imamzaman.az
No Result
Bütün nəticələri göstər
  • Əhli-beyt
    • Əhli-beyt məhfumu
    • Əhli-beyti tanımaq
    • Əhli-beytin elmi
    • Əhli-beytin məktəbi
    • Əhli-beytin haqları
    • Əhli-beyt əxlaqı
    • Əhli-beyti sevmək
    • Əhli-beytlə düşmənçilik
    • Əhlibeytə zülm etmək
    • Əhli-beytin tövsiyələri
  • İmam Məhdi haqqında
    • Həyatı
    • Səfirləri
    • Məktubları
    • Görüşləri
    • Kitablar
    • Alimlərin nəzərində
  • Qurani kərimdə
    • Əhli-sünnə təfsirlərində
    • Əhli-şiə təfsirlərində
  • Məhdəviyyət
    • Qeyb
    • Zühur
    • Axirzaman
    • Digər
  • Dualar
    • Dualar
    • Ziyarətnamələr
  • İmamət
  • İradlara cavab
  • Multimedia
    • Videolar
    • Fotolar
    • Səslər
  • Sual – Cavab
  • Sual göndər
    • Whatsapa göndər
    • Telegrama göndər
  • Əhli-beyt
    • Əhli-beyt məhfumu
    • Əhli-beyti tanımaq
    • Əhli-beytin elmi
    • Əhli-beytin məktəbi
    • Əhli-beytin haqları
    • Əhli-beyt əxlaqı
    • Əhli-beyti sevmək
    • Əhli-beytlə düşmənçilik
    • Əhlibeytə zülm etmək
    • Əhli-beytin tövsiyələri
  • İmam Məhdi haqqında
    • Həyatı
    • Səfirləri
    • Məktubları
    • Görüşləri
    • Kitablar
    • Alimlərin nəzərində
  • Qurani kərimdə
    • Əhli-sünnə təfsirlərində
    • Əhli-şiə təfsirlərində
  • Məhdəviyyət
    • Qeyb
    • Zühur
    • Axirzaman
    • Digər
  • Dualar
    • Dualar
    • Ziyarətnamələr
  • İmamət
  • İradlara cavab
  • Multimedia
    • Videolar
    • Fotolar
    • Səslər
  • Sual – Cavab
  • Sual göndər
    • Whatsapa göndər
    • Telegrama göndər
No Result
Bütün nəticələri göstər
imamzaman.az

Həzrəti Məhdinin (ə.f.) qeybinin mənası

Oktyabr 4, 2023
Oxuma vaxtı: 10 dəqiqəyə oxunur
A A
Həzrəti Məhdinin (ə.f.) qeybinin mənası

Müfəzzəl ibn Ömər Əbu Abdullahdan (ə) belə nəql edir: “Başa düşdüyün bir hədis rəvayət etdiyin (lakin başa düşmədiyin) on hədisdən yaxşıdır. Hər bir haqqın bir həqiqəti, hər bir doğrunun bir nuru vardır. Allaha and olsun ki, biz öz şiələrimizdən olan bir kəsi o zaman fəqih hesab edərik ki, ona işarə edildiyi zaman işarəni başa düşsün. Həqiqətən də, Əmirəlmöminin Əli (ə) Kufə minbərində belə buyurmuşdur: “Qarşıda sizin üçün elə zülmət, tutqun və qaranlıq fitnələr var ki, ondan yalnız “novmə”lər xilas olacaqlar”. Soruşdular: “Ey Əmirəlmöminin (ə), “novmə” nədir?” İmam Əli (ə) buyurdu: “O şəxs ki, insanları tanıyır, lakin insanlar onu tanımırlar. Bilin ki, yer üzü Allah-taalanın höccətindən xali olmaz, lakin zülmləri, haqsızlıqları və özlərinə qarşı həddi aşmaları səbəbindən Allah onu Öz bəndələrindən gizlədəcəkdir. Əgər yer üzü ilahi höccətsiz bircə an qalsa, heç şübhəsiz, öz əhlini udar. Lakin höccət insanları tanıyar, onlar isə onu tanımazlar. Necə ki, Yusif (ə) da camaatı tanıyır, onlar isə onu inkar edirdilər (onun sağ olmadığını deyirdilər)”. Sonra İmam (ə) bu ayəni tilavət etdi: “Vay bu bəndələrin halına! Onlara elə bir elçi gəlmədi ki, ona daim istehza etməsinlər”. Yasin 30

Qeybəti Numani bab 10, hədis 2, səh.141, Biharul-Ənvar, c. 51, s. 112

 

Müfəzzəl ibn Ömər Əbu Əbdullahdan (ə) belə nəql edir: “Bu dəstənin (şiələrin) Allaha ən yaxın olduqları, Onun da onlardan ən çox razı olduğu vaxt onların Allahın höccətini itirəcəkləri vaxtdır. O, onlardan gizli qalacaq, onlara görünməyəcək və onlar onun yerini bilməyəcəklər. Lakin (buna baxmayaraq) onlar bu dövr ərzində yəqin şəkildə biləcəklər ki, Allahın höccəti və vədi batil olmayıbdır. Həmin vaxt səhər-axşam fərəci gözləyin. (Həmçinin) Allahın düşmənlərinə ən çox qəzəb etdiyi vaxt da o vaxtdır ki, onlar Allahın höccətini itirəcəklər, o da onlar üçün aşkar olmaycaqdır. Allah-taala (əzəli elmi ilə) bilmişdir ki, onun dostları şübhəyə düşməyəcəklər. Əgər bilsəydi ki, şübhəyə düşəcəklər, bir göz qırpımı belə, Öz höccətini onlardan gizlətməzdi. Bu (Allahın qəzəbi), yalnız ən şər insanlar üçün olacaq”.

Qeybəti Numani bab 10, fəsil 3, hədis 1,

Kəmaluddin c.2, səh. 339,

İsbatul-Huda c.5, səh.85,

Biharul-Ənvar c.52, səh.145

 

Südeyr Seyrəfi belə rəvayət edir: “Əbu Əbdullah Sadiq (ə) buyurdu: “Həqiqətən də, bu işin sahibinin Yusifla (ə) bir bənzərliyi vardır”. Mən dedim: “Sanki bizə hansısa bir qeyb və çaşqınlıqdan xəbər verirsiniz”. İmam (ə) buyurdu: “Donuza bənzər bu məlun camaat bunun nəyini inkar edir? Yusifin (ə) qardaşları ağıllı, dərrakəli, peyğəmbər nəvəsi və peyğəmbər övladları idi. Onlar Yusifin (ə) yanına gedib, onunla danışmış, söhbət etmiş, ticarət etmiş və onu razı salmağa çalışmışdılar. Yusif (ə) onların qardaşı, onlar da Yusifin (ə) qardaşları idilər, lakin özünü onlara tanıtdırmayana qədər onu tanımamışdılar. O vaxt Yusif (ə) onlara buyurmuşdu: “Mən Yusifəm”. Bu zaman onu tanımışdılar. Bu çaşqın camaat niyə inkar edir ki, nə vaxtsa Allah-taala (Yusif kimi) Öz höccətini də onlardan gizlədə bilər? Yusuf peyğəmbər (ə) Misirin hökümdarı idi. Onunla atasının arasında on səkkiz günlük məsafə var idi. Əgər öz yerini atasına bildirmək istəsəydi, şübhəsiz ki, bunu edə bilərdi. Allaha and olsun ki, (Yusifin) müjdəsi gəlib çatan zaman Yaqub (ə) və övladları öz çöllərindən Misirə doqquz günə çatdılar. Bu camaat Allahın Yusifə (ə) etdiyini Öz höccətinə də edə biləcəyini necə inkar edir? Onlar sizin məzlum və haqqı tapdanan ağanız olan bu işin sahibini onların arasında dolaşmasını, küçə-bazarlarında gəzməsini, evlərinə ayaq basmasını, lakin bu zaman onların onu tanımamasını necə inkar edə bilərlər? Ta o zamana qədər ki, Allah-taala ona özünü tanıtdırmaq izni verər. Necə ki, Yusifə (ə) izn vermişdi: “(Qardaşları soruşdular:) Həqiqətən də, sən Yusifsən? Dedi: “(Bəli) mən Yusifəm!” (Yusuf 90)

Qeybəti Numani bab 10, fəsil 3, hədis 4,

Kəmaluddin c.1, səh. 144,

Biharul-Ənvar c.52, səh.154

 

İshaq ibn Əmmar Seyrəfi Əbu Əbdullah Cəfər ibn Muhəmməddən (ə) belə nəql edir: “Qaimin (ə) iki qeybə çəkilməsi olacaq. Onlardan biri uzun, digəri isə qısadır. Birincidə onun yerini xüsusi şiələri, digərində isə yalnız xas din dostları biləcəklər”.

Qeybəti Numani bab 10, fəsil 4, hədis 1,

Biharul-Ənvar c.52, səh.155,

İsbatul-Huda c.5, səh.156

 

Müfəzzəl ibn Ömər Cufi Əbu Əbdullah Sadiqdən (ə) belə nəql edir: “Bu işin sahibinin iki qeybə çəkilməsi olacaqdır. Onlardan biri o qədər uzanacaq ki, hətta bəziləri “ölüb”, bəziləri “öldürülüb”, bəziləri də “həlak olub” deyəcəklər. Bu zaman əshabının arasından ona etiqadda yalnız azsaylı insan sabit qalacaqdır. Nə dostlarından, nə də qeyrilərindən heç kəs onun yerini bilməyəcək – yalnız işlərindən məsul olan xidmətçidən başqa”.

Qeybəti Numani bab 10, fəsil 4, hədis 5,

Biharul-Ənvar c.52, səh.152,

İsbatul-Huda c.5, səh.118

 

Übeyd ibn Zürarə Əbu Əbdullahdan (ə) belə nəql edir: “Camaat bir imam itirəcək. (Həmin imam) həcc mövsümlərində iştirak edəcək, insanları görəcək, lakin insanlar onu görməyəcəklər”.

Qeybəti Numani bab 10, fəsil 4, hədis 13,

Müstədrəkül vəsail c.8, səh.50,

İsbatul-Huda c.5, səh.55,

Kəmaluddin c.2, səh. 351

 

Zürarə Əbu Əbdullahdan (ə) belə nəql edir: “Qaimin iki qeybə çəkilməsi olacaqdır. Bunların birində (xəbəri) çatacaq, digərində isə harada olduğu bilinməyəcək. O, həcc mövsümlərində iştirak edəcək, camaatı görəcək, lakin camaat onu görməyəcək”.

Qeybəti Numani bab 10, fəsil 4, hədis 15,

Biharul-Ənvar c.52, səh.154

 

Übeyd ibn Zürarə Əbu Əbdullahdan (ə) belə rəvayət edir: “Qaimin iki qeybə çəkilməsi olacaqdır. Onların birində həcc mövsümlərində iştirak edəcək, camaatı görəcək, camaat isə onu orada görməyəcəklər”

Qeybəti Numani bab 10, fəsil 4, hədis 16,

Biharul-Ənvar c.52, səh.154

 

Muhəmməd ibn Əbu Yaqub Bəlxi Əbülhəsən Rzadan (ə) belə nəql edir: “Siz daha çətin və daha böyük bir şeylə imtahan olunacaqsınız. Siz anasının bətnində olan cənin və südəmər körpə ilə imtahan olunacaqsınız. Onun barəsində belə deyəcəklər: “Qeybə çəkilmişdir, ölmüşdür”. Həmçinin, belə deyəcəklər: “Heç bir imam yoxdur”. Halbuki, Allah Rəsulu (s) da qeybə çəkilmiş, qeybə çəkilmiş və qeybə çəkilmişdi və budur, mən də öz yatağımda ölürəm”. (“Bu sözlə Allah rəsulunun (s) bir neçə dəfə qeybə çəkilməsi nəzərdə tutula bilər. Belə ki, bir dəfə Həra mağarasında, bir dəfə Əbu Talib dərəsində, bir dəfə də (Mədinəyə hicrət edərkən) mağarada və s. Eyni zamanda ola bilər ki, İmam (ə) digər peyğəmbərlərin də adlarını çəkib, onların da qeybə çəkildiklərini bildirib, lakin ravi ixtisar edərək ibarəni “qeybə çəkilib, qeybə çəkilib…” şəklində nəql edib” – tərc)

Qeybəti Numani bab 10, fəsil 4, hədis 27,

Biharul-Ənvar c.52, səh.155

 

Muhəmməd ibn Müslim Səqəfi Təhhan demişdir: “Əbu Cəfər Muhəmməd ibn Əli Baqirin (ələyhis-səlam) yanına daxil oldum. Mən ondan Ali Muhəmməddən olan Qaim (ələyhis-səlam) haqqında soruşmaq istəyirdim. (Söhbətə özü) başlayaraq mənə dedi: “Ey Muhəmməd ibn Müslim, Ali Muhəmməddən olan Qaimin (ə.f.) beş peyğəmbərə oxşarlığı vardır: Yunis ibn Mətta, Yusif ibn Yəqub, Musa, İsa və Muhəmməd (səlləlahu ələyi və ali). Yunis ibn Məttaya olan bənzərliyi qeybə çəkilməsindən sonra yaşlı olmasına baxmayaraq cavan halda geri qayıtmasıdır. Yusif ibn Yəquba olan bənzərliyinə gəldikdə, onun xüsusi və ümumi kəslərdən qeybə çəkilməsi, qardaşlarından özünü gizlətməsi, onunla atası, ailəsi və tərəfdarları arasında məsafənin yaxın olmasına baxmayaraq, işinin atası Yəquba (ə) (qarışıq gəlməsi və) örtülü olmasıdır. Musaya olan bənzərliyi qorxusunun davamlı olması, qeybinin uzun çəkməsi, doğulmasının gizli olması, ondan (qeybə çəkilməsindən) sonra şiələrinin üzləşdikləri əziyyət və xarlıqdan məşəqqət çəkmələridir; o vaxta qədər ki, Allah-taala onun aşkara çıxması və yardımına icazə verər, düşmənlərinə qarşı onu qüvvətləndirər (və öz dəstəyini ondan əskik etməz). İsaya olan bənzərliyi – onun barədə təzada düşənin ayrı fikirdə olmasıdır; (iş o yerə çatmışdı ki) hətta onlardan (təzadlı fikirlər danışan şəxslərdən) bir dəstəsi (onun barədə) “doğulmayıbdır”, bir dəstəsi “ölübdür”, başqa bir dəstəsi isə “öldürülüb və edam edilibdir (çarmıxa çəkilibdir)” demişdir. Babası Mustafaya (səlləllahu ələyhi və ali) olan oxşarlığına gəldikdə isə qılıncla ortaya çıxması, Allahın və Onun Rəsulunun (səlləllahu əleyhi və alihi) düşmənlərini, zülmkarları və tağutları qətlə yetirməsidir. Ona qılınc və (düşmənlərini) qorxuya salma vasitəsilə kömək edilər, bayrağı (heç vaxt) özünə geri qaytarılmaz (yəni məğlub edilməz, istədiyi yerə qələbə bayrağını sancar). Süfyaninin Şamdan, Yəmaninin Yəməndən çıxması, Ramazan ayında səmadan gələn fəryad, göydən bir kəsin onu öz adı və atasının adı ilə çağırması onun zühur əlamətlərindəndir”.

Kəmaluddin bab 32, hədis 7, səh.327,

Biharul-Ənvar c.52, səh.217

 

Əbu Bəsir İmam Sadiqin (ələyhis-səlam) belə dediyini nəql etmişdir: “Həqiqətən də, bu işin sahibində peyğəmbərlərdən (ələyhimus-səlam) bənzərliklər vardır: Musa ibn İmrandan bir bənzərlik, İsadan bir bənzərlik, Yusifdən bir bənzərlik və Muhəmməddən (səlləllahu ələyhi və ali) bir bənzərlik. Musa ibn İmrandan olan bənzərliyə gəlincə, qorxaraq gözdə-qulaqda olmasıdır. İsadan olan bənzərliyə gəlincə, onun haqqında İsa barədə deyilənlərin deyilməsidir. Yusifdən olan bənzərliyə gəlincə, gizlilikdir ki, Allah onunla məxluqat arasında hicab (və maneə) qərar verər; o, onları görsə də onlar onu görə bilməz. Muhəmməddən (səlləllahu ələyhi və ali) olan bənzərliyə gəlincə, yol göstərməsi ilə doğru yolu tutar və davrandığı kimi davranar”.

Kəmaluddin bab 33, hədis 46, səh.350-351,

Biharul-Ənvar c.51, səh.223,

İsbatul-Huda c.5, səh.90

 

İmam Əli (ə) buyurub: Elə ki, mənim nəslimdən olan “mütəğəyyib” (gözdən itən) şəxs insanların gözlərindən qeybə çəkildi, camaat arasında onun itdiyi və ya öldürüldüyü, yaxud da öldüyü xəbəri ilə çaxnaşma düşdü, fitnələr baş qaldıracaq, bəlalar nazil olacaq, (tayfa və ya din) təəssübkeşliyi baş qaldıracaq, insanlar dinlərində ifrata varacaqlar. Hamılıqla deyəcəklər ki, “höccət aradan gedib”, “imamət batil olub”. Həmin il Əli şiələri xəbər almaq, Əli düşmənləri isə cəsusluq etmək üçün Həccə gedib onu axtaracaqlar, lakin onun heç bir izinə rast gəlməyəcəklər, ondan heç bir xəbər, əsər tapmayacaqlar. Bu zaman Əli şiələri söyüləcəklər. Onları düşmənləri söyəcək. Fasiqlər və şər insanlar öz dəlilləri ilə (zahirdə) onlara qalib gələcəklər. Beləcə, ümmət sərgərdan qalıb azacaq və elə hey “höccət həlak oldu”, “imamət batil oldu” deyəcəklər. Halbuki, Əlinin Rəbbinə and olsun ki, Höccət mövcud olub yer üzünün yollarında gəzəcək, evlərə və qəsrlərə daxil olacaq, bu yer üzünün şərqi və qərbində dolaşacaq, sözləri eşidəcək, camaata salam verəcək və vəd verilən vaxta kimi – bir carçı səmadan nida edib “bilin, bu gün Əli övladları və şiələrinin sevinc günüdür” deyən zamana kimi – camaatı görəcək, lakin özü görülməyəcək”.

Qeybəti Numani bab 10, hədis 3

Biharul-Ənvar, c. 28, səh. 70

 

Əbu Bəsir İmam Sadiqin (ə) belə buyurduğunu rəvayət edir: “Ümmətimdə, yəni Qaimdə (ə) dörd peyğəmbərin sünnəsindən var: qorxu və vəhşət içində olan Musanın (ə) sünnəsindən, onları tanıyan, onların isə onu tanımadıqları Yusufun (ə) sünnəsindən, öldürmədikləri və çarmıxa çəkmədikləri İsanın (ə) sünnəsindən və qılıncla qiyam edən Muhəmmədin (s) sünnəsindən”.

Dəlailul İmamə səh.470, hədis 460

 

 © Vedolunmuş.com

¡ Sayta dair materiallar istifadə edildikdə istinad zəruridir!

Post Views: 336
ShareTweetSendShare
  • Əhli-beyt
  • İmam Məhdi haqqında
  • Qurani kərimdə
  • Məhdəviyyət
  • Dualar
  • İmamət
  • İradlara cavab
  • Multimedia
  • Sual – Cavab
  • Sual göndər
No Result
Bütün nəticələri göstər
  • Əhli-beyt
    • Əhli-beyt məhfumu
    • Əhli-beyti tanımaq
    • Əhli-beytin elmi
    • Əhli-beytin məktəbi
    • Əhli-beytin haqları
    • Əhli-beyt əxlaqı
    • Əhli-beyti sevmək
    • Əhli-beytlə düşmənçilik
    • Əhlibeytə zülm etmək
    • Əhli-beytin tövsiyələri
  • İmam Məhdi haqqında
    • Həyatı
    • Səfirləri
    • Məktubları
    • Görüşləri
    • Kitablar
    • Alimlərin nəzərində
  • Qurani kərimdə
    • Əhli-sünnə təfsirlərində
    • Əhli-şiə təfsirlərində
  • Məhdəviyyət
    • Qeyb
    • Zühur
    • Axirzaman
    • Digər
  • Dualar
    • Dualar
    • Ziyarətnamələr
  • İmamət
  • İradlara cavab
  • Multimedia
    • Videolar
    • Fotolar
    • Səslər
  • Sual – Cavab
  • Sual göndər
    • Whatsapa göndər
    • Telegrama göndər

© 2023 İmam Zaman portalı