərimdə
  • Məhdəviyyət
  • Dualar
  • İmamət
  • İradlara cavab
  • Multimedia
  • Sual – Cavab
  • Sual göndər
No Result
Bütün nəticələri göstər
  • Əhli-beyt
    • Əhli-beyt məhfumu
    • Əhli-beyti tanımaq
    • Əhli-beytin elmi
    • Əhli-beytin məktəbi
    • Əhli-beytin haqları
    • Əhli-beyt əxlaqı
    • Əhli-beyti sevmək
    • Əhli-beytlə düşmənçilik
    • Əhlibeytə zülm etmək
    • Əhli-beytin tövsiyələri
  • İmam Məhdi haqqında
    • Həyatı
    • Səfirləri
    • Məktubları
    • Görüşləri
    • Kitablar
    • Alimlərin nəzərində
  • Qurani kərimdə
    • Əhli-sünnə təfsirlərində
    • Əhli-şiə təfsirlərində
  • Məhdəviyyət
    • Qeyb
    • Zühur
    • Axirzaman
    • Digər
  • Dualar
    • Dualar
    • Ziyarətnamələr
  • İmamət
  • İradlara cavab
  • Multimedia
    • Videolar
    • Fotolar
    • Səslər
  • Sual – Cavab
  • Sual göndər
    • Whatsapa göndər
    • Telegrama göndər

© 2023 İmam Zaman portalı