Qeyb dövründə İmam Mehdinin (ə) təkvini bərəkəti
1. Muhəmməd ibn Müslim İmam Baqirdən (ə) belə nəql edir: “Yer üzü imamsız qalmayacaq. İstər aşkar olsun, istər gizli”.
İləluş-Şərayə, s.197; əl-Kafi, c.1, s.382
2. Əbu Həmzə Sumali İmam Baqirin (ə) belə nəql edir: “Allah yerləri və göyləri yaratdığı gündən Qiyamət gününə kimi dünya ədalətli imamdan boş qalmayacaq. O, Allahın yer üzündəki höccətidir”.
əl-İmamə vət-təbsirə, s.157; Dəlailul-İmamət, s.433
3. Muhəmməd ibn Füzeyl belə rəvayət edir: “İmam Rzadan (ə) soruşdum: “Heç yer üzü imamsız qalacaq?” İmam (ə) buyurdu: “Xeyr”. Mən dedim: “Bizə belə nəql olunub ki, bu yalnız o vaxt ola bilər ki, Allah yer üzünün əhlinə qəzəblənmiş olsun”. İmam (ə) buyurdu: “Xeyr, yer üzü imamsız qalmayacaq, çünki belə olarsa yer üzü dağılar”.
əl-Kafi, c.1, s. 179
4. İbn Əbu Yəfur İmam Sadiqdən (ə) belə nəql edir: “Yer üzü bir gün belə Əhli-Beytdən olan, ümmətin pənah gətirəcəyi imam olmadan qalmayacaq”.
Kəmalud-din, s. 230
5. Əbu Həmzə Sumali İmam Sadiqdən belə nəql edir: “Haqqı batildən ayırd etmək üçün bizdən biri olmasa, yer üzü var ola bilməz”.
əl-Məhasin, c.1, s. 366
6. Abdullah ibn Əbu Yəfur İmam Sadiqin (ə) belə buyurduğunu rəvayət edir: “Əli ibn Əbu Talib (ə) bu ümmətin alimi idi və elm irsi olaraq keçir. Bizdən heç kim övladlarından hansının onun elmini irs apardığı görmədən ölməyəcək. Yer üzü ümmətin ona pənah gətirəcəyi imam olmadan ayaqda durmaz”.
Bəsariud-Dərəcat, s 511; Biharul-Ənvar, c.23, s.53
7. Hüseyn ibn Əbüləla İmam Sadiqdən (ə) soruşdu: “Yer üzü imamsız qala bilər?” İmam (ə) buyurdu: “Xeyr”
əl-Kafi, c.1, s.178
8. Haris ibn Müğeyrə İmam Sadiqdən (ə) belə nəql edir: “Adəmlə (ə) yer üzünə enən elm yuxarı qayıtmadı. Bizdən heç bir alim elmini özündən sonrakı imam üçün miras qoymadan dünyadan köçməz. Yer üzü alimsiz qalmaz”.
Kəmalud-din, s.224
9. Hüseyn ibn Ziyad İmam Sadiqdən (ə) belə nəql edir: “İnsanlar İmam olmadan islah olmaz. Həmçinin yer üzüdə onla nizamlanar”.
İləluş-Şərayə, s.196; Kəmalud-din, s.203
10. Hişam ibn Salim İmam Sadiqdən (ə) belə nəql edir: “Allah-təala buyurub: “Kim mənim mömin bəndəmə əziyyət verərsə, Mənə qarşı müharibə elan edib. Kim mənim mömin bəndəmə ehtiram edərsə, Mənim qəzəbimdən amanda qalar. Əgər şərqdən qərbə kimi bütün yer üzündə mömin bir kişi və adil bir rəhbərdən savayı kimsə olmasaydı, Mən o ikisinə görə yer üzündəki bütün yaratdıqlarımdan ehtiyacsız olardım. Yeddi asiman və yer üzü o ikisinin bərəkətinə görə ayaqdadır. O ikisinin imanını bir-biri üçün ünsiyyət vasitəsi qərar verdim ki, başqası ilə ünsiyyətdə olmağa ehtiyacları qalmasın”.
əl-Kafi, c.2, s.350
11. Əbu Hərasə İmam Baqirdən (ə) belə nəql edilir: “Əgər imamın vücudu yer üzündən bir anlıq götürülərsə, dəniz dalğaları dənizdəkiləri titrətdiyi kimi, yer də öz əhlini lərzəyə salar”.
əl-Kafi, c.1, s.179; Kəmalud-din, s.202
12. Səfyan ibn Yəhyadan İmam Kazimdən (ə) belə nəql edir: “And olsun Allaha ki, Adəm (ə) dünyadan köçəndən sonra, Allah-təala yer üzünü insanların onun vasitəsilə Allaha tərəf hidayət olunacağı və bəndələr üzərində Allahın höccəti olan imamlardan boş qoymayıb. Kim ondan ayrılarsa yolunu azar, kim onunla birgə addımlayarsa nicat tapar və bu Allaha fərzdir (yəni Allah imamın arxasınca gedən şəxsə nicat verəcəyini Özünə vacib edib).”
Kəmalud-din, s.220; əl-Məhasin, c.1, s.175
13. Muhəmməd ibn Füzeyl belə rəvayət edir: “İmam Rzadan (ə) soruşdum: “Ola bilərmi ki, yer üzərində həyat olsun, amma orada imam olmasın?” İmam (ə) buyurdu: “Xeyr! Belə olsa, yer öz əhlini udar”.
Kəşful-ğummə, c.3, s.83; Uyunul-Əxbar, c.1, s.272
14. Əhməd ibn Ömər Həllal İmam Rzadan (ə) “yer üzünün höccətsiz qalması heç cür mümkün deyil?” Sualına aldığı cavabı nəql edir: “Allaha pənah! Yer üzü bir an belə höccətsiz qalmayacaq. Əgər belə olsa dağılar”.
Kəmalud-din, s.202
15. Əmr ibn Sabit öz atasından, oda İmam Baqirdən (ə) belə nəql edir: “Əgər yer üzü bir gün belə, Əhli-Beytdən olan bir imam olmadan qalarsa yer öz əhlini udar, Allah onları ən şiddətli əzaba düçar edər. Allah bizi yer üzərində Özünün höccəti və yer əhlinin əmin-amanlıq vasitəsi qərar verib. Nə qədər ki, biz onların arasında olacağıq, yer öz əhlini udmasından amanda qalacaqlar. Allah nə zaman yer əhlini həlak etmək istəsə, heç bir möhlət vermədən bizi onların arasından Özünə tərəf aparar və həmin vaxt istədiyini edər”.
Dəlailul-İmamət, s.436; Kəmalud-din, s.204
16. Süleyman ibn Cəfər Cəfəri belə rəvayət edir: “İmam Rzadan (ə) soruşdum: “Heç yer üzü höccətsiz qalacaqmı?” İmam (ə) buyurdu: “Əgər yer üzü bir göz qırpımı qədər höccətsiz qalsa, öz əhlini udar”.
Bəsairud-Dərəcat, s.479; İləluş-Şərayə, s.198
17. Yəzid Kənasi İmam Baqirin (ə) belə buyurduğunu rəvayət edir: “Ey Əbu Xalid! Allah-təala Adəmi (ə) yaratdıqdan və yer üzərində məskunlaşdırdıqdan sonra yer üzü bir gün də olsun höccətsiz qalmayıb”.
Kəmalud-din, s.233
18. Müfəzzəl ibn Ömər İmam Sadiqdən (ə) belə nəql edir: “Bir hədisi başa düşmək on hədisi rəvayət etməkdən daha yaxşıdır. Hər bir haqqın bir həqiqəti və hər bir doğrununda bir nuru var. Allaha and olsun, biz öz şiələrimizdən onunla üstüörtülü danışdıqda, işarə və kinayədən anlayandan savayı heç kimi fəqih hesab etmirik. Möminlərin əmiri Əli (ə) Kufə məscidində buyurub: “Bundan sonra kor, qaranlıq və qara fitnələr baş qaldıracaq. Yuxuda olandan savayı kimsə ondan xilas olmayacaq”. Soruşdular ki, yuxuda olan kimdir?” İmam (ə) buyurdu: “O kəsdir ki, camaatı tanıyır, ama camaat onu tanımır. Bilin ki, yer üzü Allahın höccəti olmadan qalmayacaq. Lakin Allah özlərinə qarşı zülm etdikləri və bu zülmdə həddi aşdıqları üçün elə edib ki onu görmürlər. Əgər yer üzü bir an belə höccətsiz qalarsa öz əhlini udar. Əlbəttə höccət insanları tanıyır, ancaq insanlar onu tanımır. Necə ki Yusuf (ə) insanları tanıyırdı, amma onlar onu tanımırdılar”.
Sonra İmam (ə) “Vay olsun bəndələrə! Elə bir elçi olmalıdı ki, onu məsxərəyə qoymasınlar.”Yasin, 30 ayəsini oxudu”.
Ğeybəti-Nümani, s.141
19. Zürarə ibn Əyan İmam Sadiqin (ə) İmam Hüseynin (ə) barəsində danışarkən belə buyurduğunu rəvayət edir: “Əgər yer üzərində Allahın höccətləri olmasaydı, yer öz içindəkiləri silkələyib üzə çıxarar və öz üzərindəkiləri udardı. Yer üzü bir an belə höccətsiz qalmayacaq”.
Kəmalud-din, s.202; Biharul-Ənvar, c.23, s.34
20. Əbu Həmzə Sumali belə rəvayət edir: “İmam Sadiqdən (ə), “Heç yer üzü İmamsız qalar bilərmi?” – deyə, soruşdum, belə buyurdu: Əgər yer üzü imamsız qalsa dağılar”.
Ğeybəti-Nümani, s.138; Kəmalud-din, s.202
21. Abdullah ibn Hüseyn öz atasından, o da İmam Həsəndən (ə) belə nəql edir: “Bir gün Allah Rəsulu söhbət edirdi. Həmd-sənadan sonra buyurdu: ” Ey insanlar! Elə bil Allaha tərəf çağırılmışam və tezliklə bu dəvəti qəbul edəcəyəm. Mən sizin aranızda iki dəyərli əmanət qoyub gedirəm. Bunlardan biri Allahın kitabı Quran, digəri isə Əhli-Beytimdir. Bu ikisinə möhkəm sarıldığınız müddətdə yolunuzu azmayacaqsınız. Onlardan öyrənin, nəinki onlara öyrədin. Ona görə ki, onlar sizdən daha elmlidirlər. Yer üzü onlardan boş qalmayacaq, çünki boş qalarsa öz əhlini udar”.
Kifayətul-Əsər, s.162; Biharul-Ənvar, c.36, s.338
22. Müfəzzəl ibn Ömər İmam Sadiqdən (ə) belə nəql edir: “Əlinin (ə) gətirdiyini qəbul edirəm, onun qadağan etdiyindən əl çəkirəm. O, Muhəmməd (s) fəzilətə sahibdir. Əlbəttə, Muhəmməd (s) Allahın yaratdıqlarının ən üstünüdür. Onun hökmlərinin birinə tabe olan, Allah və onun Rəsulunun (s) hökmlərinə tabe olmuş kimidir. Kiçik və ya böyük işdə Əlini (ə) qəbul etməyən isə Allaha şirk həddindədir. Möminlərin əmiri Əli (ə) Allahın qapısıdır. Ona çatmaq üçün yalnız oradan keçmək lazımdır. Əli, Allahın yoludur və bu yoldan başqa bir yolla gedən kəs həlak olar. Bu, hidayət imamları üçün də bir-birindən sonra eynilə belədir. Allah onları yer üzünün sütunları qərar verib ki, yer Öz əhlini tərpətməsin. Onlar yerin altında və üstündə olanlar üçün Allahın haqqını çatdıran höccətlərdir”.
əl-Kafi, c.1, s.196
© www.imamzaman.az
¡ Sayta dair materiallar istifadə edildikdə istinad zəruridir.
