imamzaman.az
No Result
Bütün nəticələri göstər
  • Əhli-beyt
    • Əhli-beyt məhfumu
    • Əhli-beyti tanımaq
    • Əhli-beytin elmi
    • Əhli-beytin məktəbi
    • Əhli-beytin haqları
    • Əhli-beyt əxlaqı
    • Əhli-beyti sevmək
    • Əhli-beytlə düşmənçilik
    • Əhlibeytə zülm etmək
    • Əhli-beytin tövsiyələri
  • İmam Məhdi haqqında
    • Həyatı
    • Səfirləri
    • Məktubları
    • Görüşləri
    • Kitablar
    • Alimlərin nəzərində
  • Qurani kərimdə
    • Əhli-sünnə təfsirlərində
    • Əhli-şiə təfsirlərində
  • Məhdəviyyət
    • Qeyb
    • Zühur
    • Axirzaman
    • Digər
  • Dualar
    • Dualar
    • Ziyarətnamələr
  • İmamət
  • İradlara cavab
  • Multimedia
    • Videolar
    • Fotolar
    • Səslər
  • Sual – Cavab
  • Sual göndər
    • Whatsapa göndər
    • Telegrama göndər
  • Əhli-beyt
    • Əhli-beyt məhfumu
    • Əhli-beyti tanımaq
    • Əhli-beytin elmi
    • Əhli-beytin məktəbi
    • Əhli-beytin haqları
    • Əhli-beyt əxlaqı
    • Əhli-beyti sevmək
    • Əhli-beytlə düşmənçilik
    • Əhlibeytə zülm etmək
    • Əhli-beytin tövsiyələri
  • İmam Məhdi haqqında
    • Həyatı
    • Səfirləri
    • Məktubları
    • Görüşləri
    • Kitablar
    • Alimlərin nəzərində
  • Qurani kərimdə
    • Əhli-sünnə təfsirlərində
    • Əhli-şiə təfsirlərində
  • Məhdəviyyət
    • Qeyb
    • Zühur
    • Axirzaman
    • Digər
  • Dualar
    • Dualar
    • Ziyarətnamələr
  • İmamət
  • İradlara cavab
  • Multimedia
    • Videolar
    • Fotolar
    • Səslər
  • Sual – Cavab
  • Sual göndər
    • Whatsapa göndər
    • Telegrama göndər
No Result
Bütün nəticələri göstər
imamzaman.az

İmam Zaman (ə) əziyyət çəkməyimizə razı olmamışdı…

Oktyabr 29, 2023
Oxuma vaxtı: 7 dəqiqəyə oxunur
A A
İmam Zaman (ə) əziyyət çəkməyimizə razı olmamışdı…

Seyyid Həsən Əbtəci deyir: 1353-cü hicri şəmsi ilində Mədinəyə getmişdim. Gecə yarısı, küçələr tamamilə xəlvət olduğu vaxt dolanıb bir-bir onları nəzərdən keçirirdim. Babus-səlam tərəfdəki binalar uçurulmuş və hələ indiki kölgəliklər tikilməmişdi. Peyğəmbər məscidinin divarları ilə üzbəüz prospektə qədər yeni Qəmamə məscidi tikilmişdi. Gecənin axırı, olduğundan ziyarətgahın qapıları hələ açılmadığı üçün yoldaşımla birlikdə Peyğəmbərin məscidinin kənarında oturmuşduğ. Hər bir qapı həzrət İmam Zaman (ə) xatırladırdı. Hər ikimiz oturub o həzrətə olan eşq və diqqətimizi izhar edirdik. Yoldaşım birdən mənə dedi: Sizə bir sualım var. Dedim: Buyur soruş. Dedi: Ola bilərmi ki, fədası olduğum İmam Zaman (ə)-ın Mədinədə mənzili olmasın? Dedim: Niyə də ola bilməsin, lazım deyil onun hər şəhərdə evi olsun. Xüsusilə də ona görə ki, dostlarının evi elə onun özünə məxsusdur. Yoldaşım dedi: Yox, mən belə fikirləşmirəm o həzrətin Mədinədə evi vardır. Dedim: O ev hardadır? Dedi: Əgər onun evinin yerini bilseydim, indi burada oturmazdım. (Mən bildirdim ki, o həzrətin aşiqlərində belə bir hal baş verdikdə, azacığ diqqət yetirməklə xeyli faydalanmaq olar. Bunun üçün də dedim:) Mən belə əqidədə olsaydım, yəni fədası olduğum İmam Zaman (ə)-ın Mədinədə evi olduğunu hesab etsəydim, onun evini tapan qədər şəhərdəki bütün evlərin qapısını döyər və ev sahibinin adını soruşardım. Sonra sözlərimə əlavə edərək dedim: Əgər bu iş tam ciddiyyətlə və düzgün yerinə yetirirlərsə beş, altı günə bütün evlərə baş çəkmək olar. Axı, Mədinə nə boyda şəhərdir ki, bu müddət ərzində bu işi görmək olmasın. İşin özü isə o qədər müqəddəs və əhəmiyyətlidir ki, ona görə belə bir zəhmətə qatlaşmağa, xəcalət çəkməyə, hətta kimlərinsə söyüş və təhqirlərinə dözməyə belə dəyər. Amma mən belə bir əqidədəyəm ki, İmam Zaman (ə)-ın qeyrət və dostlarına olan lütf və məhəbbəti onların bu qədər zəhmətə qatlaşmalarına və kimlərinsə yanından xəcalətli olmalarına yol verməz. Deməli, əgər o istəsə, öz evini iki-üç qapını döyməkdən daha tez sizə göstərər. Lakin bu əqidədə olmadığım üçün, yəni, İmam Zaman (ə)-ın müqəddəs Mədinədə evi olmadığını hesab etmədiyim üçün bu işi görmədim. Xülasə, mən bu barədə onunla o qədər danışdım ki, gecə yarısı yatağından qalxdı. Məndə onunla birlikdə qalxdım. O heyrət içində qalıb haradan başlayacağını bilmirdi. Mən isə hər an fədası olduğum İmam Zaman (ə)-ın bizə bir lütf edəcəyini gözləyirdim. Birdən, camaat yuxuda olduğu zaman ətrafa qəribə sükut çökdü. Qəmamə məscidi ilə üzbəüz küçədə bir səs eşitdik, sanki kimsə bizi fars dilində çağırırdı. “Bu tərəfə, bu tərəfə” Biz səs gələn tərəfə baxdığ, amma uzağda olduğundan onun kim olduğunu və nə paltar geyindiyini müəyyən edə bilmədik. Deyəsən doğurdanda o bizi çağırırdı. İlk mərhələdə mən elə fikirləşdim ki, o bizi İmam Zaman (ə)-ın evinə tərəf çağırır. Gözlərim doldu və durmadan onun tərəfə hərəkət etməyə başladığ. Amma nədənsə, buna heç inanmağım gəlmirdi və öz özümə dedim: Yəqin ki, bu bizi yoldaşları ilə səf salan hansısa iranlı ziyarətçidir. O, bizi yoldaşlarına oxşadıb elə güman etmişdir ki, biz yolumuzu itirmişik. Həmin şəxs yenədə bizi səsləyir və o tərəfə istiqamətləndirirdi. Amma birdən özü aradakı küçələrdən birinə girib gözdən itdi və biz bir daha onu görmədik. Nəhayət, on dəqiqədən sonra həmin yerə çatdığ, lakin yenədə orada üç yol ayrıcında qalıb nə edəcəyimizi və hansı tərəfdən getməli olduğumuzu bilmirdik. Amma bu çaşğınlığ çox çəkmədi, birdən güclü motosiklet səsi küçənin sükutunu pozdu və Qəmamə məscidinin qarşısındakı küçənin sonundan bir motosikletçi görünməyə başladı. Bizə çatdığda sürətini azaltdı, bir qədər qarşımızda dayanıb otelin arxasındakı prospektdən ayrılan o biri küçəyə işarə edib fars dilində dedi “bu tərəfdən”, “bu tərəfdən” Bunu deyib sürətlə bizdən uzaqlaşdı. Belə olduğda mən bu istiqamətləndirilmələrin təbii olmadığını ehtimal verməyə başladım. Çünki, əgər birinci şəxs təsadüfi olarağ çağırmış olsaydı da, ikinci şəxssin motosikletçinin bizə yol göstərməsi heç də adi deyildi. Çünki, iranlılar Mədinədə motosiklet sürmürdülər. Bəli, bu iş heç də adi iş deyildi. Xüsusilə də ona görə ki, motosiklet bizi gərçək qarşımızda dayanıb kim olduğumuzu yaxından gördü. Bunun üçün də o bizi yoldaşları ilə səf sala bilməzdi. Beləcə, göz yaşı axıdarağ “Ya Sahibəz-Zəman!” Deyə-deyə bizə göstərilən küçəyə tərəfə hərəkət etməyə başladığ. On addım irəlləməmişdik ki, birdə gördük ki, təqribən on nəfər cavan, ərəb paltarında olan alicənab bir şəxsin ətrafına toplaşıb onun dediklərinə qulaq asırlar. Hiss olunurdu ki, onlar evdən təzə çıxıb harasa getmək istəyirdilər. Onlar yavaş-yavaş bizə tərəf gəlirdilər. Bizə çatdığda həmin alicənab şəxs bizə baxıb dedi: “Salamun Əleykum!” Biz də salamına cavab verdik. Lakin bu salamlaşma və bu baxış o qədər qeyri adi oldu ki, bizi tamamilə heyran fikirləşdim ki, görəsən onlar haradan küçəyə çıxmışlar. Başımın arxasına nəzər saldığda baxıb gördüm ki, evlərdən birində işıq yanır. Və bununla da məlum oldu ki, onlar hansı evdən çıxmışlar. Evin qapısı taxtadan idi, qapının üzərində isə şüşə əvəzinə biri-birindən üç barmağ aralı dəmir millər var idi. Ev olduğca köhnə və bəzək-düzəksiz idi. Qapının arxasında yanan çırağın altında isə bir şəxs dayanmışdı və çox güman ki, o evin xidmətçisi idi. Evin yuxarısına isə kiçik bir lövhə vurulmuşdu, onun üzərinə saçan işıq lövhəni bütünlüklə, ətrafı isə qismən işıqlandırırdı. Lövhənin üzərində qızılı xətlə yazılmışdı:

“Mənzilul-Məhdiyyil-qaus” birinci sətirdə “mənzil” ikinci sətirdə isə “Məhdiyyil-qaus” sözü yazılmışdı:

Evi gördükdə yəqin bildik ki, məksədmizə çox asanlığla çatdığ və həzrət Məhdi (ə)-ın nurani evini heç bir zəhmət çəkmədən belə bir tez zamanda tapa bildik. Bu barədə daha çox şey bilmək istədiyim üçün qapıdan həyətə daxil olub çırağın altında dayanan şəxsdən ərəb dilində soruşdum:

Ev sahibi evdədirmi? Həmin şəxs təbəssümlə və böyük mehribanlığ göstərərək dedi: Elə indicə getdi. Bildik ki, evin sahibi qarşımıza çıxan, cavanlarla birgə gələn həmin alicənab şəxs idi. Adı Məhdi, ləqəbi isə “Əl-Qaus”. Amma doğurdanmı o İmam Zaman (ə) idi? Doğurdanmı, mənim o həzrəti görməyə ləyaqətim çatırdı? Ümumiyyətlə, “Əl-Qaus”un mənası nədir? Əl-Qaus yəni, çarəsizlərin yeganə pənahı. Ah-nalə və göz yaşları isə bizə imkan vermirdi. Bir azdan xidmətçi evin işıqını söndürdü. Deyəsən, ev sahibini yola salıb özü yatmağ istəyirdi. Amma fikir məni elə götürmüşdü ki, az qala böyük bir qabı göz yaşlarımla dolduracağdım. Öz-özümə dedim: Görəsən, mənim kimi bir insanın o həzrəti görməyə ləyaqəti çatırmı? Lakin motosikletçinin bizimlə fars dilində danışıb yol göstərməsi, əhli sünnənin özlərinə Məhdi adını qoymamaları, hətta Mədinə şiələrinin təqiyyə üzündən çox az bu addan istifadə etmələri məni buna layiq olduğuma ümüdvar edirdi. Beləcə, bir saata yaxın həmin qapının arxasında oturduğ, sonra durub qaldığımız yerə getdik. Həmin gecənin səhəri ziyarət karvanı Məkkəyə yola düşdü. Və mən bu səfərdə ikinci dəfə də həmin qapıya gedə bilmədim. Lakin sonralar Mədinəyə etdiyim ziyarət səfərlərində həmin məhəlləyə getdim. Orada biri-birinə oxşar bir neçə ev var idi, amma onların heç birinin üzərində həmin lövhə yox idi. Əgər diqqət yetirsəniz, görəcəksiniz ki, İmam Zaman (ə) bizim hətta bir qapını belə döyüb ev sahibinin qarşısında xəcalət çəkməyimizə razı olmamışdı. Atam anam fəda olsun, o mehriban şəxsə!

 

¡Sayta dair materiallar istifadə edildikdə istinad zəruridir!

Post Views: 360
ShareTweetSendShare
  • Əhli-beyt
  • İmam Məhdi haqqında
  • Qurani kərimdə
  • Məhdəviyyət
  • Dualar
  • İmamət
  • İradlara cavab
  • Multimedia
  • Sual – Cavab
  • Sual göndər
No Result
Bütün nəticələri göstər
  • Əhli-beyt
    • Əhli-beyt məhfumu
    • Əhli-beyti tanımaq
    • Əhli-beytin elmi
    • Əhli-beytin məktəbi
    • Əhli-beytin haqları
    • Əhli-beyt əxlaqı
    • Əhli-beyti sevmək
    • Əhli-beytlə düşmənçilik
    • Əhlibeytə zülm etmək
    • Əhli-beytin tövsiyələri
  • İmam Məhdi haqqında
    • Həyatı
    • Səfirləri
    • Məktubları
    • Görüşləri
    • Kitablar
    • Alimlərin nəzərində
  • Qurani kərimdə
    • Əhli-sünnə təfsirlərində
    • Əhli-şiə təfsirlərində
  • Məhdəviyyət
    • Qeyb
    • Zühur
    • Axirzaman
    • Digər
  • Dualar
    • Dualar
    • Ziyarətnamələr
  • İmamət
  • İradlara cavab
  • Multimedia
    • Videolar
    • Fotolar
    • Səslər
  • Sual – Cavab
  • Sual göndər
    • Whatsapa göndər
    • Telegrama göndər

© 2023 İmam Zaman portalı