imamzaman.az
No Result
Bütün nəticələri göstər
  • Əhli-beyt
    • Əhli-beyt məhfumu
    • Əhli-beyti tanımaq
    • Əhli-beytin elmi
    • Əhli-beytin məktəbi
    • Əhli-beytin haqları
    • Əhli-beyt əxlaqı
    • Əhli-beyti sevmək
    • Əhli-beytlə düşmənçilik
    • Əhlibeytə zülm etmək
    • Əhli-beytin tövsiyələri
  • İmam Məhdi haqqında
    • Həyatı
    • Səfirləri
    • Məktubları
    • Görüşləri
    • Kitablar
    • Alimlərin nəzərində
  • Qurani kərimdə
    • Əhli-sünnə təfsirlərində
    • Əhli-şiə təfsirlərində
  • Məhdəviyyət
    • Qeyb
    • Zühur
    • Axirzaman
    • Digər
  • Dualar
    • Dualar
    • Ziyarətnamələr
  • İmamət
  • İradlara cavab
  • Multimedia
    • Videolar
    • Fotolar
    • Səslər
  • Sual – Cavab
  • Sual göndər
    • Whatsapa göndər
    • Telegrama göndər
  • Əhli-beyt
    • Əhli-beyt məhfumu
    • Əhli-beyti tanımaq
    • Əhli-beytin elmi
    • Əhli-beytin məktəbi
    • Əhli-beytin haqları
    • Əhli-beyt əxlaqı
    • Əhli-beyti sevmək
    • Əhli-beytlə düşmənçilik
    • Əhlibeytə zülm etmək
    • Əhli-beytin tövsiyələri
  • İmam Məhdi haqqında
    • Həyatı
    • Səfirləri
    • Məktubları
    • Görüşləri
    • Kitablar
    • Alimlərin nəzərində
  • Qurani kərimdə
    • Əhli-sünnə təfsirlərində
    • Əhli-şiə təfsirlərində
  • Məhdəviyyət
    • Qeyb
    • Zühur
    • Axirzaman
    • Digər
  • Dualar
    • Dualar
    • Ziyarətnamələr
  • İmamət
  • İradlara cavab
  • Multimedia
    • Videolar
    • Fotolar
    • Səslər
  • Sual – Cavab
  • Sual göndər
    • Whatsapa göndər
    • Telegrama göndər
No Result
Bütün nəticələri göstər
imamzaman.az

İmam Zamandan (ə.c) 40 hədis

Noyabr 4, 2023
Oxuma vaxtı: 11 dəqiqəyə oxunur
A A
İmam Zamandan (ə.c) 40 hədis

 

أقدار الله عز وجل لا تغالب، وإرادته لا ترد، وتوفيقه لا يسبق.

1. Doğurdan da Allahın müqəddəratı məğlubiyyətə uğramaz. Allahın iradəsi labüddür. Heç bir şey Allahın müvəffəqiyyətindən önə keçə bilməz.

Əllamə Məclisi (r.ə); Biharul-Ənvar; cild 53; səh.191

 

إن الله تعالى لم يخلق الخلق عبثا ولا أهملهم سدى.

2. Allah-təala məxluqatı hikmətsiz yaratmamışdır və onları hədəfsiz və öz başlarına buraxmamışdır.

Əllamə Məclisi (r.ə); Biharul-Ənvar; cild 53; səh.194

 

بعث محمدا صلى الله عليه وآله رحمة للعالمين، وتمم به نعمته، وختم به أنبياءه، وأرسله إلى الناس كافة

3. Allah Muhəmmədi (s) bir rəhmət kimi bütün insanlara peyğəmbər göndərmişdir. O, öz nemətini peyğəmbərin vəsiləsi ilə kamala çatdırmış və peyğəmbərliyi Həzrəti Məhəmmədin (s) vəsiləsi ilə sona çatdırmışdır. Allah Həzrəti-Məhəmmədi (s) bütün insanlara rəhbər göndərmişdir.

Əllamə Məclisi (r.ə); Biharul-Ənvar; cild 53; səh.194

 

فإنه عز وجل يقول ” ألم أحسب الناس أن يتركوا أن يقولوا آمنا وهم لا يفتنون “، كيف يتساقطون في الفتنة، ويترددون في الحيرة، ويأخذون يمينا وشمالا، فارقوا دينهم، وأم ارتابوا، أم عاندوا الحق، أم جهلوا ما جاءت به الروايات الصادقة والأخبار الصحيحة، أو علموا ذلك فتناسوا ما يعلمون إن الأرض لا تخلو من حجة إما ظاهرا وإما مغمورا.

4. Allah Quranda buyurmuşdur: İnsanlar yalnız: “İman gətirdik” – demələri ilə onlardan əl çəkiləcəklərini və imtahan olunmayacaqlarını güman edirlərmi?

İnsanlar necə də imtahan olunaraq heyrətə dalıb, yollarını itirmişlər və sağa-sola gedirlər! Həqiqətən bu insanlar öz dinlərindən ayrılmış yoxsa şübhəyə düşmüşlər və ya haqqa qarşı inadmı edirlər yoxsa doğru rəvayətlərin və düzgün hədislərin bəyan etdiyi şeydən, yəni, yer üzünün ya zahir, ya da gizli olan bir höccətdən boş qalmayacağından xəbərləri yoxdur? Yoxsa xəbərləri var, lakin özlərini bilməməzliyə vurmuşlar?

Şeyx Səduq (r.ə); Kəmalud-Din; cild 2; səh.539 

 

أما سمعتم الله عز وجل يقول: ” يا أيها الذين آمنوا أطيعوا الله وأطيعوا الرسول وأولي الأمر منكم ” هل أمر إلا بما هو كائن إلى يوم القيامة، أو لم تروا أن الله عز وجل جعل لكم معاقل تأوون إليها وأعلاما تهتدون بها من لدن آدم عليه السلام إلى أن ظهر الماضي (أبو محمد) صلوات الله عليه، كلما غاب علم بدا علم، وإذا أفل نجم طلع نجم، فلما قبضه الله إليه ظننتم أن الله عز وجل قد قطع السبب بينه وبين خلقه كلا ما كان ذلك ولا يكون حتى تقوم الساعة ويظهر أمر الله عز وجل وهم كارهون.

 

5. Siz Allahın sözlərini eşitməmişsimizmi ki; “Ey iman gətirənlər, Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar sahiblərinə itaət edin.” buyurur? Bu əmr qiyamət gününə qədər davam edən bir əmr deyilmi? Görmədinizmi Allah Həzrəti-Adəmdən (ə) sonuncu İmamadək (ə.c) sığınmağınız üçün pənahkarlar və hidayətiniz üçün əlamətlər qərar vermişdir?!

Belə ki, bir nişan aradan gedəndə digəri zahir olmuş, bir ulduz batanda ayrısı çıxmışdır. Sonuncu imamı (iman Həsən Əskərini) Allah taala özünə tərəf çağırdıqda, Allahın bəndələri ilə özünün arasındakı əlaqəni kəsdiyini sandınız. Lakin belə deyil, kafirlər narahat olsalar da, qiyamət gününə və Allahın əmri aşkar olana kimi əlaqə davam edəcəkdir.

Şeyx Səduq (r.ə); Kəmalud-Din; cild 2; səh.515

 

وإن الماضي عليه السلام مضى سعيدا فقيدا على منهاج آبائه عليهم السلام حذو النعل بالنعل وفينا وصيته وعلمه، ومن هو خلفه، ومن يسد مسده، ولا ينازعنا موضعه إلا ظالم آثم، ولا يدعيه دوننا إلا جاحد كافر، ولولا أن أمر الله لا يغلب، وسره لا يظهر ولا يعلن، لظهر لكم من حقنا ما تبهر (3) منه عقولكم، ويزيل شكوككم، لكنه ما شاء الله كان، ولكل أجل كتاب. فاتقوا الله، وسلموا لنا

6. Keçmiş İmam (İmam Həsən Əskəri(ə)) ömrünü səadətlə başa vurmuş və dünyadan getmişdir. Onun yaşayışı atalarının yaşayışı kimi olmuşdur, (heç bir təfavut olmadan) onun vəsiyyəti və elmi, canişini və bütün proqramları tamamilə bizim varlığımızdır. Onun canişini haqqında bizimlə mübarizə aparan və müxalifətçilik edən zülümkar, kafir alar bilər.

 Allahın fərmanının sarsılmazlığı və sirlərin aşkar olacağı labüd olmasaydı, öz haqqımı sizlərə elə göstərərdim ki, bu halda ağıllarınız heyrətə düşər və şübhələriniz aradan gedərdi. Lakin Allahın istədiyi olmalıdır. Hər şey üçün müəyyən zaman təyin olunmuşdur. Belədirsə, Allahdan qorxun və bizə təslim olun.

Əllamə Məclisi (r.ə); Biharul-Ənvar; cild 53; səh.179

 

وأما الحوادث الواقعة فارجعوا فيها إلى رواة حديثنا فإنهم حجتي عليكم وأنا حجة الله عليهم.

7. Baş verən hadisələr barədə bizim hədislərimizi söyləyən (təqlid mərcələrinə) müraciət edin, çünki onlar sizin üçün mənim höccətimdir və mən onlar üçün Allahın höccətiyəm.

Şeyx Səduq (r.ə); Kəmalud-Din; cild 2; səh.512

 

اللهم …وَتَفَضَّلْ عَلى عُلَمائِنا بِالزُّهْدِ وَالنَّصيحَةِ، وَعَلَى الْمُتَعَلِّمينَ بِالْجُهْدِ وَالرَّغْبَةِ، وَعَلَى الْمُسْتَمِعينَ بِالاِتِّباعِ وَالْمَوْعِظَةِ، وَعَلى مَرْضَى الْمُسْلِمينَ بِالشِّفاءِ وَالرّاحَةِ، وَعَلى مَوْتاهُمْ بِالرَّأفَةِ وَالرَّحْمَةِ، وَعَلى مَشايِخِنا بِالْوَقارِ وَالسَّكينَةِ، وَعَلَى الشَّبابِ بِالاِنابَةِ وَالتَّوْبَةِ، وَعَلَى النِّساءِ بِالْحَياءِ وَالْعِفَّةِ، وَعَلَى الاَغْنِياءِ بِالتَّواضُعِ وَالسَّعَةِ، وَعَلَى الْفُقَراءِ بِالصَّبْرِ وَالْقَناعَةِ

8. İlahi, alimlərimizə dünyaya vurğun olmamağı və xeyirxahlığa dəvəti, elm oxuyanlara ciddi çalışmağı və rəğbəti, bizi dinləyənlərə bizə itaət etməyi və nəsihət qəbul etməyi, müsəlmanların xəstələrinə şəfa və rahatlıq, ölülərimizə rəhmət və mehribanlıq, böyüklərimizə arxayınlıq və vüqar, gənclərimizə qayıdış yolu və tövbə, qadınlarımıza iffət və həya, varlılarımıza əliaçıqlıq və təvazö, yoxsullarımıza isə səbr və qənaət mərhəmət et!

Şeyx Kəfəmi (r.ə); əl-Misbah; səh.281

 

قلوبنا أوعية لمشية الله، فإذا شاء شئنا

9. Bizim qəlbimiz Allahın iradəsinin qabıdır, Allahın istədiyini biz də istəyirik.

Əllamə Məclisi (r.ə); Biharul-Ənvar; cild 52; səh.51

 

فاعلم أنه ليس بين الله عز وجل وبين أحد قرابة

10. Bil ki, Allah ilə heç kimin arasında qohumluq yoxdur.

Şeyx Səduq (r.ə); Kəmalud-Din; cild 2; səh.512

 

وليعلموا أن الحق معنا وفينا، لا يقول ذلك سوانا إلا كذاب مفتر، ولا يدعيه غيرنا إلا ضال غوي

11. Bilməlidirlər ki, imamlıq bizim haqqımız və bizim aramızdadır. Bunu başqasına aid bilən şəxs iftiraçı, yalançıdır və bizdən başqa imamlıq iddiasında olan azğındır.

Şeyx Səduq (r.ə); Kəmalud-Din; cild 2; səh.539

 

اِلـهي بِحَقِّ مَنْ ناجاكَ وَبِحَقِّ مَنْ دَعاكَ فِي الْبَرِّ وَالْبَحْرِ صَلِّ عَلى مُحَمَّد وَآلِهِ تٌفَضَّلْ عَلى فُقَراءِ الْمُؤْمِنينَ وَالْمُؤْمِناتِ باِلْغَناءِ وَالثَّرْوَةِ، وَعَلى مَرْضَى الْمُؤْمِنينَ والْمُؤْمِناتِ بِالشِّفاءِ وَالصِّحَةِ، وَعَلى اَحْياءِ الْمُؤْمِنينَ وَالْمُؤْمِناتِ بِاللُّطْفِ وَالْكَرَمِ وَعَلى اَمْواتِ الْمُؤْمِنينَ وَالْمُؤْمِناتِ بِالْمَغْفِرَةِ وَالرَّحْمَةِ، وَعَلى غُرَباءِ الْمُؤْمِنينَ وَالْمُؤْمِناتِ بِالرَّدِ اِلى اَوْطانِهِمْ سالِمينَ غانِمينَ بِمُحَمَّد وَآلِهِ اَجْمَعينَ.

12. İlahi, Səninlə raz-niyaz edib, quruda və ya dənizdə Səni xatırlayan şəxsin haqqına, Muhəmməd (s) və onun Əhli-beytinə (ə) salam göndər. Yoxsul möminlərə (kişi və qadınlara) ehtiyacsızlıq və bol ruzi ver. Mömin xəstələrə şəfa və sağlamlıq inayət et. Möminlərin dirilərinə lütf və kəramət, ölülərinə isə rəhmət və bağışlanmaq əta et. Qəriblərə öz vətənlərinə əli dolu və sağlam qayıtmağı mərhəmət et. Həzrəti Muhəmməd (s) və Əhli-beytinin (ə) mərhəməti xatirinə! 

Şeyx Kəfəmi (r.ə); əl-Misbah; səh.306

 

وكذب الوقاتون

13. İmam Zamanın (ə.c) zühurunun vaxtını təyin edənlər yalançılardır. 

Şeyx Səduq (r.ə); Kəmalud-Din; cild 2; səh.512

 

وأما وجه الانتفاع بي في غيبتي فكالانتفاع بالشمس إذا غيبها عن الأبصار السحاب

14. Qeybət dövründə məndən faydalanmaq göy üzünü buludlar alan zaman günəşdən faydalanmaq kimidir.

Əllamə Məclisi (r.ə); Biharul-Ənvar; cild 53; səh.181

 

إلهي عَظُمَ البَلاءُ وَبَرِحَ الخَفاءُ وَانكَشَفَ الغِطاءُ وَانقَطَعَ الرَّجاءُ وَضاقَتِ الأرضُ وَمُنِعَتِ السَّماء وَأنتَ المُستَعانُ وَإلَيكَ المُشتَكَى وَعَلَيكَ المُعَوَّلُ في الشِّدَّةِ وَالرَّخاءِ

15. İlahi, bəlalar böyüyüb, işlərin üzü açılıb, işlərin üstündən pərdələr götürülüb, ümidlər qırılıb, yer darısqallaşıb, rəhmət yağışı kəsilib. Yalnız Sən kömək edənsən, şikayət Sənin dərgahınadır və hər asanlıqda və çətinlikdə etimadımız sənədir.

Əs-Səhifətul-Məhdiyyə (ə); səh.69

 

وإني لأمان لأهل الأرض

16. … Doğrudan da mən yer üzündə əmin-amanlıq vəsiləsiyəm.

Əllamə Məclisi (r.ə); Biharul-Ənvar; cild 53; səh.181

 

أبى الله عز وجل للحق إلا إتماما وللباطل إلا زهوقا

17. Allah kamil və hərtərəfli olmayan haqqı qəbul etməz. Və batilin yalnız tamamilə məhv olmasını istər.

Əllamə Məclisi (r.ə); Biharul-Ənvar; cild 53; səh.193

 

وأكثروا الدعاء بتعجيل الفرج، فإن ذلك فرجكم

18. İmam Zamanın (ə) tezliklə zühur etməyini öz dualarınızda Allahdan diləyin, çünki həmin dualar sizin qurtuluşunuz və nicatınızdır.

Şeyx Səduq (r.ə); Kəmalud-Din; cild 2; səh.513

 

أنا خاتم الأوصياء وبي يدفع الله البلاء عن أهلي وشيعتي.

19. Mən Peyğəmbər (s) canişinlərinin sonuncusuyam. Allah mənə xatir mənim şiələrimi və əhlimi bəlalardan qoruyar.

Əllamə Məclisi (r.ə); Biharul-Ənvar; cild 52; səh.30

 

وأما علة ما وقع من الغيبة فإن الله عز وجل يقول: ” يا أيها الذين آمنوا لا تسئلوا عن أشياء إن تبد لكم تسؤكم

20. Qeybət hadisəsinin səbəbini Allah belə buyurmuşdur: “Ey iman gətirənlər, o şeylərdən ki, aşkar olsa acığınız gələcək, soruşmayın.”

Şeyx Səduq (r.ə); Kəmalud-Din; cild 2; səh.513

 

اللَّهُمَّ إِنْ أَطَعْتُكَ فَالْمَحْمَدَةُ لَكَ وَ إِنْ عَصَيْتُكَ فَالْحُجَّةُ لَكَ مِنْكَ الرَّوْحُ وَ مِنْكَ الْفَرَجُ سُبْحَانَ مَنْ أَنْعَمَ وَ شَكَرَ سُبْحَانَ مَنْ قَدَرَ وَ غَفَرَ اللَّهُمَّ إِنْ كُنْتُ قَدْ عَصَيْتُكَ فَإِنِّي قَدْ أَطَعْتُكَ فِي أَحَبِّ الْأَشْيَاءِ إِلَيْكَ وَ هُوَ الْإِيمَانُ بِكَ لَمْ أَتَّخِذْ لَكَ وَلَداً وَ لَمْ أَدْعُ لَكَ شَرِيكاً مَنّاً مِنْكَ بِهِ عَلَيَّ لَا مَنّاً مِنِّي بِهِ عَلَيْكَ

21. İlahi, əgər Sənə itaət etsəm, həmd sənə görədir, əgər mə’siyət və günah etsəm, höccət Sənindir. Nicat ve rahatlıq Səndəndir, pak və təmizdir nemət verib şükürləri qəbul edən Allah; o Allah ki, qüdrətli və bağışlayandır. İlahi, əgər günah etmişəmsə (bağışla, çünki,) Sənin ən çox sevdiyin şeydə, yəni, Sənə iman gətirməkdə, Sənə itaət etmişəm. Sənə övlad nisbəti verməmişəm və Sənin üçün şərik qoşmamışam. Bunların hamısı Sənin mənə minnət qoymağınladı, nəinki mənim sənə.

Seyyid ibn Tavus (r.ə); Muhəcud-Dəvat; səh.295

 

ومن أكل من أموالنا شيئا فإنما يأكل في بطنه نارا وسيصلى سعيرا

22. Hər kim haqsızlıqla malımızdan (xüms kimi) bir şey yesə, od yemiş kimidir və tezliklə cəhənnəm oduna atılacaqdır.

Şeyx Səduq (r.ə); Kəmalud-Din; cild 2; səh.549

 

فليعمل كل امرء منكم بما يقرب به من بمحبتنا، ويتجنب ما يدنيه من كراهتنا وسخطنا

23. Hər biriniz bizim məhəbbətimizi sizlərə yaxın edən işləri görün və bizi qəzəbləndirən və sevmədiyimiz əməlləri etməkdən çəkinin.

Şeyx Təbərsi (r.ə); əl-İhticac; cild 2; səh.323

 

فاغلقوا أبواب السؤال عما لا يعنيكم

24. Sizə xeyri olmayan sualların qapılarını bağlayın (zərərli şeylərdən soruşmayın).

Əllamə Məclisi (r.ə); Biharul-Ənvar; cild 52; səh.92

 

أنا المهدي أنا قائم الزمان أنا الذي أملاها عدلا كما ملئت ظلما و جورا إن الأرض لا تخلو من حجة

25. Mən Məhdiyəm, mən zamanın imamıyam, yer üzünü zülmlə dolduğu kimi ədalətlə dolduran mənəm. Yer üzü əsla höccətsiz qalmaz.

Əllamə Məclisi (r.ə); Biharul-Ənvar; cild 52; səh.2

 

واجعلوا قصدكم إلينا بالمودة على السنة الواضحة

26. Öz niyyət və qəsdinizi bizimlə aşkar və aydın sünnə və rəvayətlərə əsasən dost olmağa yönəldin.

Əllamə Məclisi (r.ə); Biharul-Ənvar; cild 53; səh.179

 

اَللّـهُمَّ ارْزُقْنا تَوْفيقَ الطّاعَةِ، وَبُعْدَ الْمَعْصِيَةِ، وَصِدْقَ النِّيَّةِ، وَعِرْفانَ الْحُرْمَةِ، وَاَكْرِمْنا بِالْهُدى وَالاِسْتِقامَةِ، وَسَدِّدْ اَلْسِنَتَنا بِالصَّوابِ وَالْحِكْمَةِ، وَامْـلاَْ قُلُوبَنا بِالْعِلْمِ وَالْمَعْرِفَةِ، وَطَهِّرْ بُطُونَنا مِنَ الْحَرامِ وَالشُّبْهَةِ، وَاكْفُفْ اَيْدِيَنا عَنِ الظُّلْمِ وَالسَّرِقَةِ، وَاغْضُضْ اَبْصارَنا عَنِ الْفُجُورِ وَالْخِيانَةِ، وَاسْدُدْ اَسْماعَنا عَنِ اللَّغْوِ وَالْغِيبَةِ

27. İlahi, itaət etmək müvəffəqiyyətini, mə’siyət və günahlardan uzaqlığı, sidq niyyəti, haramı tanımağı bizim üçün əta et və bizə doğru yolu tapmaq və onda sabit qalmaqla kəramət bağışla, dillərimizi doğruluq və hikmətlə möhkəmləndir, qəlblərimizi elm və mərifətlə doldur, qarnımızı haram və şübhəli yeməklərdən təmizlə, əllərimizi zülm və oğurluqdan qoru, qulaqlarımızı boş sözə və qeybətə qulaq asmaqdan saxla.

Şeyx Kəfəmi (r.ə); əl-Misbah; səh.281

 

فقد وقعت الغيبة التامة فلا ظهور إلا بعد إذن الله عز وجل

28. Doğrudan da tamamilə gizli qalmaq zamanı çatdı. Zühur yalnız Allahın iznindən sonradır.

Şeyx Səduq (r.ə); Kəmalud-Din; cild 2; səh.544

 

وإذا أذن الله لنا في القول ظهر الحق، واضمحل الباطل

29. …Və Allah bizə fərəc icazəsi verəndə haqq zahir olacaq, batil isə məhv olacaqdır.

Əllamə Məclisi (r.ə); Biharul-Ənvar; cild 53; səh.196

 

أنا بقية الله في أرضه، والمنتقم من أعدائه

30. Mən Allahın yer üzündə saxladığıyam (bəqiyyətullaham) və Onun düşmənlərindən intiqam alanam.

Əllamə Məclisi (r.ə); Biharul-Ənvar; cild 52; səh.24

 

وإني أخرج حين أخرج ولا بيعة لأحد من الطواغيت في عنقي.

31. Mən zühur edəcəyim zaman tağutlardsn heç birinin boynumda bey’əti olmayacaq. (Yəni, zahirdə də belə onları qəbul etməyəcəyəm, sakit durmayıb bütün zalımlarla mübarizə aparacağam).

Əllamə Məclisi (r.ə); Biharul-Ənvar; cild 53; səh.181

 

إنا غير مهملين لمراعاتكم، ولا ناسين لذكركم

32. Biz həmişə sizin yaşayışınıza göz qoyur və sizi unutmuruq

Əllamə Məclisi (r.ə); Biharul-Ənvar; cild 53; səh.175

 

بسم الله الرحمن الرحيم لعنة الله والملائكة والناس أجمعين على من أكل من مالنا درهما حراما

33. İlahi, Məhəmməd (s) və onun Əhli-beytinə (s) salavat göndər. Öz dostlarına vəd etdiyini həyata keçirməklə onları əzizlə və Səndən arzuladıqları zəfəri görməyi onlara qismət et. Dostlarını, Sənə qarşı çıxanların, Sənin gücünlə Sənə qarşı müxalifətçilik edənlərin, Sənin verdiyin qüdrətlə sənin qanunlarını təsirsiz etmək istəyənlərin və Sənin verdiyin əllə Sənə kələk vurmağı düşünənlərin şərrindən qoru. Günah üstə onları aşkarda yaxalamaq, güclü və qürurlu olduğu halda kökünü kəsmək üçün Sən onlarla helm və səbrlə davranırsan. Çünki Sən (Quranda) buyurmusan və Sənin dediklərin isə haqdır:

“Nəhayət, yer öz bərbəzəyinə bürünüb rövnəqləndiyi və onun sakinləri ona (onun məhsulunu yığmağa) qadir olduqlarını güman etdikləri zaman gecə yaxud gündüz əmrimiz yerə yetişər. Biz onu, elə bir biçilmiş sahəyə döndərərik ki, sanki dünən heç bol məhsulu olmamışdı. Biz ayələri düşünən adamlar üçün beləcə izah edirik. 

Yunus surəsi 24

Həmçinin Quranda buyurmusan: “Bizi qəzəbləndirən bir zamanda onlardan qisas alacağıq”. (Zuxruf surəsi, ayə 55)

Şeyx Səduq (r.ə); Kəmalud-Din; cild 2; səh.550

 

بسم الله الرحمن الرحيم لعنة الله والملائكة والناس أجمعين على من أكل من مالنا درهما حراما

34. Hər kim bizə aid olan maldan bir haram olan dirhəm belə yesə, Allahın, mələklərin və bütün insanların lənəti ona olsun.

Şeyx Səduq (r.ə); Kəmalud-Din; cild 2; səh.550

 

وأما أموالكم فلا نقبلها إلا لتطهروا

35. Biz sizin mallarınızı yalnız sizin pak olmağınız üçün qəbul edərik.

Şeyx Səduq (r.ə); Kəmalud-Din; cild 2; səh.512

 

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ يَا مَالِكَ الرِّقَابِ وَ يَا هَازِمَ الْأَحْزَابِ يَا مُفَتِّحَ الْأَبْوَابِ يَا مُسَبِّبَ الْأَسْبَابِ سَبِّبْ لَنَا سَبَباً لَا نَسْتَطِيعُ لَهُ طَلَباً بِحَقِّ لَا إِلَهَ إِلَّا اللَّهُ مُحَمَّدٌ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَ عَلَى آلِهِ أَجْمَعِينَ‌

36. Bağışlayan və mehriban Allahın adı ilə. Ey bütün yaranmışlara tam hakim olan Allah, ey düşmən qruplarını və dəstələrini dağıdan Allah, ey rəhmət qapılarını açan və ey səbəb və vəsilələr yaradan Allah, bizə qüdrətimiz çatmayan səbəb və vəsiləsini hazır et. Səni and veririk “lə ilahə illəllah və Muhəmmədən Rəsulullah” haqqına! Allah Peyğəmbərə (s) onun Əhli-beytinə (ə) rəhmətini nazil etsin.

Seyyid ibn Tavus (r.ə); Muhəcud-Dəvat; səh.45

 

يا نور النور، يا مدبر الأمور، يا باعث من في القبور، صل على محمد وآل محمد واجعل لي ولشيعتي من كل ضيق فرجا، ومن كل هم مخرجا، وأوسع لنا المنهج، وأطلق لنا من عندك، وافعل بنا ما أنت أهله يا كريم.

37. Ey nurların nuru! Ey hərşeyi tədbir edən, ey insanları qəbirlərdən çıxaran, Məhəmməd (s) və Ali-Muhəmmədə (ə) salavat göndər və məni və mənim şiələrimi çətinlikdən asanlığa çıxar, qəmdən qurtar və (Sənin lütflərinə çatan) yolu bizlərə genişlət, üzümüzə fərəc qapılarını aç və bizimlə Sənə layiq olacaq şəkildə davran, ey Kərim, ey mehriban və ey mərhəmətlilərin ən mərhəmətlisi!

Əllamə Məclisi (r.ə); Biharul-Ənvar; cild 91; səh.187

 

فإنا يحيط علمنا بأنبائكم، ولا يعزب عنا شئ من أخباركم

38. Biz, sizin yaşayışınızı bütün hadisə və xəbərlərini bilirik və sizlərdə olan heç bir şey bizdən gizli deyildir.

Əllamə Məclisi (r.ə); Biharul-Ənvar; cild 53; səh.175

 

وأما ظهور الفرج فإنه إلى الله تعالى ذكره

39. Zühur və fərəcin gerçəkləşməsinə gəldikdə isə, Allahın iradə və icazəsindən asılıdır.

Şeyx Səduq (r.ə); Kəmalud-Din; cild 2; səh.512

 

فما أرغم أنف الشيطان بشئ مثل الصلاة، فصلها وارغم أنف الشيطان.

40. Namaz kimi heç bir şey şeytanın burnunu yerə sürtməz, belə isə, namaz qılın və şeytanın burnunu yerə sürtün.

Əllamə Məclisi (r.ə); Biharul-Ənvar; cild 53; səh.182

* * *

İlahi, ürəklərimizi on dörd məsumun vəhy mənbəyi olan bu könül oxşayan sözlərinin tarlası et. Bu sözlərdən istifadə etmək üçün bizə müvəffəqiyyət ver, Amin.

 

¡Sayta dair materiallar istifadə edildikdə istinad zəruridir!

Post Views: 648
ShareTweetSendShare
  • Əhli-beyt
  • İmam Məhdi haqqında
  • Qurani kərimdə
  • Məhdəviyyət
  • Dualar
  • İmamət
  • İradlara cavab
  • Multimedia
  • Sual – Cavab
  • Sual göndər
No Result
Bütün nəticələri göstər
  • Əhli-beyt
    • Əhli-beyt məhfumu
    • Əhli-beyti tanımaq
    • Əhli-beytin elmi
    • Əhli-beytin məktəbi
    • Əhli-beytin haqları
    • Əhli-beyt əxlaqı
    • Əhli-beyti sevmək
    • Əhli-beytlə düşmənçilik
    • Əhlibeytə zülm etmək
    • Əhli-beytin tövsiyələri
  • İmam Məhdi haqqında
    • Həyatı
    • Səfirləri
    • Məktubları
    • Görüşləri
    • Kitablar
    • Alimlərin nəzərində
  • Qurani kərimdə
    • Əhli-sünnə təfsirlərində
    • Əhli-şiə təfsirlərində
  • Məhdəviyyət
    • Qeyb
    • Zühur
    • Axirzaman
    • Digər
  • Dualar
    • Dualar
    • Ziyarətnamələr
  • İmamət
  • İradlara cavab
  • Multimedia
    • Videolar
    • Fotolar
    • Səslər
  • Sual – Cavab
  • Sual göndər
    • Whatsapa göndər
    • Telegrama göndər

© 2023 İmam Zaman portalı